Savadı yüksək, dini etiqadı saf olan insan fal-cadu ümidinə qalmaz...
Ölkədə falçılığın qadağan olunacağı xəbəri bəzilərini narahat etsə də, ümumilikdə əhali tərəfindən razılıqla qarşılanıb. Güman edirik ki, təkcə falçılığa deyil, oxşar şarlatanlıq fəaliyyətlərinə - saxta magiyaya, ekstrasensliyə, cadugərliyə də, nəhayət, son qoyulacaq.
Əslində, dələduzluqla məşğul olan, bəzilərinin əqli və psixi halı belə şübhə doğuran falçı-cadugərlərin, qondarma ekstrasenslərin insanların taleyi ilə oynamasına yol vermək olmaz. Təəssüf ki, bu şəxslər asan yolla pul qazanmaq naminə çarəsiz vətəndaşların həyatlarına müdaxilə etməkdən, onların sağlamlığına ciddi təsir göstərən əməllərdən belə çəkinmirlər. Beləcə, bəzi vətəndaşlarımız cahillikdən talelərini və sağlamlıqlarını bu şarlatanların ümidinə buraxırlar. Fal və caduya aludə olan insanlar bəzən cinayətə qədər sürüklənirlər: tərəflər arasında münaqişə yaranır, qarşıdurma fiziki zorakılığa, həyat və sağlamlığa sui-qəsdə kimi kəskinləşir.
Çarə və müalicəni falçı-cadugərlərdə axtaranlar düşdükləri girdabdan qurtula bilmədiklərindən xəstəliklərinə, dərdlərinə vaxtında müdaxilə şansını da əldən verirlər. Nəticədə tibb də çarə qılmaqda aciz qalır. Sonrakı peşmançılıq isə fayda vermir. Halbuki vaxtında falçı-cadugərə deyil, peşəkar həkimə müraciət edilsəydi, neçə-necə insanın həyat və sağlamlığı xilas olunardı...
Bu sayaq əməlləri dinimiz - islam da inkar edir, dövlət, cəmiyyət qanunları da. Müsəlman olan kəs Allahın iradə və istəyi xaricində hər hansı bir qüvvənin onun həyatına müdaxilə edə biləcəyinə necə inana bilər?
Təcrübə və müşahidələr göstərir ki, özünü falçı-cadugər, maq, ekstrasens elan etmiş şəxslərin böyük əksəriyyəti fırıldaqçı, dələduzdur. Fitri istedadı olan şəxslər tarixdə olub, yəqin ki, yenə də olacaq. Amma bu qədər yox! Azərbaycanda az qala hər rayonda, qəsəbədə belə “istedadlar” var və onlar xalqı aldatmaqla məşğuldurlar.
Belələri qətiyyətlə ifşa olunmalı, doğru-düzgün yola təhrik edilməlidir. Fal-cadu dələduzluğu ilə insanların həyatına zəhər qatanlar ciddi cəzalandırılmalıdırlar ki, özlərində bu “istedad”ı axtaranlara görk olsun.
Əgər kimsə həqiqətən də fövqəladə güc və bacarığa malik olduğunu iddia edirsə, onlar üçün ayrıca komissiya yaradılmalıdır. Buyurub bacarıqlarını nümayiş etdirsinlər. Doğrudan belələri varsa, tapılarsa, onda onların da potensialı cəmiyyətin inkişafına yönəldilməlidir.
Şübhəsiz, qanunla belə hallara qadağa qoyulmalıdır. Amma, eyni zamanda, cəmiyyətdə maarifləndirmə işi də gücləndirilməlidir. Elmi-savadı yüksək, dini etiqadı saf, düzgün olan insan heç bir zaman fal-cadu kimi cəfəngiyata inanmaz.
Elxan ELDAROĞLU
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!