18 Aprel 2024 09:15
3744
Mədəniyyət
A- A+
Tariximizin nişanəsi - Bayıl qalası

Tariximizin nişanəsi - Bayıl qalası

 

Qədim abidələr Azərbaycan tarixinin nişanələridir. Əsrlər onlara təsirsiz keçib getməyib. Bir çoxu günümüzə ya tamamilə, ya da qismən dağılmış vəziyyətdə çatıb. Bəziləri göz önündə olsa da, elələri var ki, uzun illər sirr kimi qalır. Təbiət hadisələrinin və ya müharibələrin gətirdikləri bəlalar, fəlakətlər səbəbindən itib-batır. Bəzən təsadüf nəticəsində, əkin və ya qazıntı işləri aparılarkən əcdadlarımızın gündəlik həyatda istifadə etdikləri məişət əşyalarının qalıqları, zərgərlik məmulatları və digər nümunələr aşkarlanır. 
Onları araşdıran mütəxəssislər tarixin müəyyən dövrləri barədə məlumatlar verirlər. Bəzən isə yerin altında qalmış evlər, şəhərlər üzə çıxır. Haqqında danışacağımız abidə isə torpağın deyil, suyun altında qalıb. Zaman-zaman Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə gah dənizin üzünə çıxan, gah da sulara qərq olan həmin memarlıq abidəsi Bayıl qalası, yaxud Bayıl qəsri adlanır. Mənbələrdə bura başqa adlarla - "Sualtı şəhər", "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Kömrükxana" və başqa adlar ilə xatırlanıb. Elmi ədəbiyyatda isə daha çox "Bayıl qəsri" kimi qeyd olunur.
Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl nümunələrindən sayılan bu abidə Bakının Bayıl burnu yaxınlığında, Karvansara adasında yerləşir.
Bu abidə XIII əsrin yadigarıdır. Belə ki, indi dəniz sularının altında qalmış tarixi memarlıq abidəsinin inşasına 1234-cü ildə - dünyanın qarışıq vaxtlarında başlanılıb. Monqol yürüşləri bütün Yaxın Şərqi vəlvələyə saldığı illərdə davam edən tikinti işləri 1235-ci ildə yekunlaşıb. Bu möhtəşəm abidə inşa edənlərin ümid etdiyi kimi, əsrlər boyu əzəmətlə dayana bilmədi. Sahilə yaxın adada tikilən qəsrin ömrü çox qısa sürdü. Araşdırıcıların qənaətincə, 1306-cı ildə baş verən güclü zəlzələ onun dənizdə batmasına səbəb oldu.
Aradan əsrlər gəlib-keçdi. Xəzər dənizinin səviyyəsi yenidən endi. Və Bayıl qəsri su üzündə görünməyə başladı. Araşdırıcıların əksəriyyətinin fikrinə əsaslanaraq deyə bilərik ki, dörd əsrdən artıq Xəzər suları altında, gizlində qalmasaydı, bu qalanın da Abşeronun bir çox abidələri kimi izi belə itəcəkdi.
O da bildirilib ki, Bayıl qalasının cənub qapısı və qarşısındakı tikililər dəniz ticarəti ilə bağlı olduğu halda, sahilə yaxın şimal qapısı və qarşısındakı tikililər Şirvanşahların iqamətgahı imiş. Bayıl qəsrinin ortasında daş döşəməli meydançada monumental bir tikilinin özülü aşkarlanıb. Bir sıra tədqiqatçılar həmin yerdə Abşeron qalalarının ənənəvi qüllələri tipində bir qüllənin ucaldığını qeyd ediblər. Araşdırıcıların əksəriyyəti onu atəşgah və ya məbəd qalıqları hesab edirlər. XII-XIII əsrlərdə möhkəm qəsr, qala liman olaraq inşa edilən, Bakının dənizdən qorunmasında müstəsna yer tutan Bayıl qəsrinin daha qədim bir memarlıq kompleksinin özülləri üzərində ucaldılması ehtimalları da mövcuddur.
Mütəxəssislər bildiriblər ki, Dərbənd qalası, Şamaxı qalası, Bakı qalası,  Gülüstan qalası və Qəley-Buğurt qalasında olduğu kimi, Bayıl qalasının memarlıq tərtibatında da bədii daş relyeflərdən, yonma daş fiqurlardan istifadə olunub.
Bayıl qəsrinin on beş qülləsi var ki, onlardan yalnız şimal-qərbindəki və cənubundakı iki qüllə dairəvi formadadır və içərisi boşdur. Digər qüllələrin isə içərisi bütövdür və hamısı yarımdairə şəklindədir. 
Tariximizin izlərini özündə əks etdirən abidələrdən biri olan Bayıl qalasının üzə çıxmasından və tədqiqinə başlanmasından uzun illər ötür. Abidənin  Xəzər dənizinin dibində olması isə elm aləminə çoxdan məlum idi. Hələ 1782-ci ildə rus xəritəçiləri tərəfindən tərtib edilmiş Bakı limanının xəritəsində "Bayıl daşları"nın sudan çıxmağa başladığı qeyd olunub. 1848-ci ildə Bakıda olmuş görkəmli rus şərqşünası İ.N.Berezin və Azərbaycanın görkəmli alimi Abbasqulu ağa Bakıxanov da Bayıl tərəfdə dənizin içərisindəki tikinti qalıqları haqqında maraqlı  məlumatlar veriblər.
Qəsrin ərazisində 1939-1969-cu illərdə həyata keçirilən arxeoloji tədqiqat nəticəsində divar uçuqları altından və su dibindən 700-dən çox yazılı daş tavalar çıxarılıb. 
Tədqiqatçılar Bayıl qəsrinin daş kitabələrində 15 Şirvanşahın adını, tikinti tarixlərini oxuyub. Eyni zamanda digər müxtəlif məlumatlar aşkarlayıblar. Həmin kitabələrdən Mərdəkan qalasında "müəllif qolu" olan memar Əbdülməcid Məsud oğlunun, Ustad Zeynəddin Əbdürrəşid oğlu Şirvaninin adları oxunub.
Araşdırmalar zamanı abidənin dövrünü təsdiqləyən materiallar da aşkarlanıb. Belə ki, bəzi daşların üzərində hicri 632-ci il tarixi yazılıb. Bu da miladi 1232-1235-ci illərə müvafiqdir. Bundan başqa, ərazidən 1939-cu ildə tapılan mis pullar üzərində Şirvanşah Güştasp Fərruxzadə və Xəlif əl-Nəsirin (1180-1225) adları həkk olunub.
Tədqiqatlar nəticəsində əldə olunan dəyərli faktlardan biri də kitabə daşlarından birində Bayıl qəsrinin "Bəndər qələ" adı ilə verilməsidir. Liman qala olan bu adın Bayıl qalasının baş funksiyalarından birini aydınlaşdırdığı bildirilib.  Məlumata əsasən, Bayıl qəsri Şirvanşahların yeni paytaxt şəhəri yanında iqamətgahı olub, Şamaxı qalasının müdafiəsində Gülüstan qalasının daşıdığı vəzifəni Bakı qalasının müdafiəsində Bayıl qalası daşıyıb.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prokurorluq əməkdaşları Fəxri Xiyabanı ziyarət edib

16:37
10 May

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

16:22
10 May

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

16:12
10 May

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

16:01
10 May

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

15:57
10 May

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

15:54
10 May

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası

15:49
10 May

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

15:47
10 May

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir

15:41
10 May

Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

15:32
10 May

Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

15:26
10 May

Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq

15:14
10 May

Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

15:09
10 May

Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək - Prezident

15:01
10 May

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

14:56
10 May

Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

14:56
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB

14:11
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub

14:08
10 May

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

14:03
10 May

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib

14:00
10 May

Sülhə yönəlmiş strateji baxış və prinsipial mövqe  

13:57
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!