Şəhər içində şəhər
Şirvan şəhərində məcburi köçkünlər üçün 685 ailəlik yaşayış massivi salınır
Dövlət Qaçqınkomunun Şirvan üzrə məsləhətçisi Fəxrəddin Niftəliyev və Zəngilan Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Həsən Hüseynovla məcburi köçkünlər üçün salınan şəhərciyə çatanda gördük ki, böyük bir ərazinin hər tərəfində qızğın iş gedir.
Qaldırıcı kranlar, ekskavatorlar, ağırtonlu yük maşınları, digər texnikalar hamısı hərəkətdə idi. Ustalar divar hörür, beton tökür, suvaq vurur, digər işləri görürdülər. Belə bir mənzərəni seyr etdikcə bəzi ağzıgöyçəklərin mitinqlərdə, orada-burada neftdən gələn gəlirlərin heç nəyə xərclənmədiyindən danışanlar yada düşdü. Onlar ölkədə gedən quruculuq işlərini - tikilən məktəbləri, xəstəxanaları, müalicə-diaqnostika mərkəzlərini, elektrik stansiyalarını, idman komplekslərini, sənaye müəssisələrini, çəkilən yolları, qaçqın və köçkünlər üçün salınan yaşayış evlərini və onlarca, yüzlərlə belə layihələrin icrasını görmürlər? Əgər görmürlərsə, buyursunlar Şirvan şəhərinə, görsünlər burada yaşayan qaçqın və köçkünlər üçün salınan 685 ailəlik şəhərciyi, tikintinin sürətini, vüsətini...
Tikintinin baş texniki nəzarətçisi İldırım Babayev dedi ki, salınan şəhərcikdə doqquzmərtəbəli 13 yaşayış, 540 şagirdlik üçmərtəbəli məktəb, 140 yerlik uşaq bağçası, EATS binaları, klub, icma mərkəzi, inzibati bina, tibb məntəqəsi, hər biri 500 kubmetrlik 4 su anbarı, istilik sistemi üçün qazanxana, müxtəlif güclü 3 elektrik yarımstansiyası, idman meydançaları, park olacaq: "Bundan əlavə, salınacaq küçələrə asfalt döşənəcək, işıqlandırma sistemi quraşdırılacaq. 3 kilometr məsafədən buraya təbii qaz, içməli su xətləri gətiriləcək, kanalizasiya sistemi yaradılacaq, uzunluğu 3,7 kilometr olan şose yolu çəkiləcək”.
Obyektin inşasında tender müsabiqəsində qalib çıxmış 17 tikinti təşkilatı iştirak edir. Onların hər biri ayrı-ayrılıqda fəaliyyət göstərir. Tikintinin rəhbər və mütəxəssisləri də hər gün buradadırlar. Ayrı-ayrılıqda hər birinin səyyar ofisi var. "Rabitə-İnşaat” ASC, "Minera” MMC, "Tunel-Metro-İnşaat” MMC və başqaları işin sürəti ilə yanaşı, keyfiyyətinə də xüsusi diqqət yetirirlər.
Qeyd edək ki, obyektdə işə cari ilin yanvar ayında başlanılıb. Bu müddət ərzində bir neçə doqquzmərtəbəli binanın 3-cü, 540 yerlik məktəbin 2-ci mərtəbəsində, qazanxanada bütün işlər başa çatdırılıb. Öyrəndik ki, mal-material sarıdan heç bir çatışmazlıq yoxdur. Tikintiyə 60-dan çox müxtəlif markalı texnika cəlb olunmuşdur. Usta və fəhlələrin sayı 800 nəfərdir. Onların çoxu Şirvan şəhərinin sakinləridir. Hər bir tikinti təşkilatı öz fəhlə və mütəxəssislərini xüsusi geyimlə təmin etmişdir. Ərazidə onlara xidmət göstərmək üçün yeməkxana yaradılmışdır. Aylıq əməkhaqqı orta hesabla 500 - 1000 manat arasındadır.
Məlumat üçün bildirək ki, doqquzmərtəbəli yaşayış binalarında mənzillərin ümumi sahəsi 74 min 208 kvadratmetrdir. Mənzillərdəki otaqların sayına gəldikdə isə onlardan 64-ü bir, 298-i iki, 270-i üç, 53-ü dördotaqlı olacaq.
Baş texniki nəzarətçi İ.Babayev sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun olduğu şəhərciyin iyul ayında istifadəyə veriləcəyini bildirdilər. Beynimizdə belə bir sual yarandı: yarım ildə bu böyüklükdə obyektdə işləri tamamlamaq olarmı? Sualımıza özümüz də cavab tapdıq - əgər qısa müddətdə bu qədər işlər görülübsə, qalan vaxt ərzində şəhərciyi də təhvil vermək mümkündür.
Seyran CAVADOV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!