26 Yanvar 2025 09:25
442
SİYASƏT
A- A+
Tarixi ədalət bərpa olunacaq

Tarixi ədalət bərpa olunacaq


Ermənilər qədim Azərbaycan torpaqlarına ayaq açandan sonra bu yerlərin əbədi-əzəli sakinləri olan azərbaycanlıları müxtəlif yollarla ata-baba yurdlarından sıxışdırıb çıxarmağa başladılar, çirkin məqsədlərinə çatmaq üçün bütün vasitələrə əl atdılar. Gah gizlin, gah da elə açıq şəkildə azərbaycanlıları doğma ocaqlarından qovub çıxardılar. Məqsədli və planlı şəkildə dünyanın müxtəlif yerlərindən gələn ermənilər bu ərazilərdə yerləşdilər, tarixin gedişini dəyişməyə çalışdılar.

Təkcə XX əsrdə ermənilər sonralar Ermənistan adlandırılan qədim Azərbaycan toprpaqlarından 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illərdə azərbaycanlıları kütləvi şəkildə deportasiya etdilər. Qan qoxulu bu deportasiyalar nəticəsində indiki Ermənistan ərazisində yaşayan 1,5 milyondan çox soydaşımız tarixi torpaqlarından qovuldu. Yaxın keçmişdə 1987-1988-ci illərdə Ermənistandan 200 mindən çox azərbaycanlı doğma ocaqlarından didərgin düşdü. Ermənilər azərbaycanlıları ata-baba yurdlarından qovandan sonra izlərini itirmək, olanları, qalanları tarixin səhifəsindən silmək üçün kənd, qəsəbə və şəhərlərin adlarını dəyişdilər. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da bu siyasət davam etdirildi.  Ermənistan SSR Ali Sovetinin qərarı ilə qısa müddət ərzində azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı dəyişdirilərək erməni adları ilə əvəz olundu. Bu yerlərdə əsrlərə şahidlik edən, azərbaycanlılara məxsus olan tarixi abidələr, məscidlər, qəbiristanlıqlar darmadağın edildi. Addəyişmə əməliyyatı sovet hakimiyyəti dağılandan sonra da dayanmadı. Ermənistanın keçmiş prezidenti, başdan-ayağadək daşnak xislətli Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin də adı dəyişdirilərək erməniləşdirildi.

1988-ci il noyabrın ortalarında Ermənistandan Azərbaycana minlərlə qaçqın pənah gətirmişdi. Noyabrın 22-də Ermənistan SSR Ali Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan növbədənkənar sessiyası çağırılmışdı. Sessiyanın keçirildiyi opera teatrının binasının qarşısına toplaşan mitinq iştirakçılarının hücumundan sonra Ermənistan rəhbərliyi etirazçıların tələbi ilə sessiyanın gedişini dayandırmış, deputatları və rayon rəhbərlərini "qayda-qanunu bərpa etmək" adı altında yerlərə göndərmişdi. Rayon rəhbərlərinə tapşırıq verilmişdi ki, bir həftə ərzində, yəni noyabrın 28-dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını başa çatdırsınlar. Rusiya tarixçisi Yuri Pompeyev 1988-ci ilin payızında azərbaycanlıların Ermənistandan deportasiyasını belə təsvir etmişdir: "Müdafiəsiz, silahsız azərbaycanlıları adətən çılpaq və əliyalın evlərindən qovaraq deyirdilər: "Lənətə gəlmiş türklər, rədd olun Ermənistandan!"

İnsanlıq duyğuları olmayan vəhşiləşmiş ermənilər 1988-ci il noyabrın 25-dən 26-na keçən gecə Kirovakan (indiki Vanadzor) şəhərinə bitişik olan Şaumyan (əvvəlki adı Vartanlı olmuşdur) kəndində yaşayan azərbaycanlıları öldürmək məqsədilə silahlı hücuma keçmişlər. Ermənilər 14 nəfər azərbaycanlını vəhşicəsinə öldürmüş və sonra da izi itirmək üçün meyitləri yandırmışdılar. Sağ qalan kənd əhalisi qarlı-çovğunlu soyuq günlərdə dağlara, meşələrə üz tutmuşdu. Onlar ölümdən xilas olmaq üçün gündüzlər gizlənmiş, gecələr yol getmiş, yalnız 14 gündən sonra Azərbaycana gəlib çata bilmişdilər. 

Ermənistan rəhbərliyi həmişə azərbaycanlılara qarşı milli ayrı-seçkilik siyasəti yürütmüşdür. 1987-1988-ci illərdə Ermənistanda azərbaycanlıların başına gətirilən faciələr, qanlı hadisələr həmin siyasətin ağrılı-acılı nəticələri idi. Sənədlər və şahidlərin verdikləri ifadələr əsasında 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyətində tərtib edilmiş siyahıya əsasən, 1988-1990-cı illər ərzində Ermənistanda 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olmuşdur. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində həyatını dəyişmiş, 34 nəfər işgəncə ilə, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda məqsədli şəkildə qəzaya uğradılmış, 7 nəfər həkim qəsd nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, 1 nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, 1 nəfər elektrik cərəyanı ilə, 1 nəfər suda boğulub öldürülmüş, 6 nəfər itkin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşərək donmuşdur. 

Üstündən neçə illər keçsə də, tarixi torpaqlar, doğma ocaqlar heç vaxt unudulmur, yaddan çıxmır. Bu gün hər bir azərbaycanlının ürəyində, qəlbində Qərbi Azərbaycan torpaqlarının acı xatirəsi yaşayır. Vətən hər birimizin ruhunu oxşayan müqəddəs bir məkandır. İllər əvvəl Qərbi Azərbaycandan qaçqın düşənlər günlərin birində doğma ocaqlarına qayıdacaqları günü intizarla gözləyirlər. "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcması yarandığı gündən gördüyü mühüm işlərlə, həyata keçirdiyi zəruri tədbirlərlə Qərbi Azərbaycana dönüşü addım-addım yaxınlaşdırır. 

Ümummilli Lider Heydər Əliyev 1988-ci ildə Ermənistandan zorla qovulmuş azərbaycanlıların günlərin birində doğma ocaqlarına qayıdacaqlarına böyük ümidlər bəslədiyini dilə gətirərək uzaqgörənliklə demişdir: "Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağını, doğma dağlarını, bulaqlarını, çaylarını, ata-babalarının qəbirlərini görəcəkdir. Mən buna heç şübhə etmirəm".

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin tapşırığı və tövsiyələri əsasında bu istiqamətdə çox səmərəli işlər görür, geniş fəaliyyət göstərir. Beynəlxalq aləmdə Qərbi Azərbaycan həqiqətlərinin tanıdılmasına çalışan və addım-addım buna nail olan icmanın fəaliyyətinin əsas məqsədi soydaşlarımızın bir zamanlar zorla qovulduqları doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmalarının təmin edilməsi prosesinə dəstək vermək və onu sürətləndirməkdir. Aparılan işlər nəticəsində icmanın bir neçə sənədi BMT-də bu təşkilatın rəsmi sənədi kimi yayılıb. Bundan başqa, Qərbi Azərbaycanın həqiqətlərinin dünyada tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, forumlar təşkil olunub.

Bu gün ermənilər bir zamanlar törətdikləri cinayətləri tarixin səhifəsindən silməyə, onun üstünü ört-basdır etməyə çalışırlar. Amma unudurlar ki, bu, mümkün deyil. Çünki tarix yamaq götürmür, nə varsa, nə olubsa, odur. Bir zamanlar ermənilər dünyadakı himayədarlarına arxalanıb xəyallara dalaraq "dənizdən-dənizə böyük Ermənistan" ideyasını gerçəkləşdirməyə çalışsalar da, istəklərinə nail ola bilmədilər. İndi ermənilər nə qədər çalışıb-çabalasalar da, azərbaycanlıların bir zamanlar didərgin salındıqları torpaqlara, Qərbi Azərbaycana qayıdışının qarşısını ala bilməyəcəklər. Çünki azərbaycanlılar bu yerlərin əbədi-əzəli sakinləridir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

01:08
13 Fevral

E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında

01:05
13 Fevral

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ƏSASNAMƏSİ

01:04
13 Fevral

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin STRUKTURU

01:02
13 Fevral

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 10 fevral tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:00
13 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 45 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:00
13 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 44 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:59
13 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 fevral 2025-ci il tarixli 47 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:58
13 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 48 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:57
13 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 46 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:56
13 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:56
13 Fevral

Vladimir Putinlə Suriyanın yeni lideri arasında telefon danışığı baş tutub  

23:06
12 Fevral

Zelenski Trampla telefon danışığının detallarını açıqladı  

23:05
12 Fevral

BMT Ukrayna münaqişəsinin həllində iştirak etməyə hazırdır

23:03
12 Fevral

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı olub  

23:02
12 Fevral

ABŞ və Rusiya prezidentləri şəxsən görüşmək barədə razılığa gəliblər  

23:00
12 Fevral

Putinlə Tramp arasında telefon danışığı olub

22:59
12 Fevral

Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin 56,9 faizi yerli yığımlar hesabına təmin edilib  

22:57
12 Fevral

Psixologiya Elmi-Tədqiqat İnstitutunun növbəti məqaləsi “Technium Sosial Elmlər Jurnalı”nda dərc edilib  

22:55
12 Fevral

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

20:52
12 Fevral

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

20:50
12 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!