01 Sentyabr 2021 01:16
1263
SİYASƏT
A- A+
Şuşaya əbədi günəş doğub

Şuşaya əbədi günəş doğub

 

“...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.

Ulu Öndərin bu fikirləri söylədiyi o gün - 1982-ci il yanvarın 14-ü Şuşanın dağları ağ örpəyə bürünmüşdü. Şuşaya qar yağırdı, soyuq adamın iliklərinə qədər işləyirdi. Həmin şaxtalı gün böyük Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsinin açılışı oldu. Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdi. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə olunmuşdu. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə yer verilmişdi. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu.

Şuşada yaşayıb, yaratmış M.P.Vaqifin məqbərəsinin açılışı təkcə ədəbi-mədəni hadisə deyildi...…

Ulu Öndər məqsədyönlü şəkildə 1923-cü ildə dağlıq və aran hissələrinə bölünmüş Qarabağın təsərrüfat və iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Çünki erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaq üçün Dağlıq Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaları genişləndirmək lazım gəlirdi. Ümummilli Liderin iştirakı ilə 1979-cu il yanvarın 12-də Ağdam-Xankəndi dəmir yolu istifadəyə verildi. Həmin dəmir yolu xətti ilə muxtar vilayətin respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi yaradıldı. Bu, Ulu Öndər Heydər Əliyevin strateji addımı və böyük tarixi xidməti idi.

Həmin gün Şuşaya gələn Ümummilli Lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına ayrıca diqqət ayrılması barədə xüsusi göstəriş verdi. Ulu Öndər Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşidbanu Natəvanın yaşadığı yerləri ziyarət edib, Şuşa rayonunun rəhbərliyinə demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Bundan az müddət sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu. 1982-ci il iyulun 29-dan - avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin iştirakı ilə Şuşada şair Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Ulu Öndər Şuşada “Poeziya evi”nin açılışında, Vaqif Poeziya Günlərində iştirak etdi, Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış oldu, onların qorunmasına dair tapşırıqlar verdi.

1988-1993-cü illərdə Dağlıq Qarabağ və ətrafındakı yeddi Azərbaycan rayonu Ermənistan silahlı güvvələri tərəfindən işğal edildi. Qarabağdakı, o cümlədən Şuşadakı bütün tarixi abidələr, oranın Azərbaycan torpağı olduğunu sübut edə biləcək nə vardısa hamısı erməni vandalları tərəfindən darmadağın edildi. Zaman keçdi, tarixi ədalət öz yerini aldı. Şuşa işğaldan azad edildi. Qələbədən sonra yanvarın 14-də Şuşada Vaqifin məqbərəsinin qalıqlarını ziyarət edən ölkə rəhbəri onun bərpa olunması barədə göstəriş verdi.

2021-ci il avqustun 29-da Şuşada günəşli, aydın hava vardı. Həmin gün Şuşanı azad etmiş Ali Baş Komandan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Molla Pənah Vaqifin bərpa edilmiş möhtəşəm məqbərəsinin açılışı oldu.

Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. 2021-ci ilin mart ayından başlayaraq türbə ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırılıb və bu çərçivədə işçi layihələr hazırlanıb. Məqbərənin bərpasını həyata keçirənlər ərazidə məqbərədən qalan hər xırda detaldan istifadə ediblər. Şairin ruhunu özündə daşıyan hər bir daş parçası yenidən onun məqbərəsinə hörülüb.

Məqbərənin bərpadan sonra açılış mərasimi həm də Vaqif Poeziya Günlərinin bərpa olunması ilə müşayiət olundu. Dövlət başçısının ətrafında 39 il əvvəl Heydər Əliyevin yanında olduğu kimi Azərbaycanın ədəbiyyat, mədəniyyət və sənət adamları toplanmışdı. Şairlər Vaqifin və özlərinin şeirlərini səsləndirib, Tanrının lütfünə şükranlıqlarını bildirdilər. Yazıçı Anar dövlət başıçısından AYB-nin növbəti qurultayının Şuşada keçirilməsinin xeyir-duasını aldı. Demək, irəlidə Şuşada hələ çox sənət və ədəbiyyat bayramları olacaq.

Abidənin ətrafında 39 il il əvvəl də olduğu kimi qızıl gül kolları əkilib. Bir də Şuşanın dağlarını qara buludlar almayacaq, o dağlar yalnız təbii ağ dumana, təbii ağ örpəyə bürünəcək. Şuşaya əbədi günəş doğub, Şuşaya yeni nəfəs gəlib.

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib YENİLƏNİB-4  

00:17
20 Fevral

Prezident İlham Əliyevin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib  

23:51
19 Fevral

Hikmət Hacıyev: 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur  

22:23
19 Fevral

Saxta kampaniyalarla bağlı vətəndaşlara - Xəbərdarlıq

21:11
19 Fevral

Sülh Şurasının qətnaməsi yekdilliklə qəbul edilib  

20:59
19 Fevral

ABŞ Prezidenti: İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 gün ərzində öyrənəcəksiniz  

20:07
19 Fevral

ABŞ Sülh Şurası üçün 10 milyard dollar ayıracaq

19:59
19 Fevral

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib  

19:55
19 Fevral

ABŞ-nin Vitse-prezidenti: Siz əla liderlik nümayiş etdirdiniz  

19:48
19 Fevral

Tramp: İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam  

19:07
19 Fevral

DİM-də “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş olub

18:57
19 Fevral

Donald Tramp: Sülh Şurası istənilən ölkəyə açıqdır

18:46
19 Fevral

Xəzər dənizində zəlzələ olub

18:38
19 Fevral

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs ölkəmizə ekstradisiya edilib  

18:33
19 Fevral

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib-YENİLƏNİB 

18:28
19 Fevral

Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA  

18:22
19 Fevral

Sabah respublika üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək  

18:17
19 Fevral

Avropa İttifaqı SEPAH-ı rəsmən terror təşkilatı kimi tanıyıb  

18:13
19 Fevral

Qaya Məmmədov: ATƏT aktual qala bilməsi üçün səhvlərini təhlil etməlidir  

18:11
19 Fevral

Kollegiya: 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 1-nə xəbərdarlıq edilib, 1-i isə cərimələnib  

17:53
19 Fevral

Polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışı olub  

17:43
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!