Siyəzən badamı
Yaxın gələcəkdə rayonda badam bağlarının sayı artacaq, sahələri genişlənəcək
Ölkəmizin hər yerində olduğu kimi, Siyəzən rayonunda da yaz-tarla işlərinin qızğın vaxtıdır. Artıq 8 fermer təsərrüfatında əkinə başlanıb. 6 təsərrüfatda yazlıq arpa əkilir və bu əkinlər 38 hektar sahəni əhatə edir. 2 fermer isə 3,65 hektar sahədə tərəvəz əkini ilə məşğuldur.
Bu il Siyəzəndə bağçılıq təsərrüfatına üstünlük verildiyi müşahidə edilir. Xüsusən badam bağlarının salınmasına meyil artır. Məlum olduğu kimi, son illər ölkədə, o cümlədən şimal bölgəsində badam bağlarının sahəsi genişlənir. Bu da təsadüfi deyil. Çünki badam olduqca faydalı, həm də ixracyönümlü məhsuldur. Dünya bazarında badama böyük tələbat var və o, bir çox ölkədə əsas valyuta gətirən məhsullardan sayılır. Regional inkişaf dövlət proqramlarında da aqrar sahə qarşısında qoyulan vəzifələrdən biri badam bağlarının artırılması olmuşdur. Prezident İlham Əliyev bu məsələyə önəm verərək demişdir: "Ölkəmizdə minlərlə hektarda badam bağları salınmalıdır, badam emalı fabriki tikilməlidir, paketləmə olmalıdır. Qısa müddət ərzində daxili bazarı təmin etməliyik, ixrac etməliyik".
Mütəxəssislərin fikrincə, badam gec çiçəklədiyi, həm şaxtaya, həm də quraqlığa davamlı olduğu üçün ölkəmizin müxtəlif regionlarının iqlim şəraitinə uyğundur. Siyəzəndə də badamçılıq səmərəli sahə hesab olunur. Məsələn, hələ bir neçə il əvvəl "Siyəzən Broyler" MMC 120 hektar sahədə ispan badamı ağacları əkmişdi. Alınan nəticə MMC-ni qane edir.
Bu il isə rayon üzrə 4 fermer 3 hektar sahədə badam ağacları əkib. Deyirlər ki, badam ağacları 3 ilə bara düşür. Bir hektar sahədə 650-dən çox ağac əkmək mümkündür. Məhsulun saxlama texnologiyasına gəldikdə isə qeyd edirlər ki, bu, sadədir. Damcı üsulu ilə suvarılan fidanlar quru, yağışlı və küləkli havada təzə açılan çiçəyini belə tökmür. Öz inkişaf dövrünü bütün hallara alışdırır.
Siyəzənli bağbanlar yeni salınan bağların suvarılmasında damcı üsulundan istifadə edirlər. Onlar gələcəkdə bağçılığın bu sahəsini inkişaf etdirmək fikrindədirlər. Məqsəd həm yerli bazarı badamla təmin etmək, həm də onu xarici bazarlara çıxarmaqdır.
Akif ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur
30 Aprel
“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel
Odessaya raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
30 Aprel
Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
30 Aprel
Əfqanıstanda məscidə hücum nəticəsində altı nəfər həlak olub
30 Aprel
Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
30 Aprel
Azərbaycan Ali Məhkəməsi ilə Əlcəzair Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb...
30 Aprel
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
30 Aprel
Dünyanın mədəni tərəqqisinə Azərbaycanın dəyərli töhfələri TƏHLİL
30 Aprel
Laçın sakini: İgid oğullarımız qəhrəmanlıq tariximizdə həmişə yaşayacaq
30 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!