26 Aprel 2024 15:08
255
SİYASƏT
A- A+

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

 

Üç il yarım əvvəl sabitliyin möhkəmləndirilməsi və sülhün qorunması məqsədilə Rusiya və Türkiyənin müdafiə nazirliklərinin rəhbərləri Azərbaycan Respublikasının fəal köməyi ilə Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə Birgə Monitorinq mərkəzinin yaradılması haqqında Memorandum imzalayıblar. O, iki aydan sonra - 2021-ci il yanvarın 30-da fəaliyyətə başlayıb. Mərkəz bütün bu illər ərzində Azərbaycan torpağında davamlı sülh naminə üç ölkənin hərbi qulluqçularının uğurlu qarşılıqlı fəaliyyətinin və birgə fəal il prosesinin nümunəsi olub. Onun fəaliyyəti dövründə Rusiya və Türkiyə sülhməramlıları atəşkəs rejiminə əməl olunmasına və bütün hərbi əməliyyatlara etibarlı nəzarət edilməsi sistemi qurub, başı bəlalar çəkmiş bu torpaqda dinc həyatın bərqərar olması üçün möhkəm zəmin yaradıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakov Ağdam rayonu ərazisində yerləşən Birgə Türkiyə-Rusiya Monitorinq mərkəzinin bağlanışı mərasimində bildirib.

General-polkovnik Sergey İstrakov əlavə edib: “Rusiyalı və türkiyəli həmkarlar tərəfindən qarşıya qoyulan bütün vəzifələr mehriban iş şəraitində həll olunub. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti ilə birlikdə regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib. Qarşılıqlı hörmət və beynəlxalq humanitar hüququn üstünlüyü əsasında qurulan Mərkəzin uğurlu fəaliyyəti sülhməramlı missiyanı vaxtından əvvəl başa çatdırmağa və Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisindən çıxarılmasına başlamağa imkan verib. Birgə Monitorinq mərkəzinin timsalında biz dinc məqsədlər üçün yaxşı əlaqələndirilmiş və peşəkar birgə işin necə müsbət nəticələr verdiyini gördük. Azərbaycan-Rusiya-Türkiyə münasibətləri dostluq və mehriban qonşuluq ruhunda inkişaf edir. Müxtəlif sahələrdə birgə böyük iqtisadi layihələr həyata keçirilir. Bakı, Moskva və Ankara regional və qlobal gündəmdəki mühüm məsələlərin həlli istiqamətində səyləri uğurla əlaqələndirirlər”.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun adından Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik naminə öz hərbi borcunu layiqincə yerinə yetirmiş Rusiya, Türkiyə və Azərbaycanın hərbi qulluqçularına təşəkkürünü bildirən Sergey İstrakov deyib: “Əminəm ki, biz ədalətli və demokratik dünya düzəninin qurulması maraqları naminə dost xalqlarımızın mənafeyi üçün dövlətlərarası əlaqələri bundan sonra da ardıcıl şəkildə inkişaf etdirəcəyik. Hər kəsə səmimi-qəlbdən möhkəm cansağlığı, başları üzərində dinc səma, ölkələrimizin vətəndaşlarına sülh və firavanlıq arzulayıram”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video