№ 200
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 9 yanvar tarixli 575 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 25-ci bəndinin “b” yarımbəndindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 15 yanvar tarixli 16 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 65 (Cild I) ilə təsdiq edilmiş “Tərbiyə müəssisələrinin nəzdində Himayəçilik Şurasının işinin təşkili və fəaliyyət Qaydası”nın 8-ci hissəsinin “ə” bəndindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.
3. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 719 (Cild I); 2024, № 1, maddə 123, № 4, maddə 479; 2025, № 7, maddə 696, № 9, maddə 873) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adında və preambulada “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin;
3.2. 1-ci hissədə “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin və həmin hissədən “valideynlərini itirmiş və” sözləri çıxarılsın;
3.3. 2-ci hissənin ikinci, üçüncü və dördüncü abzaslarından “valideynlərini itirmiş və” sözləri çıxarılsın və həmin hissənin birinci və üçüncü abzaslarında “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin.
4. “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydalarının və Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 539 (Cild I); 2024, № 9, maddə 1101; 2025, № 11, maddə 1092; № 12 (II kitab), maddə 1257) aşağıdakı dəyişikliklər edilsin:
4.1. adından və 1-ci hissədən “valideynlərini itirmiş və” sözləri çıxarılsın;
4.2. həmin Qərarla təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları”nın adından və 1-ci hissəsindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 aprel tarixli 83 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 373 (Cild I); 2024, № 9, maddə 1106; 2025, № 9, maddə 861) ilə təsdiq edilmiş “Dərman vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər tədqiqatlarının və klinik sınaqlarının aparılması Qaydaları”nın 2.14-cü bəndindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 549 (Cild I); 2024, № 6 (II kitab), maddə 721; 2025, № 9, maddə 873) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 15.2-ci bəndin ikinci cümləsindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın və həmin bənddə “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin;
6.2. 15.3-cü bənddə “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin;
6.3. 15.4-cü bəndin ikinci cümləsindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 iyun tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 725 (Cild I); 2024, № 2, maddə 204, № 3, maddə 314; 2025, № 9, maddələr 861, 870) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2-ci hissənin adında və 2.1-ci bənddə “Valideynlərini itirmiş və ya valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin;
7.2. 2.1.2-ci yarımbənddən “valideynlərini itirmiş və” sözləri çıxarılsın;
7.3. 2.1.3-cü yarımbənddə “qətnaməsi” sözü “qərarı” sözü ilə əvəz edilsin;
7.4. 2.1.4-cü yarımbənddə “fəaliyyət qabiliyyəti məhdudlaşdırılan” sözləri “məhdud fəaliyyət qabiliyyətli şəxs” sözləri ilə, “qətnaməsi” sözü “qərarı” sözü ilə əvəz edilsin;
7.5. 10-cu hissənin adında “Valideynlərini itirmələrinə və ya valideyn himayəsindən məhrum olmalarına” sözləri “Valideyn himayəsindən məhrum olmasına” sözləri ilə əvəz edilsin;
7.6. 10.1-ci bənddə “Valideynlərini itirməsinə və ya valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1457 (Cild I); 2024, № 1, maddə 110, №7, maddə 931, № 9, maddə 1100; 2025, № 9, maddələr 861, 870, № 12 (II kitab), maddə 1225) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
8.1. 1.3-cü bənddən “valideynlərini itirmiş və” sözləri çıxarılsın;
8.2. 2.1-ci bənddə və 2.1.1-ci yarımbənddə “Valideynlərini itirmiş və ya valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1464 (Cild I) ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.5-ci bəndinin üçüncü cümləsində “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 452 (Cild I); 2024, № 7, maddə 916; 2025, № 9, maddələr 859, 870, № 12 (II kitab), maddə 1225) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”ndə aşağıdakı dəyişikliklər edilsin:
10.1. 2.4-cü və 3.3-cü bəndlərin adında “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin;
10.2. 2.4.1.2-ci yarımbənddə “uğursuz ailədən olması və ya valideynlərini itirməsi,” sözləri “o cümlədən” sözləri ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 aprel tarixli 109 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 453 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
11.1. 1.2-ci bənddən “valideynlərini itirmiş və” sözləri çıxarılsın;
11.2. 3.4-cü bənd üzrə:
11.2.1. birinci cümlədə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar onlar üçün müəssisələrdə, yəni onların saxlanıldığı, təhsil və (və ya) tərbiyə aldığı təhsil müəssisələrində, ailə tipli uşaq evlərində, sosial xidmət müəssisələrində (uşaq evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internatlar, sosial-reabilitasiya yardım mərkəzləri, sosial sığınacaqlar), tibb müəssisələrində və qanunvericiliklə” sözləri “Valideyn himayəsindən məhrum olmuş uşaqlar onlar üçün müəssisələrdə, yəni onların saxlanıldığı və təhsil aldığı təhsil müəssisələrində, sosial xidmət müəssisələrində (uşaq evləri, ailə tipli kiçik qrup evləri, əlilliyi olan uşaqlar üçün internat evləri, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri), səhiyyə sistemi müəssisələrində və normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilsin;
11.2.2. ikinci cümlədən (hər iki halda) “valideynlərini itirmiş və” sözləri çıxarılsın.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 379 (Cild I); 2024, № 2, maddə 229, № 3, maddə 320, № 12 (II kitab), maddə 1431; 2025, № 3, maddə 304, № 7, maddə 696, № 9, maddələr 858, 870 və 873) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.24.3-cü yarımbəndindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 622 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2567 (Cild I); 2024, № 4, maddə 479, № 9, maddə 1067; 2026, № 1, maddə 82) ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın 2.2.2.2-ci yarımbəndində “valideynlərini itirməsi,” sözləri “o cümlədən” sözləri ilə əvəz edilsin.
14. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594, № 7, maddələr 706, 714, 716, № 8, maddə 800, № 9, maddələr 857, 863, 870, 879, № 10, maddə 972, № 11, maddə 1084, № 12 (II kitab), maddələr 1207, 1233, 1257; 2026, № 2, maddələr 173, 187, 189, № 3, maddə 264; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 aprel tarixli 96 nömrəli, 29 aprel tarixli 123 nömrəli, 12 may tarixli 141 nömrəli, 14 may tarixli 145 nömrəli, 15 may tarixli 149 nömrəli, 3 iyun tarixli 165 nömrəli və 9 iyun tarixli 173 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
14.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə”nin “6.1.4. “Qəyyumluq” paraqrafının ikinci abzasından, “6.2.3. “Uşaq evləri” paraqrafından və “6.2.5. “Əmək və əhalinin sosial müdafiəsi tədbirləri” paraqrafından “valideynlərini itirmiş və” sözləri çıxarılsın;
14.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın “272350. “Qəyyumluğa görə müavinət” maddəsindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 mart tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 536 (Cild I); 2024, № 2, maddə 209, № 5 (II kitab), maddə 611; 2025, № 9, maddə 861, № 12 (II kitab), maddə 1216) ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
15.1. 1.11-ci bənddən “valideynlərini itirmiş və” sözləri çıxarılsın;
15.2. 2.3-cü bənddə “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin və həmin bənddən “valideynlərini itirməsini və” sözləri çıxarılsın.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1000 (Cild I); 2024, № 9, maddə 1067, № 11, maddə 1251; 2025, № 1, maddə 84, № 7, maddə 699) ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nda aşağıdakı dəyişikliklər edilsin:
16.1. 1.4-cü bənddə “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin;
16.2. 7.1.3.2-ci yarımbənddən və 8.1.8-1-ci yarımbəndin 2-ci abzasından “valideynlərini itirmiş və” sözləri çıxarılsın.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 414 (Cild I); 2024, № 1, maddə 110, № 4, maddələr 478, 479, № 5 (II kitab), maddə 611, № 9, maddə 1067; 2025, № 9, maddə 870; № 12 (II kitab), maddə 1225; 2026, № 1, maddə 82) ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ında aşağıdakı dəyişikliklər edilsin:
17.1. 1.1-ci bənddən “valideynlərini itirmiş və ya” sözləri çıxarılsın;
17.2. 2.3.3-cü yarımbənddə “fəaliyyət qabiliyyəti məhdudlaşdırılan” sözləri “məhdud fəaliyyət qabiliyyətli şəxs” sözləri ilə əvəz edilsin;
17.3. 3.15-ci bənddən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 415 (Cild I); 2024, № 1, maddələr 75, 110, № 4, maddələr 478, 479, № 9, maddə 1067; 2025, № 12 (II kitab), maddə 1225; 2026, № 1, maddə 82) ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ında aşağıdakı dəyişikliklər edilsin:
18.1. 1.1-ci bənddən “valideynlərini itirmiş və ya” sözləri çıxarılsın;
18.2. 2.1-ci bənddə “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin və həmin bənddən “valideynlərini itirmiş və ya” sözləri çıxarılsın;
18.3. 2.3.3-cü yarımbənddə “fəaliyyət qabiliyyəti məhdudlaşdırılan” sözləri “məhdud fəaliyyət qabiliyyətli şəxs” sözləri ilə əvəz edilsin;
18.4. 3.14-cü bənddən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 yanvar tarixli 8 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 129 (Cild I); 2025, № 9, maddə 861, № 12 (II kitab), maddə 1225) ilə təsdiq edilmiş “Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
19.1. 2.3.2-ci, 2.3.5-ci yarımbəndlərdən və 3.1.3-cü yarımbəndin 4-cü abzasından “valideynlərini itirmiş və” sözləri çıxarılsın;
19.2. 3.1.2-ci yarımbəndin 5-ci abzasında “kənar qalmış” sözləri “məhrum olmuş” sözləri ilə əvəz edilsin.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 207; 2025, № 4 (I kitab), maddə 403, № 7, maddə 699, № 9, maddə 873) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nın 7.37-ci bəndinin ikinci cümləsindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın və həmin cümlədə “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 929; 2025, № 5, maddə 507, № 9, maddələr 858, 870, № 11, maddə 1093) ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
21.1. 4.1.2-ci, 4.1.4-cü və 4.1.12.2-ci yarımbəndlərdən “valideynlərini itirmiş və ya” sözləri çıxarılsın;
21.2. 4.1.9-cu yarımbənddən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 aprel tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 4 (I kitab), maddə 383) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə Meyarlar”ın 2.1.8-ci, 5.1.8-ci, 5.1.8.1-5.1.8.3-cü və 5.1.9-cu yarımbəndlərindən “valideynlərini itirmiş və” sözləri çıxarılsın.
23. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 359 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 18 sentyabr tarixli 273 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 9, maddə 873) aşağıdakı dəyişikliklər edilsin:
23.1. 5.1-ci bənddən “valideynlərini itirmiş və” sözləri çıxarılsın;
23.2. 5.2-ci bənddən “valideynlərini itirmiş və” sözləri çıxarılsın və həmin bənddə “Valideynlərini itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 25 ” “ iyun ” 2026-cı il