31 İyul 2022 00:52
3777
CƏMİYYƏT
A- A+
Tarixi keçmişimizi özündə yaşadan ana dilimiz

Tarixi keçmişimizi özündə yaşadan ana dilimiz

 

Azərbaycan dilinin dövlət dili kimi inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

 

Ana dili və əlifba hər bir xalqın mənəvi sərvətidir. Bu mənəvi sərvətin inkişafında, qorunmasında, onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında dilimizin zənginliklərinə bələd olan Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan dilinin dövlət dili kimi inkişafı Ümummilli Liderin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olunmuşdur.

 

Böyük rəhbərin ana dilimizə qayğısı

Ümummilli Lider Heydər Əliyevin ilk gündən yeritdiyi dil siyasəti bir məqsədə xidmət etmişdir: ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri arasında nüfuzunu artırmaq. "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm", - deyən dahi rəhbər uzaqgörən fəaliyyəti ilə milli dil siyasətini yürüdə biləcək tarixi əhəmiyyətli dövlət qərarlarına imza atmışdır. Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisəyə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyev tərəfindən dilimizin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilmişdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğının göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşımışdır.

Filologiya elmləri doktoru, professor Sayalı Sadıqova deyib ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı və demokratik cəmiyyətin yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi zərurətə çevirdi: "1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılmış və görkəmli dilçi alim Afad Qurbanov sədr vəzifəsinə təyin edilmişdir. Əlifbanın müxtəlif variantları təklif olunsa da yeni əlifbanın yaradılmasında latın qrafikasının vacib tərəfləri elmi faktlara söykənərək əsaslandırılmış, 1991-ci ilin dekabrında A.Qurbanovun tərtib etdiyi latın qrafikalı əlifba rəsmi olaraq qəbul edilmişdir. 25 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" qanunun qüvvəyə minməsi haqqında 34 saylı qərarla ölkəmiz rəsmi olaraq latın qrafikalı əlifbaya keçmişdir. İlk dövrlərdə rəsmi sənədlərdə paralel olaraq həm latın, həm də kiril qrafikalı əlifbadan istifadə olunmuş və tədricən latın qrafikalı əlifbaya keçilmişdir".

Qəbul edilmiş əlifbanın tətbiqi problemlərinin həllində, beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesinin sürətləndirilməsində Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli fərmanı mühüm əhəmiyyət kəsb etmişdir. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmişdir. Tam olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır. Sənəddə on ilə yaxın müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçid ölkəmizdə 2001-ci il avqust ayından bütövlükdə təmin edilmişdir.

 

Dövlətin dil siyasəti

Ümummilli Lider Heydər Əliyev dil məsələsinə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Qeyd edirdi ki, xalqın, millətin, insanın öz ana dilindən əziz heç nəyi ola bilməz. Məhz ana dilinə dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli Prezident fərmanı ilə xalqımızın əlamətdar günləri sırasına biri də əlavə olunmuşdur. Ulu Öndərin ana dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğundakı ideya istiqaməti bu gün də müasir siyasi baxışlara uyğun səviyyədə aparılmaqdadır. Bu istiqamətdə atılmış vacib addımlardan biri də Ümummilli Lider Heydər Əliyevin 30 sentyabr 2002-ci ildə imzaladığı "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bu qanunda Azərbaycan dili müstəqil dövlətçiliyin atributlarından biri olaraq qəbul edilmiş, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülmüşdür. Belə bir qanunun qəbulu ölkə rəhbəri tərəfindən dövlətin milli dil, milli kimlik siyasətinin uğurla aparılmasının nəticəsi olaraq ictimai xarakter daşımış və bununla yanaşı, həm də ana dilinə dövlət dili statusu qazandırmışdır.

Sayalı Sadıqova qəzetimizə açıqlamasında deyib ki, dövlət dilimizin adının Azərbaycan dili kimi təsbit olunması tarixilik və dövlətçilik baxımından demokratik tərzdə hərtərəfli əsaslandırılıb: "Bununla da dilimizin adı və məzmunu həm siyasi, həm də elmi cəhətdən birmənalı şəkildə təsbit olundu. Ümummilli Lider dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkirdi. Bununla yanaşı qeyd edirdi ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi-intellektual məzmun və hadisələri, informativ mənzərəsi bu dildə çevik şəkildə əksini tapa bilir".

 

Ulu Öndərin siyasi xəttinə sadiqlik

Ümummilli Liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev də doğma dilimizin inkişafına böyük həssaslıqla yanaşır. Qətiyyətlə deyə bilərik ki, bu gün ana dilimizin inkişafının əsas qarantı məhz ölkə Prezidenti və onunla çiyin-çiyinə möhtəşəm layihələrə imza atan Birinci vitse-prezident Mehriban Əliyevadır.

Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tətbiqinə dövlət qayğısının artırılması, ana dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.

Professor Sayalı Sadıqova bildirir ki, bu müddət ərzində elmin, demək olar ki, bütün sahələrinə aid 150-yə yaxın terminoloji lüğət nəşr olunmuşdur. Onların arasında həcmcə çox böyük izahlı, iki və üç dilli lüğətlər diqqəti cəlb edir: "Sərəncamda Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılmışdır. Müxtəlif elm sahələrinə aid terminoloji lüğətlərin elektron variantlarının virtual məkanda yerləşdirilməsi Azərbaycan dilinin terminoloji arealının müasir metodlarla zənginləşməsini zəruri edir. Bu nəzərə alınaraq AMEA Rəyasət Heyətinin qərarı ilə Terminologiya Komissiyasının veb-portalı yaradılmışdır. Veb-portalın yaradılmasında əsas məqsəd dilimizdə olan mövcud terminoloji lüğətləri ilk dəfə olaraq vahid mərkəzə toplamaq, elmin, texnikanın müxtəlif sahələrində çalışan mütəxəssislərə terminlərin izahını və müxtəlif dillərdə qarşılığını asanlıqla əldə etməyə yardımçı olmaq, həmçinin termin yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələrini, o cümlədən xaricdə yaşayan soydaşlarımızı cəlb etməkdir".

 

Azərbaycan dilinin gələcəyi əmin əllərdədir

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Rəsmi yığıncaqlarda, məclislərdə ana dilimiz fəxarətlə, təntənə ilə səslənir. Azərbaycan ədəbi dilinin hərtərəfli inkişafı, elmin müxtəlif sahələri ilə bağlı ana dilində əsərlərin yazılması, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti və onun yürütdüyü dil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlıdır. Ana dili elə bir sərvətdir ki, onda hamının payı bərabərdir. Gəlin ana dilimizi sevək, öyrənək və gələcək nəsillərə ləyaqətlə çatdıraq. Heydər Əliyevin dediyi kimi, "Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi etmisdir. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir".

Tarixi keçmişimizi özündə yaşadan ana dilimiz qorunur, yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də dünyada yaşayan bütün azərbaycanlıların dili olsun.

 

Elşən YƏHYAYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

16:33
11 May

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

15:41
11 May

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

15:31
11 May

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

15:09
11 May

"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsinin qalibi mükafatlandırılıb

14:57
11 May

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsinin qalibi bəlli olub

14:46
11 May

Zərifə Əliyeva adına uşaq bağçasında Ulu Öndərin xatirəsinə həsr olunmuş rəsm sərgisi - FOTOLAR

14:29
11 May

Almaniya və Ukrayna yeni silah sistemlərinin birgə istehsalını planlaşdırır

14:04
11 May

Sabah Bakıda 29 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

13:36
11 May

ÜST: Hantavirus epidemiyası riski çox azdır

13:19
11 May

Azərbaycan Kubokunda son 10 mövsümün rekordu qeydə alınıb

12:57
11 May

Rumıniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb  

12:38
11 May

BMT ekspertləri Yaxın Şərqdə nüvə enerjisinin riskləri barədə qənaətlərini bölüşüblər

12:18
11 May

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsi start götürüb

11:30
11 May

WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq  

11:16
11 May

Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

11:01
11 May

DİN: Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

10:33
11 May

WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

10:05
11 May

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib 

09:31
11 May

Donald Trampın Çinə səfərinin tarixləri açıqlanıb  

09:10
11 May

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb  

22:25
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!