08 Noyabr 2025 09:15
453
CƏMİYYƏT
A- A+
"Şuşa bütün azərbaycanlılar üçün əziz şəhərdir"

"Şuşa bütün azərbaycanlılar üçün əziz şəhərdir"



8 Noyabr - Zəfər Günü xalqımızın tarixinə böyük hərflərlə yazılıb. Bu tarix hər birimiz və hamımız üçün qürurverici, iftixar dolu bir gündür. Çünki 2020-ci il noyabr ayının 8-də iyirmi səkkiz illik işğaldan sonra Şuşa erməni qəsbkarlarından azad olundu.

Beş ildir ki, sevincini yaşadığımız bu günü həm qəhrəmanlıq, həm qürur, həm də milli birliyin təntənəsi kimi qeyd edirik. Azərbaycanın qeyrət qalası, Qarabağın döyünən ürəyi, Qafqazın incisi adlandırılan Şuşa, gözəllik simvolu, qürur rəmzi olmaqla yanaşı, həm də milli kimlik məsələsi idi. Zaman-zaman "Azərbaycan musiqisinin beşiyi", "Şərqin konservatoriyası" və başqa adlarla dillərdən düşməyən Şuşa, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar üçün qürur yeri, ucalıq rəmzi olub. Şuşa yaddaşlara bu cür yazılmışdı, Şuşa ürəklərdə bu cür yaşayırdı. Ölkəmizin hər qarışı, hər addımı bizim üçün əziz və doğmadır, amma Şuşanın qəlbimizdə, ürəyimizdə öz  yeri, öz məqamı var.

Şuşa heç də asanlıqla erməni işğalçılarından azad olunmayıb. Onun azadlığı uğrunda ordumuzun cəsur zabit və əsgərləri böyük cəsarətlə vuruşub, qəhrəmanlıq, igidlik göstəriblər. Bu müqəddəs məkanın azadlığı naminə qan töküblər, can qoyublar. Biri-birindən cəsur olan oğullarımız gərgin döyüşlərdən sonra düşməni diz çökdürüblər, məğlub ediblər. Ordumuzun Şuşa uğrunda apardığı döyüşləri hərbi ekspertlər hələ də öyrənir, təhlil edirlər.

 

Haqq yolunda olan Azərbaycan

 

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri ölkəmizə qarşı bütün cəbhəboyu genişmiqyaslı təxribat törətdi, mövqelərimiz üzərinə hücuma keçdi. Bununla da yurdumuzun azadlığı uğrunda İkinci Qarabağ müharibəsi başladı. Müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək erməni qəsbkarlarının bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralananların olduğunu bəyan etdi. Dövlətimizin başçısı bu tarixi müraciətində rəşadətli Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyini bildirdi: "Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Bu tarixi müjdəni Azərbaycan xalqına Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük fəxarət, qürur və iftixar hissi ilə çatdırdı. Xoş xəbərdən ürəklərə sevinc, qəlblərə fərəh ələndi.

 

Prezident xalqa Şuşanın azad olunması müjdəsini verdi

 

Bu əlamətdar günü hamımız indiki kimi xatırlayırıq. Dövlətimizin başçısı noyabrın 8-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra, elə bu müqəddəs məkandan Şuşanın azad olunduğu xəbərini uca, ötkəm və qətiyyətli səslə bütün dünyaya bəyan etdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Şəhidlər xiyabanından "Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" - deyərək Azərbaycan xalqına böyük sevinc bəxş etdi. Dövlətimizin başçısının bu tarixi və yaddaşlarda əbədi olaraq yaşayacaq Zəfər müjdəsi ilə eyni vaxtda biz sanki dünyada yaşayan bütün azərbaycanlıların alqış səslərini eşitdik, sevinc və qürur hisslərini duyduq, gülümsər çöhrələrini gördük.

Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin müraciətini ayaq üstə, sevinclə dinlədi. Hər birimiz üçün həmin anlar unudulmazdır. Dövlətimizin başçısı müraciətinə belə xoş sözlərlə başladı: "Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!"

 Prezident İlham Əliyev müraciətində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını da ziyarət etdiyini bildirərək dedi: Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!..

"Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyifsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk! Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə-belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq" - deyə dövlətimizin başçısı bildirib.

 

Qəhrəmanlıq tariximizin şanlı səhifəsi

 

8 noyabr 2020-ci il Azərbaycan tarixində əbədi-əzəli olaraq Zəfər Günü kimi  qalacaq. Gələcək nəsillər bu günü böyük qürur və iftixarla qeyd edəcək. Azərbaycanın mədəni incisi olan Şuşanın azad edilməsi yalnız hərbi əməliyyatların uğurla nəticələnməsi deyil, bu həm də Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli iradəsinin və xalqın birliyinin təntənəsi idi. İnamla demək olar ki, Şuşanın azad olunması 44 günlük Vətən müharibəsində Azərbaycanın XXI əsrdə qazandığı ən böyük tarixi nailiyyətdir.

Beş il əvvəl yaşadığımız şərəf dolu günləri xalqımız heç vaxt unutmayacaq. 2020-ci il noyabrın 8-də rəşadətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında Şuşa şəhərini erməni işğalçılarından azad edərək qəhrəmanlıq tariximizə şanlı səhifələr yazdı. Qələbə əzmi ilə döyüşlərə atılmış cəsur əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşmənin iyirmi səkkiz il işğalda saxladığı Şuşadan qovub çıxardı. Bu Qələbə, bu Zəfər xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrildi.

Bu misilsiz qələbə Prezident İlham Əliyevin sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan olundu. 2021-ci il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. 2023-cü il iyulun 31-də dövlətimizin başçısı "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd olunur.

 

Şuşa daha da gözəlləşəcək

 

Azadlığına qovuşandan sonra Şuşada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verildi və çox keçmədi ki, şəhərdə əhəmiyyətli açılışlar həyata keçirildi. Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı sərəncama əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. İlk addım olaraq Şuşaya Zəfər yolu çəkildi. 2024-cü il oktyabrın 21-də "Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiqləndi. 2022-ci ildə Azərbaycanın, 2023-cü ildə isə "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunan Şuşanın əsl tarixi simasının bərpası istiqamətində nəhəng layihələr gerçəkləşdirilir.

Az vaxt ərzində böyük şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin ilkin görkəminə qaytarılması, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin bərpa edilməsi, Mehmandarovların mülkünün təmir-bərpası, Bülbülün ev-muzeyinin açılışı, həmçinin şəhərdəki tarixi, dini və memarlıq abidələrinin yenidən inşası şəhəri daha da gözəlləşdirdi. Zəfərdən sonra hər il Cıdır düzündə "Xarı bülbül" musiqi festivalının düzənlənməsi, Vaqifin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası onu göstərir ki, Şuşa sürətlə dirçələrək özünün əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya etdiyi səfərlər və bu səfərlər zamanı təməlqoyma mərasimlərində iştirak etdikləri layihələr ermənilər tərəfindən viran edilmiş şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacaqlarına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da artırır.

İkinci Qarabağ müharibəsində düşmən üzərində qazanılan qələbəmizdən ötən beş il ərzində Şuşa inkişaf edir və gözəlləşir. Hər birimiz üçün Şuşa yalnız torpaq, ərazi deyil, şəhər deyil, Şuşa milli qürur, milli mənlik tariximiz, kimliyimiz deməkdir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

1992-ci il mayın 8-də itirdiyimiz Şuşa 28 ildən sonra 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə geri qaytarıldı. Doğmadan doğma olan Şuşa indi zəfərimizin beşinci ilini təntənə ilə qeyd edir. Zaman keçdikcə Şuşa daha da gözəlləşəcək, Şuşa daha da dirçələcək! Dövlətimizin başçısının Azərbaycan xalqına müraciətində dediyi kimi: "Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

 

Vahid MƏHƏRRƏMOV,

İlham BABAYEV foto,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
11 Mart

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:00
11 Mart

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
11 Mart

 “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:58
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:57
11 Mart

“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin təsdiq edilməsi haqqında

00:55
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:54
11 Mart

“Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında

00:53
11 Mart

Dövlət Departamentinin rəsmisi: Cənubi Qafqazda sülhün açarlarından biri TRIPP layihəsinin yaradılması idi  

00:35
11 Mart

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!