28 İyun 2026 17:38
357
CƏMİYYƏT
A- A+
Şəhid atasının xatirələri: Emin uşaqlıqdan fərqli xarakterə malik idi  

Şəhid atasının xatirələri: Emin uşaqlıqdan fərqli xarakterə malik idi  


Emin uşaqlıqdan fərqli xarakterə malik idi. Mən bir ata kimi həmişə hiss edirdim ki, bu uşaq adi ömür yaşamayacaq. Onda elə bir iradə, elə bir işıq vardı ki, insan istər-istəməz onun gələcəyinə böyük ümid bəsləyirdi. Hündürboy, yaraşıqlı, gülərüz, mərd və həmişə birinci olmağa çalışan bir övlad idi. Məktəbdə də, dostları arasında da seçilirdi, heç vaxt gördüyü işi yarımçıq qoymurdu.

İdman onun həyatının ayrılmaz hissəsi idi. Kinqboksinq, cüdo, sambo, sərbəst və klassik güləş, uşu-sando, boksla məşğul olmuş, hər birində uğurlar qazanmışdı. Müxtəlif idman klublarında diplom və mükafatlara layiq görülmüş, 2014-cü ildə isə uşu-sando üzrə Azərbaycan birincisi adını qazanmışdı. Mən inanırdım ki, o, gələcəkdə tanınan şəxslərdən biri olacaq. Oldu da...

Bunu AZƏRTAC-a açıqlamasında Aprel döyüşləri şəhidi Emin Bağırovun atası İmran Bağırov deyib.


İ.Bağırov Eminin uşaqlıqdan vətənpərvər olduğunu, üzünə bayraq şəkli çəkərək düşməndən Xocalının qisasını alacağını dediyini bildirib.

“Xocalı hadisəsi baş verəndə Emin heç dünyaya gəlməmişdi. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmaq istədi. Təəssüf ki, arzusunu həmin il reallaşdıra bilmədi. Ancaq bu uğursuzluq onu ruhdan salmadı. Elə həmin ilin oktyabrında hərbi xidmətə yollandı. Əvvəl Lənkəranda, sonra Beyləqanda xidmət etdi. Qısa zamanda öz bacarığı və fiziki hazırlığı ilə seçilən Emin kursdan keçərək Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qəbul olundu. Bir gün mənə zəng edib dedi: "Ata, mənə halallıq ver, mən hərbçi olacağam". O an başa düşdüm ki, artıq ürəyinin yolu Vətən xidmətindən keçir.

Xidmət etdiyi komandirləri və döyüş yoldaşları onun haqqında yalnız xoş sözlər deyirlər. Cəsarəti, intizamı və peşəkarlığı ilə hamının hörmətini qazanmışdı. Deyirdilər ki, Eminin atdığı heç bir güllə hədəfdən yayınmırdı. O, hər tapşırığa böyük məsuliyyətlə yanaşır, ən çətin sınaqlardan üzüağ çıxırdı. Beş yüz nəfər arasından seçilən iyirmi nəfərdən biri olması onun necə fiziki və psixoloji cəhətdən hazırlıqlı və iradəli hərbçi olduğunu göstərirdi. Bir dəfə bir dostu ondan soruşub ki, hərbi xidmətindən razısan? Deyib, şəhid olana qədər razı deyiləm. O, şəhid olmaq üçün yaşayırdı..." – deyə o, söhbəti davam etdirir.

Şəhidin atasının sözlərinə görə, Emin təkcə güclü döyüşçü deyildi, həm də ailəsinə çox bağlı bir övlad idi. Evdə hamının qayğısına qalır, ailə üzvlərini sevindirməyə çalışırdı: "Onun gülüşü evimizə sevinc gətirirdi. Elə bil evimizin dayağı idi. Mart ayında sonuncu dəfə evə gəlmişdi. Heç ağlıma gəlməzdi ki, bu, onun evimizdən son gedişi olacaq. Aprel döyüşləri başlayanda son dəfə aprelin 2-də mənə zəng etdi. Səsində böyük inam hiss olunurdu. "Ata, yəqin xəbərin var, müvəffəqiyyət bizim tərəfdədir", – dedi. Bu sözlərdən sonra əlaqə kəsildi. Nə qədər zəng etsəm də, onunla bir daha danışa bilmədim. O an ürəyimə qəribə bir nigarançılıq doldu. Elə bil hiss etdim ki, oğlumla son dəfə danışmışam”.

2016-cı il Aprel döyüşləri Eminin ilk və son döyüşü oldu. Aprelin 4-də Talış istiqamətində gedən ağır döyüşlərdə Emin böyük şücaət göstərdi. Döyüş yoldaşı Təbriz Əsgərov şəhid olanda onu döyüş meydanından çıxarmaq üçün tərəddüd etmədən irəli atıldı. Elə həmin an düşmənin atdığı mərmi onun həyatına son qoydu. O, cəmi 19 yaşında Vətən uğrunda canından keçdi. Oğlum son nəfəsinə qədər əsgər andına sadiq qaldı və qəhrəmanlıq zirvəsinə ucaldı.

Atası deyir ki, aprelin 5-də son dəfə evə gəldi: “ Bu dəfə onun özünü deyil, üçrəngli bayrağa bükülmüş tabutunu qarşıladıq. Aprelin 6-da Emini doğulub boya-başa çatdığı Bakının Binəqədi rayonunda son mənzilə yola saldıq. O gün bizim üçün təkcə bir övlad itkisi deyildi, bir ömürlük həsrətin başlanğıcı idi. Ancaq xalqın sevgisi, göstərdiyi hörmət bizə təsəlli verdi. Bu gün də insanlar onun şəkillərini görüb ehtiramla yad edir, qəhrəmanlığından danışırlar. Bu, bir ata üçün həm ağır dərddir, həm də böyük qürurdur.

Mən Eminin atası olmaqla fəxr edirəm. Allah mənə qısa ömürlü, amma şərəfli bir övlad nəsib etdi. O, arxasında silinməyəcək bir ad, qəhrəmanlıq salnaməsi qoydu. Dövlətimizin onu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif etməsi də bu qəhrəmanlığın təsdiqidir. Emin artıq təkcə bizim oğlumuz deyil, Vətənin əbədi yaşayan igid övladlarından biridir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:44
30 İyun

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:43
30 İyun

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 425-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:43
30 İyun

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

02:41
30 İyun

“Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 avqust tarixli 190 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 noyabr tarixli 520 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:40
30 İyun

“Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:38
30 İyun

Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri”nin təsdiq edilməsi barədə

02:38
30 İyun

“Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən daxili nəzarət sisteminin qurulması və mümkün vergi riskləri barədə məlumatın, həmin risklərə nəzarət prosedurunun vergi orqanına təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:37
30 İyun

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 28 noyabr tarixli 539 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:35
30 İyun

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 9 yanvar tarixli 575 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
30 İyun

Azercell abunəçilərinin nəzərinə

02:32
30 İyun

Dünya çempionatı: Braziliya millisi növbəti mərhələdə

23:17
29 İyun

Azərbaycan cüdoçuları Avropa çempionatına 5 medalla başlayıblar

22:36
29 İyun

Almaniyada silahlı insident nəticəsində ölənlərin sayı 6-ya çatıb

21:34
29 İyun

Panel sessiya: “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası”  

21:02
29 İyun

Gürcüstanda QDİƏT PA-nın Baş Assambleyası işə başlayıb

20:52
29 İyun

Azərbaycan cüdoçusu Avropa çempionu olub

20:17
29 İyun

Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib

20:06
29 İyun

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib 

19:33
29 İyun

Səhiyyə Nazirliyi və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya arasında əməkdaşlıq genişləndirilir  

18:57
29 İyun

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, yeni Texniki Direktor təqdim olunub

18:42
29 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!