22 İyul 2024 12:11
407
SİYASƏT
A- A+
Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan layihəyə start verilib YENİLƏNİB

Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan layihəyə start verilib YENİLƏNİB

 

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq, iyulun 22-dən etibarən növbəti ümumrespublika miqyaslı tədbirlərə - Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihə çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələrə start verilib.

AZƏRTAC xəbər verir ki, iyulun 22-də baş tutan layihənin açılış mərasimi və ilk seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov vətəndaşların seçki hüquqlarının realizə olunmasında qanunvericiliyin tələblərinə dəqiqliklə riayət edilməsinin vacibliyini diqqətə çatdırıb.

O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra iki müxtəlif sahədə beynəlxalq ənənələrə, praktikaya əsasən münasibət qururdu. Onlardan biri məhkəmə sisteminin, digəri isə seçki sisteminin təkmilləşdirilməsi idi. “Bizim ali məhkəmələr, apellyasiya məhkəmələri ilə ölkə üzrə bu cür tədbirlərimiz artıq bəhrələrini verir. Son iki seçkilərdir ki, həm məhkəmə səviyyəsinə qaldırılan sənədlərə seçki qurumları tərəfindən sənədlərin hazırlanması, həm də məhkəmə sisteminin, orqanlarının həmin sənədlərə, müraciətlərə baxılması baxımından narazılıqların sayı demək olar ki, dəfələrlə azalıb. Ona görə bir daha qeyd edirəm ki, bugünkü tədbir böyük əhəmiyyət daşıyır”, - deyə Məzahir Pənahov qeyd edib.

Tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, bu il sentyabrın 1-də xalqımız üçün əhəmiyyətli hadisə baş verəcək - Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Parlament seçkiləri ümummilli seçkilər kateqoriyasına aid edildiyindən onun hər bir mərhələsi ölkə üçün sosial, siyasi baxımdan xüsusi önəm daşıyır. Milli Məclisə budəfəki seçkilər, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə keçiriləcək.

İnam Kərimov diqqətə çatdırıb ki, seçki hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərə inzibati məhkəmə icraatı qaydasında ilkin olaraq apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Bu cür müraciətlərə birbaşa apellyasiya instansiyası məhkəmələrində baxılmasının məqsədi prosesin daha çevik idarə olunması, işlərə daha keyfiyyətli və operativ baxılmasını təmin etməkdir. Əlbəttə, məhkəmələr həmişə olduğu kimi, bu seçkilərdə də üzərilərinə düşən vəzifələri həyata keçirməyə hazırdırlar. Ümumiyyətlə, Azərbaycan Respublikasının Seçki Məcəlləsində vətəndaşlarımız üçün çoxsaylı hüquqi imkanlar əks olunub, bu Məcəllə seçkilərin təşkilinin və keçirilməsinin əsas qaydalarını tam əhatə edir.

Onun sözlərinə görə, şikayət iki formada - inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Dairə seçki komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Başqa sözlə, şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, məhkəməyə şikayət edilə bilər. Seçki Məcəlləsində şikayətlərlə bağlı konkret müddətlər də müəyyən olunub. Belə ki, maraqlı şəxslər mübahisələndirilən qərarın dərc edildiyi və ya alındığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxır. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri qeyd edib ki, apellyasiya instansiyası məhkəmələrində şikayətlərə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin tələblərinə əsasən baxılır. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, iki gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.

Açılış nitqlərinin ardınca Mərkəzi Seçki Komissiyası və Ali Məhkəmə təmsilçilərinin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında araşdırılması prinsipləri və xüsusiyyətləri”, “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri” mövzularında təqdimatları dinlənilib. İştirakçılara Seçki Məcəlləsinin müraciət və şikayətlərə dair tələbləri, habelə seçki hüququnun müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi barədə ətraflı məlumat verilib, meydana çıxan suallara aydınlıq gətirilib.

Ali Məhkəmənin hakimləri, Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin sədrləri və hakimləri, Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, eləcə də region üzrə seçki dairələri dairə seçki komissiyaları sədrlərinin də qatıldıqları birinci seminar-müşavirəyə seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı fikir mübadiləsi və müzakirələrdən sonra yekun vurulub.

Layihə çərçivəsində seminar-müşavirələrin növbəti mərhələsinin iyulun 23-də Gəncə, Naxçıvan, Şəki və Şirvanda regionlar üzrə müvafiq məhkəmə orqanları və seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməklə reallaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, qarşıdan gələn Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçicilərin məlumatlandırılması ilə yanaşı, müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi, aşağı seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkarlıqlarının daha da yüksəldilməsi məqsədilə fərqli istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən genişmiqyaslı proqram ardıcıl və sistemli şəkildə reallaşdırılmaqdadır. Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsində mühüm yer tutan maarifləndirmə layihələrinin qanunvericiliklə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərə malik qurumlarla sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilməsi görülən işlərin effektivliyinin artırılmasına əhəmiyyətli töhfə verməklə bərabər, vətəndaşların konstitusion hüquqlarının daha səmərəli təmin olunmasında da önəmli rol oynayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

16:33
11 May

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

15:41
11 May

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

15:31
11 May

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

15:09
11 May

"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsinin qalibi mükafatlandırılıb

14:57
11 May

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsinin qalibi bəlli olub

14:46
11 May

Zərifə Əliyeva adına uşaq bağçasında Ulu Öndərin xatirəsinə həsr olunmuş rəsm sərgisi - FOTOLAR

14:29
11 May

Almaniya və Ukrayna yeni silah sistemlərinin birgə istehsalını planlaşdırır

14:04
11 May

Sabah Bakıda 29 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

13:36
11 May

ÜST: Hantavirus epidemiyası riski çox azdır

13:19
11 May

Azərbaycan Kubokunda son 10 mövsümün rekordu qeydə alınıb

12:57
11 May

Rumıniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb  

12:38
11 May

BMT ekspertləri Yaxın Şərqdə nüvə enerjisinin riskləri barədə qənaətlərini bölüşüblər

12:18
11 May

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsi start götürüb

11:30
11 May

WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq  

11:16
11 May

Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

11:01
11 May

DİN: Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

10:33
11 May

WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

10:05
11 May

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib 

09:31
11 May

Donald Trampın Çinə səfərinin tarixləri açıqlanıb  

09:10
11 May

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb  

22:25
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!