Seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan normativ hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğunlaşdırılması ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar № 3/11
Azərbaycan Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində 125 seçki dairəsi yaradıldıqdan sonra vaxtaşırı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada mövcud seçki dairələrinin dislokasiyalarında zəruri dəyişikliklər aparılmış, habelə seçki dairələrinin yenidən yaradılması ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 avqust 2010-cu il tarixli 17/65 saylı Qərarı ilə təsdiq edildikdən sonrakı dövr ərzində seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan bir sıra normativ hüquqi aktlar qəbul edilmış,habelə mövcud seçki dairələrinin qanunvericilikdə nəzərdə tutulmuş normalara mümkün qədər daha çox uyğunlaşdırılması prosesinin davam etdirilməsinə ehtiyac yaranmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.6-cı maddəsinə əsasən, seçki dairələrinin dislokasıyalarında bu cür dəyişikliklər Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan, mütəxəssislərdən ibarət olan və hər il vahid seçici siyahıları dəqiqləşdirildikdən sonra 2 aydan gec olmayan müddət ərzində öz iclaslarını keçirməli olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın təklifləri əsasında Mərkəzi Seçki Komissiyası tərəfindən Seçki Məcəlləsinin 29.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu zaman Seçki Məcəlləsinin 29.3 - 29.7-ci maddələrinin tələbləri nəzərə alınmalıdır. Seçki Məcəlləsinin 29.8-ci maddəsinə əsasən, dislokasiyalara aid bütün məlumatlar Mərkəzi Seçki Komissiyasının Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemində yerləşdirildiyindən bu prosesə öz səlahiyyətləri daxilində Mərkəzi Seçki Komissiyası Katibliyinin müvafiq şöbələri və aşağı seçki komissiyaları da cəlb edilir.
Ona görə də qeyd edilənlərlə əlaqədar lazımi tədbirlər görülməli, cari ilin vahid seçici siyahıları təsdiq edildikdən sonra 2 aydan gec olmayaraq müvafiq təkliflər təsdiq edilməsi üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. Bu qərarın icrası öz səlahiyyətləri daxilində "Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya"ya, Mərkəzi Seçki Komissiyası Katibliyinin müvafiq şöbələrinə və dairə seçki komissiyalarına həvalə edilməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 29-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 avqust 2010-cu il tarixli 17/65 saylı Qərarı ilə seçki dairələrinin dislokasiyaları yenidən təsdiq edildikdən sonra qəbul edilmiş və seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan normativ hüquqi aktların icrası ilə əlaqədar, habelə seçki dairələrinə dair tələblərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29-cu maddəsinə uyğunlaşdırılması məqsədilə müvafiq tədbirlər görülsün.
2. Cari ildə vahid seçici siyahıları təsdiq edildikdən sonra 2 aydan gec olmayaraq müvafiq təkliflər təsdiq edilməsi üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilsin .
3. Qərarın icrası öz səlahiyyətləri daxilində "Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya"ya, Mərkəzi Seçki Komissiyası Katibliyinin müvafiq şöbələrinə və dairə seçki komissiyalarına həvalə edilsin.
4. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
11.04.2013
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!