29 İyun 2026 21:02
137
CƏMİYYƏT
A- A+
Panel sessiya: “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası”  

Panel sessiya: “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası”  


Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun təşkilatçılığı ilə keçirilən "Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda Beynəlxalq elmi konfrans öz işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” adlı panel sessiya keçirilib.

Tədbirin moderatoru, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlı qeyd edib ki, 100 il əvvəl - 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın keçirilməsi türk xalqlarının modernləşmə yolunda keçmiş olduğu bir əsrlik maarifçilik və intibah hərəkatının möhtəşəm yekunu idi. Birinci Türkoloji Qurultay türk xalqlarının milli kimliyini, milli varlığını tanıması və birləşməsi üçün mühüm platforma rolunu oynayıb: “Bu gün artıq dünya reallığında müstəqil, güclü və suveren türk dövlətlərinin səsi eşidilməkdədir. TDT ilə siyasi bünövrəsi möhkəmlənən bu birlik artıq elmi və mədəni inteqrasiyanı qlobal geosiyasi zərurətə çevirib. Türkoloji Qurultayın idealları, o fədakar ziyalıların xatirəsi hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Qurultayın 80 və 90 illik yubileyləri ölkəmizdə təntənə ilə qeyd olunub. “Türk Dünyası Həftəsi” də dövlətimizin başçısının “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası çərçivəsində reallaşır”.

Panel sessiyada sürətli qloballaşma, rəqəmsallaşma və süni intellekt dövründə Birinci Türkoloji Qurultayın mirasının gələcək nəsillərə çatdırılması yolları müzakirə olunub.

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Bülent Bayram qeyd edib ki, türk dövlətlərinin tarixi mirasını qorumaq və elmi əlaqələri təşkilati səviyyədə idarə etmək fərqli coğrafiyalardakı alimlərin vahid platformada birləşməsini tələb edir. Beynəlxalq Türk Akademiyası rəqəmsal əsrdə müxtəlif ölkələrdəki türkoloqların və elm adamlarının vahid, çevik və ortaq platformada birləşməsi üçün addımların atılmasını zəruri hesab edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin həm də hesabat olduğunu bildirib. O, türk dövlətlərinin ali təhsil müəssisələri, Türkologiya Mərkəzləri ilə əlaqələrin genişləndirilməsinin, ortaq türk dilinin yaradılmasının vacib olduğunu bildirib.

Qazaxıstan Milli Akademiyasının həqiqi üzvü Sherubay Kurmanbaiuly isə təhsil və elmdə inteqrasiyanın təməl sütununun dil olduğunu bildirib: “1926-cı ildə Bakıda ən qızğın müzakirə olunan ortaq əlifba və terminologiya məsələsi bu gün süni intellekt müstəvisində yenidən aktuallaşır. Süni intellektin dilləri idarə etdiyi bir dövrdə türk dillərinin elmi inteqrasiyası və ortaq rəqəmsal terminologiya bazasının yaradılması strateji zərurətə çevrilib”.

Qırğızıstan Milli Elmlər Akademiyasının həqiqi üzvü Sırtbay Musaev Birinci Türkoloji Qurultayın birləşdirici ruhunun müasir türkologiya üçün etibarlı örnək olduğunu bildirib. Qeyd edib ki, türk xalqlarının inteqrasiyasının gələcəyindən danışarkən bu amili mütləq nəzərdə saxlamaq lazımdır. Birinci Türkoloji Qurultayın idealları və mənəvi mirası müasir türkoloqlar və yeni nəsil tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıyır.

BDU-nun Türkologiya kafedrasının müdiri Məhərrəm Məmmədov Birinci Türkoloji Qurultayın dərsləri, modern türkologiyanın qarşısında dayanan əsas çağırışlarla bağlı fikirlərini bölüşüb. Bildirib ki, Qurultayın mirası şərəfli keçmiş olmaqla bərabər, Türk dünyasının gələcək inkişafına işıq tutan bələdçidir: “Ortaq türk ədəbi dilinin yaradılması üçün ortaq orfoqrafiya, ortaq terminologiya yaradılmalıdır. Türk xalqları arasında ünsiyyət dili yaratmaq lazımdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Braziliya millisi növbəti mərhələdə

23:17
29 İyun

Azərbaycan cüdoçuları Avropa çempionatına 5 medalla başlayıblar

22:36
29 İyun

Almaniyada silahlı insident nəticəsində ölənlərin sayı 6-ya çatıb

21:34
29 İyun

Panel sessiya: “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası”  

21:02
29 İyun

Gürcüstanda QDİƏT PA-nın Baş Assambleyası işə başlayıb

20:52
29 İyun

Azərbaycan cüdoçusu Avropa çempionu olub

20:17
29 İyun

Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib

20:06
29 İyun

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib 

19:33
29 İyun

Səhiyyə Nazirliyi və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya arasında əməkdaşlıq genişləndirilir  

18:57
29 İyun

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, yeni Texniki Direktor təqdim olunub

18:42
29 İyun

Ərdoğan: Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olmasına səy göstəririk  

18:37
29 İyun

Beynəlxalq konqres çərçivəsində türkologiyanın fundamental məsələləri müzakirə olunub

18:29
29 İyun

 “Amazon”un robotaksisi kütləvi istehsala hazırdır  

18:23
29 İyun

“Azərbaycan Dəmir Yolları” rayonlararası marşrutların sayını artırır

18:17
29 İyun

Avropanı cənginə alan isti hava səbəbindən insanlar həyatını itirir

18:10
29 İyun

Cənubi Koreyadan süni intellekt və çip sahəsinə nəhəng investisiya

17:53
29 İyun

“Amazon”dan Hindistana böyük sərmayə

17:47
29 İyun

Venesuela zəlzələsi ölkədə həm də siyasi böhran yarada bilərmi?

17:32
29 İyun

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub - YENİLƏNİB 2 

17:32
29 İyun

Qarpızın və yemişin istehlakı zamanı nələrə diqqət etməliyik?

17:28
29 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:19
29 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!