23 Fevral 2026 09:39
232
CƏMİYYƏT
A- A+
Səudiyyə qəzeti: Azərbaycana vizasız səfər işgüzar və turizm əlaqələrini daha da genişləndirəcək

Səudiyyə qəzeti: Azərbaycana vizasız səfər işgüzar və turizm əlaqələrini daha da genişləndirəcək


Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu "Okaz" qəzetində Azərbaycana səfər edən Səudiyyə Ərəbistanı vətəndaşları üçün tətbiq olunan birtərəfli və müddətli vizasız rejimlə bağlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycanın atdığı bu addım iki ölkə arasında artan turizm axınının, intensivləşən iqtisadi əlaqələrin və genişlənən investisiya əməkdaşlığının məntiqi davamı kimi qiymətləndirilir.

Bildirilir ki, bir neçə dövlətlə yanaşı, Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Azərbaycan Respublikasının ərazisinə bir il ərzində üç dəfə vizasız daxil ola biləcəklər. Bu il fevralın 15-dən tətbiq olunmağa başlanan yeni qayda 2027-ci il fevralın 15-dək qüvvədə qalacaq. Hər gəliş zamanı ölkədə qalma müddəti 30 günə qədərdir. Adı çəkilən dövlətlərin vətəndaşları il ərzində dördüncü gəlişlərində etibarlı viza təqdim etməlidirlər.

Bununla yanaşı, krallıqda yaşayan və azı 6 ay müddətinə etibarlı yaşayış icazəsinə malik əcnəbi rezidentlər də Azərbaycan beynəlxalq hava limanlarında gəliş zamanı birgirişli turizm vizası əldə edə biləcəklər. Bu viza onlara ölkədə 30 gün qalmaq hüququ verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş direktor: Qlobal Bakı Forumuna bu günədək 4000-ə yaxın iştirakçı qatılıb

15:23
23 Fevral

Qurban Qurbanov: “Nyukasl”la cavab oyununa yaxşı hazırlaşmışıq  

15:07
23 Fevral

Xankəndidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

15:03
23 Fevral

Ombudsman beynəlxalq ictimaiyyəti Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırıb - BƏYANAT

14:43
23 Fevral

Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair əlavə edilib

14:33
23 Fevral

"ASAN xidmət" modelinin Ruandada tətbiqi istiqamətində iş aparılır

14:30
23 Fevral

Azərbaycanın növbəti humanitar yardım yükü Kiyev şəhərinə təhvil verilib

14:28
23 Fevral

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb  

14:27
23 Fevral

Maliyyə naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

14:25
23 Fevral

2030-cu il Qış Olimpiya Oyunlarının təşkili ilə bağlı vəziyyət necədir?

14:19
23 Fevral

Azərbaycan həm Orta Dəhliz, həm də “Şimal-Cənub” marşrutunun mərkəzi qismində çıxış edir - amerikalı politoloq ilə MÜSAHİBƏ 

14:16
23 Fevral

Ötən həftə 203 mina və 796 partlamamış hərbi sursat zərərsizləşdirilib  

14:15
23 Fevral

Anemiyanın səbəbləri və onunla mübarizə  

14:01
23 Fevral

Emmanuel Makron: Demokratiyada tarazlıq mexanizmlərinin olması yaxşıdır

13:37
23 Fevral

Milli Məclisdə sosial siyasət və təhsil üzrə qanun layihələri müzakirə olunub  

13:29
23 Fevral

Bakıda çiskin olacaq, dağlıq ərazilərdə qar yağacaq 

13:23
23 Fevral

Azərbaycan boksçusu Moskvada rinqə çıxacaq

12:46
23 Fevral

Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha

12:33
23 Fevral

Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə növbəti köç karvanı yola salınıb  

12:07
23 Fevral

Neftin bahalaşması davam edir

12:01
23 Fevral

Ötən ay Azərbaycanın qızıl və gümüş istehsalında 12 faizlik azalma qeydə alınıb  

11:51
23 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!