25 Aprel 2024 04:09
546
Fərmanlar
A- A+

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 431    (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı"nın IV bölməsinin 1-ci hissəsinin "Tədbirin adı" sütununda "istehsalat təcrübəsi" sözləri "ixtisas üzrə təcrübə" sözləri ilə əvəz edilsin.
2. "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 84 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1.    adından "və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında" sözləri çıxarılsın;
2.2.    1-ci hissədən "və 2015/2016-cı tədris ilindən başlayaraq magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında" sözləri çıxarılsın;
2.3.    3-cü hissədən "və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası" sözləri çıxarılsın;
2.4.    4-cü hissə üzrə:
2.4.1. 4.1-ci bənddən "və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında" sözləri çıxarılsın;
2.4.2. 4.2-ci bənddən ", Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə" sözləri çıxarılsın;
2.4.3. 4.4-cü bənddən "və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına" və ", magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının" sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585 (Cild I) ilə təsdiq edilmiş "Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi"nin 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1.    4.19.1-ci yarımbənddə "istehsalat təcrübəsi" sözləri "ixtisas üzrə təcrübə" sözləri ilə əvəz edilsin;
3.2.    4.19.2-ci yarımbənddə "istehsalat" sözü "ixtisas üzrə" sözləri ilə əvəz edilsin;
3.3.    4.20-ci bənddə "istehsalat təcrübəsi müdiri" sözləri "ixtisas üzrə təcrübə rəhbəri" sözləri ilə əvəz edilsin;
3.4.    4.23.5-ci yarımbənddə "istehsalat" sözü "səhnə və ixtisas üzrə" sözləri ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
4.1.    1-ci hissədən ", Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə" sözləri çıxarılsın;
4.2.    həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi"nin 2.1.2-ci yarımbəndindən ", Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə" sözləri çıxarılsın.
5. "Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 821 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 
5.1.     adından "və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində" sözləri çıxarılsın;
5.2. 1-ci hissədən "və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə" sözləri çıxarılsın.  
 6. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 291 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 
6.1.  adından, preambuladan, 1-ci, 2-ci və 4-cü hissələrdən ", həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində" sözləri çıxarılsın; 
6.2.  1.2-ci bəndin birinci abzasından "və Azərbaycan Milli Elmlər Akademiyasında" sözləri çıxarılsın. 
7. "Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin təhsil haqqı xərclərinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 may tarixli 1155 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 876 (Cild I) 1-ci hissəsindən      ", Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində" sözləri çıxarılsın. 
8. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 yanvar tarixli 3718 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 111 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 
8.1.  adından (birinci halda) və 1-ci hissədən ", həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində" sözləri çıxarılsın;
8.2.  1.2-ci bəndin birinci abzasından "və Azərbaycan Milli Elmlər Akademiyasında" sözləri çıxarılsın.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video