18 Noyabr 2021 00:37
1664
CƏMİYYƏT
A- A+
“Səngər gündəliyi”nin müəllifi

“Səngər gündəliyi”nin müəllifi

 

“İki sahil” qəzetinin baş redaktorunun müavini, Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitan Anar Miriyev ötən ilin bu günlərini xatırlayır

 

Müharibənin bütün dəhşətlərini yazmaq onu yaşamaq qədər çətindir: qulaqbatırıcı tank, top, raket atəşləri, səngər döyüşləri, dostluq, səninlə yan-yana uzanıb düşməni gözdən uzaq qoymayan yoldaşının bir neçə dəqiqə və ya saniyədən sonra yaralanması, yaxud şəhid olması...

Bütün bunlar müharibədə, döyüşlərdə hər dəqiqə səni gözləyən hadisələrdir. Zəfərimizin salnaməsini yazanların özlərinin də ön cəbhədə düşmənə layiq olduğu cavabı verənlərin arasında olmasında qeyri-adi bir şey yoxdur. Lakin onları digər döyüşçü dostlarından - əsgər, səngər yoldaşlarından fərqləndirən cəhətlər var ki, o da qələm və söz sahibi olmalarıdır. Axı müharibədən sonra Zəfər tarixini günbəgün qələmə alan da onlardır: “səngər gündəliyi”nin müəllifləri...

 

Dastana çevriləcək Zəfərə doğru irəli,  Azərbaycan əsgəri!

 

Onu neçə illərdir ki, həmkarımız, yaxşı qələmi olan jurnalist kimi tanıyırıq. Müxtəlif mövzularda qələmə aldıqları yazılar geniş oxucu auditoriyası yaradıb. Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi həmkarımızın vətənpərvər zabit olduğunu da üzə çıxardı. Beləliklə, imzası oxuculara yaxşı tanış olan jurnalist Anar Miriyevin döyüş yollarının izinə düşdük. Ötən ilin son günü ön cəbhədən qayıdan kapitan Anar Miriyev düşmənin məkrli, çirkin niyyətinin necə puça çıxarıldığını, döyüş gündəliyini qələmə alır və tarixləşdirir. O, əslində, bununla, ilk növbədə, yenilməz ordumuzun qazandığı Zəfərin necə əldə edilməsini gələcək nəsillərə yadigar qalsın deyə yazır.

...44 günlük dastanın ikinci günü - 28 sentyabr 2020-ci ildə Anar Miriyev redaksiyada müharibə ilə bağlı yazıları redaktə edərkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərinin Səbail Rayon İdarəsindən gələn zəngə cavab verdikdən sonra xəyalında ön cəbhəni canlandırdı. Onsuz da illərdir ki, o, erməni vandalizminin  çirkin siyasətindən yazırdı. İki gün idi ki, başlayan Vətən müharibəsindən gələn xəbərlərlə bağlı həyəcanlı olsa da, tezliklə dastana çevriləcək Zəfərin salnaməsini yazanların qalibiyyət bayrağını Şuşaya sancmaqlarına da inanırdı.

Sentyabrın 29-da o, ön cəbhəyə yola düşdü. Bu dəfə qələmi ilə deyil, odsaçan silahla düşmən üzərinə gedirdi. Odlu-alovlu yolu 30 ilə yaxın müddətdə tapdaqda inləyən və cəsur oğulları imdada səsləyən, işğaldan azad edilməsini gözləyən Qarabağa idi. Bu yol həm şərəfli, həm də çətin idi. Burada ləngimək, axsamaq, geri qalmaq olmazdı...

Məqsəd bu idi: ancaq irəli! Çünki irəlidə ana Vətənin qanla yoğrulan torpaqları onları gözləyirdi...

Ehtiyatda olan kapitan o günlərin, az qala, hər anını belə yaddaşına yazıb. Deyir ki, döyüşlərlə bağlı o qədər danışılası, qələmə alınası xatirələri var ki: “Vətənimizin işğalda qalmış torpaqlarının azad olunması uğrunda başlanan və cəmi 44 gün davam edən müharibədə ancaq bir məqsəd var idi: ərazi bütövlüyümüz bərpa edilməlidir! Bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kimi hərbçilərin mənəvi, psixoloji hazırlığı, döyüş ruhunun yüksəldilməsi işinə birbaşa cavabdeh idim. Həmin vaxt şəxsi heyətlə iş zamanı müşahidə edib görürdüm ki, istər səfərbərlikdən cəlb olunanlar, istər cəbhəyə könüllü yazılanlar, istərsə də orada həqiqi hərbi xidmətdə olan əsgərlər olsun, hamısında eyni yüksək mənəvi-psixoloji hazırlıq var. Hamı vətənpərvərlik ruhu ilə döyüşürdü. Bir amal uğrunda birləşmişdik. Orada elə bir əsgər yox idi ki, nədənsə qorxsun, çəkinsin. Bütün əsgərlərimizin, zabitlərimizin bir amalı var idi: Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması. Orada xüsusən onu müşahidə etdim ki, şanlı ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyevə olan inamı çox yüksəkdir...”

 

“Səngər gündəliyi”ndən...

 

“Səngər gündəliyi”nə yazdıqlarından öyrənirik ki, xidmət etdiyi bölükdən 3 şəhid veriblər. Bölükdə 10 nəfərdən çoxu yaralanıb, qaziyə çevriliblər: “...Düşmənin üzərinə hücum edib, mövqelərini ələ keçirəndə, yaxud onlara yaxınlaşanda silahlarını yerə atıb qaçdıqlarını görmək bilirsiniz nə demək idi?! Düşmən anlayırdı ki, bu torpaq onların deyil. Ona görə də silah-sursatlarını qoyub qaçırdılar. Cənab Prezidentin dediyi kimi, onların öz səngərlərini, silahlarını özlərinə qarşı istifadə etdik, fakt göz qarşısındadır: Bakıdakı Hərbi Qənimətlər Parkında sərgilənən Ermənistan ordusuna məxsus sıradan çıxarılmış texnika, silah-sursat bunun nümunələridir...”

Xocavənd istiqamətində gedən qanlı döyüşlərdə iştirak edən kapitan o ərazilərin coğrafi və relyef baxımından çox sərt yer olduğunu da deyir. Belə yerlərdə döyüşmək, əlbəttə, çox çətin olur. Xocavənddə gedən qızğın döyüşlərdə iştirak edən kapitanın da bir neçə kəndin işğaldan azad edilməsində xidməti olur. Bu da, təbii ki, onun üçün qürurvericidir. Ağdam işğaldan azad olunduqdan sonra onların bölüyü də həmin əraziyə keçir.

Əsasən Xocavənd və Ağdam istiqamətindəki döyüşlərin iştirakçısı olan həmsöhbətim onu da gizlətmir ki, ailəsi onun birbaşa ön cəbhəyə, qaynar nöqtəyə getdiyi üçün ilk günlər çox narahat olub. Axı 2 azyaşlı uşağı evdə qoyub getmişdi...

Anar Miriyev döyüşlər zamanı gördüklərini, yaşadıqlarını sözlə ifadə etməkdə çətinlik çəkir. Ona görə də o, cəbhə gündəliyini tezliklə oxucuların ixtiyarına verməyə tələsir. O dəhşətləri yaşamaq, odun-alovun içindən keçmək və sonradan onları qələmə almaq o qədər də asan deyil. Gərək ən kiçik detalı belə unutmayasan. Axı həmin məqamda elə hadisə olub ki, onu yazmalısan, oxutmalısan, gələcək nəsillərə çatdırmalısan ki, torpaqlarımızı necə işğaldan azad etmişik: “...Çiyin-çiyinə səngərdə dayandığın döyüş yoldaşının gözlərinin qarşısında döyüşə-döyüşə şəhid olması çox ağır mənzərədir. Yaralı əsgər yoldaşını döyüş zonasından çıxarmaq, səngərə gətirmək, onun yaşamasına çalışmaq... Budur müharibə! Budur Vətən qarşısında olan borcunun yerinə yetirilməsi! Oradakı bütün əsgərlər bir-birilərinə dəstək idilər. Bu anların hamısını görmək, yaşamaq çox ağır idi. Gəncənin, Tərtərin, Bərdənin düşmən terroruna məruz qalması ilə bağlı bizə də məlumatlar çatırdı. Bu xəbərlər şəxsi heyəti çox qəzəbləndirir, intiqam hissini daha da alovlandırırdı. Biz bütün şəhidlərimizin, Gəncə, Tərtər, Bərdə terrorunun qurbanlarının qisasını döyüş meydanlarında birə-on qat alırdıq. Yadımdadır, Gəncə terroru ilə bağlı məlumat gələndə çox qəzəblənmişdik. Həmin vaxt minamyotların mərmilərinin üzərinə “Gəncənin qisası” yazıb zərbə endirirdik. Bununla da erməni terrorunun qurbanlarının intiqamını alırdıq... Beləliklə,  düşmənə qarşı vuruşan igidlərlə çiyin-çiyinə oldum!”

Keçdiyi döyüş yolunda göstərdiyi şücaətə və əzmkarlığa görə, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Xocavəndin işğaldan azad olunması uğrunda” medalına layiq görülən kapitan Anar Miriyev hərbi hissənin komandiri tərəfindən də fəxri fərmanla təltif olunub...

 

“Əsgərə məktub”...

 

Anar Miriyev döyüşlərə yollananda arxada daha çox gözü yollara dikilən 9 və 7 yaşlı Kamranla Kamal olub. Amma onlar qələmi ilə tanınan atalarının bu dəfə silahla düşmən üstünə şığıyan qartala döndüyünü də bilirdilər. Ona görə onunla fəxr etdiklərini deyirlər.

Dünənki döyüşçü komandir, bugünkü jurnalist xatirələrinin bir neçəsini bizimlə bölüşür: “44 günlük Vətən müharibəsində Azərbaycanın necə güclü, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik ordusunun olduğunun şahidiyəm. Müstəqillik illərində doğulan və heç vaxt Qarabağı görməyən igid oğullarımız Vətən, torpaq üçün ölümün üstünə göz qırpmadan gedirdilər. Onları ruhlandıran həm də Müzəffər Ali Baş Komandanın döyüşən ordunun daim yanında olması, qələbə xəbərlərini hər gün xalqa, o cümlədən dünyaya və ön cəbhədə olanlara çatdırması idi. Digəri isə arxa cəbhənin bizə maddi-mənəvi dəstəyi, xüsusən də “Əsgərə məktub”lar idi. Məktublar müxtəlif ünvanlardan gəlsələr də, eyni məzmunlu idilər. Onların birini ata-ana, qardaş-bacı, nişanlı-istəkli, digərini ömür-gün yoldaşı və balalar yazırdılar. Məktəblilər, tələbələr, ön cəbhəyə can atanlardan da məktublar və sovqatlar gəlirdi ki, bu da Qələbəyə aparan yolumuzu açırdı.

Yadımdadır, bizim səngərlə düşmənin mövqeyi arasında təxminən 300-400 metr məsafə vardı. Həmin ərazi isə tamamilə minalanmışdı. Bölüyümüz həmin ərazidən hücuma keçməli idi. Hərbi hissənin mühəndis-istehkam bölüyünün zabit və əsgərləri bizim olduğumuz əraziyə gəldilər. Gecə saat 2-dən sonra həmin əsgərlər əraziyə girərək minaları tapmağa, onları çıxarıb hücum üçün xüsusi bir cığır açmağa başladılar. Təsəvvür edirsinizmi ki, düşmənə bu qədər yaxın məsafədə ərazini minalardan təmizləmək nə qədər çətin və təhlükəlidir?!

 Biz isə səngərdə mövqe tutaraq, nəfəs dərmədən, göz qırpmadan, əlimiz tətikdə gözləyirdik. Hər an düşmən minalı ərazini təmizləyən qrupu görə bilərdi. Biz o zaman atəş dəstəyi verməli idik. Vaxt gedir, hamı gərgin vəziyyətdə gözləyirdi. Birdən gördüm ki, həmin ərazidən bir əsgər yaxınlaşır. Çatan kimi dedi:

- Komandir, əlimdəkini hara qoyum?

 Sorusdum ki, nədir?!

- Dedi: Tank əleyhinə mina!  

 

Unudulmazlar - canından və qanından keçənlər

 

Təsəvvür edin: əsgər qorxmadan tank əleyhinə minanı əlində gətirirdi. Belə əsgəri olan ordu basılardımı? Əlbəttə ki, yox! İlk dəfə idi tank əleyhinə mina görürdüm. Həmin qrup ərazidə hücum üçün lazım olan cığırı açdı və bölüyümüz oradan irəlilədi. Düşmənin həmin mövqeyi darmadağın edildi. Minaları ərazidən təmizləyən həmin qrupun üzvlərinin yarısından çoxu 19-21 yaşlı gənclərimiz idi. Onlar minaları çox peşəkarlıqla təmizləyirdilər?! Təbii ki, peşəkar zabitlərin rəhbərliyi və təlimatları ilə bu işi görürdülər. Bizim əsgərlərimiz belə cəsur, igid, qorxmaz idilər. Bu da Qələbə üçün çox vacib amillərdəndir...”

Kapitan Anar Miriyev deyir ki, onları ruhlandıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin illərdən bəri gözlənilən əmri idi. O əmr ki, onun hesabına erməni vandalizminə son qoyulub, mənəviyyat beşiyi olan Şuşamız işğaldan azad edilib. İndi azad edilən ərazilərdə bərpa və yenidənqurma işləri genişlənir. Bu günlərdə Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. Qardaş Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğan bu təntənəli açılışda iştirak edib...

Anar Miriyev deyir ki, müharibə həm də ölüm-itim, qan-qada deməkdir. Bütün uğurlarımıza sevindiyimiz kimi, itirdikləmizə də, əlbəttə, kədərlənirik. Şəhidlərimiz Vətən uğrunda canlarından keçdilər. Onlar Zəfərimizin bayraqdarlarından biri kimi bu gözəl, firavan günlərimizi də görməli idilər. Haqqında söz açılan bölükdən İlqar Əhmədov, Eşqin Gülməmmədov və Qoşqar Üzeyirov kimi cəsurlar Vətən, torpaq uğrunda canlarından keçib - şəhidlik məqamına ucalıb, gizir Hacızadə isə ayağının birini itirərək qazi kimi geri dönüb.

Ən mühüm məqamlardan biri də odur ki, multikultural xalq olduğumuzu ön cəbhədə də təsdiqlədik. Düşmənə qarşı amansız olanların arasında müxtəlif xalqların nümayəndələri də az deyildilər, lap elə milliyyətcə rus olan Dima Markov kimi. Cəbrayılda və Şuşada döyüşən Dima İctimai TV-də çalışır. Belə vətənpərvərlərimizlə fəxr edirik.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!