01 Aprel 2022 00:45
906
İQTİSADİYYAT
A- A+
Şəmkir əkinçiləri cari il də fərqlənəcəklər

Şəmkir əkinçiləri cari il də fərqlənəcəklər

 

Şəmkir ölkəmizin böyük kənd təsərrüfatı rayonlarındandır. Əsasən əkinçiliyin geniş yayıldığı rayonda regionların sosial-iqtisadi inkişafı dövlət proqramında nəzərdə tutulan tədbirlər planına uyğun olaraq bu sahənin daha sürətli inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Bunun sayəsində keçən il əkinçilikdə məhsul istehsalı əvvəlki illə müqayisədə xeyli artmışdır. Belə ki, ötən il 14303 hektar dənli bitkilər sahəsində 47274,2 ton  məhsul istehsal olunmuşdur. Aqrotexniki tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi nəticəsində 27207 ton buğda, 19804,1 ton arpa və 263,1 ton vələmir istehsal edilmişdir. Bundan başqa, 1680 hektar dən üçün qarğıdalı sahəsindən 11373,6 ton məhsul götürən təsərrüfat sahibləri 380 hektar əkin sahələrində təkrar səpin aparmış və 1654 ton əlavə məhsul əldə etmişlər. 

Ötən il 1276,8 hektarda texniki bitkilər də əkilmişdir. Onun 935  hektarı dən üçün günəbaxan, 299,8 hektarı şəkər çuğunduru, 40 hektarı yer fıstığı, qalan 2 hektarı isə gül olmuşdur. Əkilmiş 935 hektar dən üçün günəbaxan sahəsindən 1692,1 ton məhsul toplanmışdır. Eyni zamanda 2021-ci təsərrüfat ilində 6562 hektardan 177225,7  ton kartof, 102 hektar bostan sahəsindən 2841,5 ton qarpız, 6442 hektardan 308793 ton tərəvəz yığılmışdır.

Keçən il rayonda meyvəçilikdə də göstəricilər yüksək olmuşdur. Hazırda rayonda 4480,4 hektar meyvə və giləmeyvə bağları mövcuddur ki, onun da 3212,6 hektarı barverəndir. Çəkilən zəhmətin nəticəsində həmin sahələrdən 78154,4 ton məhsul götürülmüşdür.

Son illər rayonda üzümçülüyün inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Hazırda rayonda mövcud olan 560 hektar üzüm bağının 556 hektarı bar verir. Son mövsüm həmin sahələrdən 7700, şəxsi təsərrüfatlardan isə 25586,3 ton məhsul yığılmışdır.

Rayon əkinçiləri cari ilin yüksək məhsuldarlığı üçün də gərgin əmək sərf edirlər. Artıq 24983 hektar sahədə şum aparılmışdır. Qaldırılmış şumun 13500 hektarında dən və yaşıl yem üçün payızlıqlar səpilmişdir. Payızlıq səpinin 8310 hektarı dən üçün buğda, qalan 5190 hektarı isə dən üçün arpadır. Hazırda əkin sahələrində həm suvarma, həm də ziyanvericilərə qarşı mübarizə tədbirləri görülür. Şəmkirlilər 2022-ci ildə də kənd təsərrüfatının bütün sahələri üzrə yüksək göstəricilər qazanmaq üçün indidən möhkəm təməl qoyur, məhsuldarlığın yüksək olması üçün əllərindən gələni əsirgəmirlər.

 

S.ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məkkədə Həcc ziyarəti başlayıb

18:49
26 May

Qan təzyiqinin tez-tez dəyişməsi beyin sağlamlığına mənfi təsir göstərə bilər

18:41
26 May

Uqandada Ebola virusuna yoluxanların sayı artıb

18:34
26 May

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

18:32
26 May

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

18:31
26 May

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq  

18:30
26 May

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

18:28
26 May

WUF13: Bakıdan dünyaya inkişaf mesajı

18:19
26 May

Körfəz ölkələri dron təhlükəsinə qarşı lazer silahlarına yönəlir

18:16
26 May

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub

18:13
26 May

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

18:10
26 May

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan  

18:09
26 May

Microsoft Dünya Çempionatı üçün hakaton keçirilib

18:08
26 May

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

18:04
26 May

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:03
26 May

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

17:59
26 May

ABŞ ordusu İranın qayıqlarına və zeni-raket qurğusuna zərbə endirib

17:59
26 May

Xızıda sahibkarlarla görüş: biznes imkanları və dövlət dəstəyi müzakirə edilib

17:51
26 May

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır  

17:49
26 May

Örüş və otlaq sahələrinin idarə olunmasında yeni mərhələ: 480 min hektarda bərpa hədəfi

17:44
26 May

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

17:42
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!