20 Yanvar 2026 08:50
363
CƏMİYYƏT
A- A+
Şəhid ailələrinə və əlillərə dövlət qayğısı daimidir

Şəhid ailələrinə və əlillərə dövlət qayğısı daimidir


Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan bütün bunlara beynəlxalq hüquq normalarına uyğun olaraq öz gücü hesabına nail olub. Vətən müharibəsindən ötən beş ildə qlobal siyasi arenada əldə olunan uğurlar, həmçinin Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətindəki irəliləyişlər qətiyyətli  iradə, əzm və düşünülmüş, praqmatik xarici siyasət sayəsində mümkün olub. 

İşğaldan azad olunmuş ərazilər artıq yenidən qurulur, bərpa edilir, əzəli sahiblərinin qayıdışı ilə o torpaqlara həyat qayıdır. Bütün bunlar illərin həsrətinə son qoyur, amma ötən dövrdə yaşanan acıları, itkiləri, xalqın başına gətirilən müsibətləri unutdurmur. Həmçinin ağır zamanında vətənin müdafiəsinə qalxanlar, uğrunda canını qurban verənlər, bu yolda sağlamlıqlarını itirənlər, şəhadətə yüksələnlər unudulmurlar. Şəhid ailələri, qazilər, əlilliyi müəyyən olunmuş şəxslər davamlı dövlət qayğısı ilə əhatə olunurlar. Bu baxımdan Qanlı Yanvar faciəsi ilə əlaqədar şəhid ailəsi üzvlərinə, əlil olmuş insanlara da dövlət tərəfindən hər zaman dəstək göstərilib.

20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edib. 1998-ci ildə Heydər Əliyevin imzaladığı müvafiq fərmanla "20 Yanvar Şəhidi" fəxri adı təsis olunub. Ulu Öndər tərəfindən həssas qrupdan olan insanların hərtərəfli qayğı ilə əhatə olunması üçün bir sıra qərarlar qəbul edilib. Daha sonra bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. 

Dövlət başçısının 2006-cı il 19 yanvar tarixli fərmanı ilə "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilib. Azərbaycanın azadlığı, suverenliyi uğrunda həlak olanların əziz xatirəsini yad edərək, şəhid ailəsi üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə "20 Yanvar Şəhidi" fəxri adı almış insanların ailə üzvlərinə aylıq 300 manat Prezident təqaüdü təyin olunub. Bu kateqoriyadan olan şəxslərin sosial təminat sistemi ilə əhatə  olunması üçün görülən tədbirlər Prezident İlham Əliyevin həssas qruplara xüsusi diqqət və qayğısı nəticəsində ildən-ilə davam etdirilərək daha da gücləndirilib. Hazırda Prezidentin aylıq təqaüdü ilə təmin olunan 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq olaraq 700 manat, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 600 manat, 61-80 faiz pozulmasına görə 500 manat, 31-60 faiz pozulmasına görə 400 manat ödənilir. 

Bununla yanaşı, əlilliyi olan şəxslərə orqanizmin funksiyalarının pozulma faizinə müvafiq olaraq 300 manat, 250 manat və 180 manat müavinət, həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə 120 manat Prezidentin aylıq təqaüdü də təyin edilib. 

Həmçinin ötən dövrdə dövlət tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 140-dan çox mənzil,  eyni zamanda əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib. Bütün bunlar həssas təbəqədən olan insanların həyat şəraitinin asanlaşdırılması, rifah halının yüksəldilməsi məqsədi daşıyır. Həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər reabilitasiya vasitələri və reabilitasiya xidmətləri ilə də təmin edilirlər.

Ümumiyyətlə, bu kateqoriyadan olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması, şəhid övladlarının təhsili və sağlamlığını itirənlərin müdafiəsi dövlətin daim nəzarətindədir və bu istiqamətdə ardıcıl işlər görülür. Sosial islahatlar zamanı həmin şəxslərin sosial müdafiəsi məsələsi xüsusilə ön planda olur ki, bunu da verilən qərarlardan aydın görmək mümkündür. 

20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə, 20 Yanvar əlillərinin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinətlər verilir. Prezidentin 18 mart 2014-cü il tarixli sərəncamı ilə digər müvafiq kateqoriyalardan olanlar kimi, 20 Yanvar əlilləri və şəhidlərinin də respublikanın ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqları təhsil haqqından azad olunublar.

Vətən müharibəsindən sonra da müharibədə şəhid olanların ailələrinə, həmçinin yaralananlara göstərilən diqqət və qayğı da göstərir ki, həssas təbəqədən olan şəxslər daim dövlət qayığısı ilə əhatə olunurlar. Bu istiqamətdə həyata keçirilən tədbirlər, davamlı layihələr də onlara göstərilən xüsusi diqqətin bariz nümunəsidir. 

Prezident İlham Əliyevin verdiyi sərəncam, fərmanlara əsasən, ölkəmizdə bu kateqoriyadan olan şəxslərin effektli sosial müdafiə sistemi formalaşıb. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər, habelə 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün həmçinin qanunvericilikdə bir sıra imtiyaz və güzəştlər də nəzərdə tutulub. 

1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan, and yerimiz olan Şəhidlər xiyabanı da şəhidlərimizə böyük ehtiramın təzahürüdür. Hər il yanvarın 20-də minlərlə insan şəhidlərin uyuduğu bu müqəddəs məkana baş çəkərək onları bir daha anır, ruhları qarşısında baş əyir.

Heydər Əliyevin 5 avqust 1998-ci il tarixli sərəncamına əsasən, Şəhidlər xiyabanında yaradılan "Əbədi məşəl" abidə kompleksinin açılışı elə həmin il oktyabrın 9-da baş tutub. 2007-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər xiyabanı rekonstruksiya olunarkən "Əbədi məşəl" abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz və məsamələri qızılla işlənilib. 20 yanvar 2010-cu ildə Prezident İlham Əliyev tərəfindən açılışı olan "20 Yanvar Abidə-Kompleksi" də faciə qurbanlarının xatirələrinin daim uca tutulduğunun təsdiqidir. Ümumi sahəsi 1500 kvadratmetr olan kompleks üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı və Heydər Əliyevin "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızılı hərflərlə həkk edilib.

1990-cı il Qanlı Yanvardan ötən 36 ildə şəhid ailələri və faciə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə göstərilən diqqət bir daha göstərir ki, azadlıq mübarizəmizin fədailəri unudulmur, sağlamlıqlarını bu yolda qurban verənlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Bu kateqoriyadan olanların sosial müdafiə sisteminin gücləndirilməsi, onlara bütün sahələrdə öncüllük verilməsi isə dövlət qurumlarının əsas vəzifələrindən biridir. Bunu Prezident İlham Əliyev bir vəzifə kimi qarşıya qoyub və fəaliyyət istiqamətində özünün borcu kimi müəyyənləşdirib. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
11 Mart

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:00
11 Mart

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
11 Mart

 “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:58
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:57
11 Mart

“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin təsdiq edilməsi haqqında

00:55
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:54
11 Mart

“Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında

00:53
11 Mart

Dövlət Departamentinin rəsmisi: Cənubi Qafqazda sülhün açarlarından biri TRIPP layihəsinin yaradılması idi  

00:35
11 Mart

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!