15 İyul 2025 20:49
526
CƏMİYYƏT
A- A+
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans işə başlayıb

Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans işə başlayıb

İyulun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Sonra konfrans işə başlayıb. Çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Şamaxının inkişafına xüsusi diqqət göstərildiyini bildirib. Qeyd edib ki, Şamaxının tarixi irsinin və fəlsəfi məktəblərin məzmununun araşdırılıb öyrənilməsi və yenidən tətbiqi üçün çox vacib addımlar atılır. Rayon ərazisindəki tarixi abidələr, ziyarətgahlar bərpa olunur. T.Məmmədov vurğulayıb ki, Azərbaycanda müxtəlif dini konfessiyalar bir arada mehriban yaşayır, tolerant cəmiyyət qurulub. Ölkəmizin son illərdə atdığı addımlar, ümumilikdə, humanizm nümunəsidir.



Milli Mətbuat Günü münasibətilə media mənsublarına təbriklərini çatdıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev milli mətbuatı cəmiyyətin maariflənməsində və ictimai rəyin formalaşmasında əvəzsiz vasitə kimi qiymətləndirirdi. Ümummilli Liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən institusional islahatlar mühüm əhəmiyyət daşıyır. Komitə sədri qeyd edib ki, müasir medianın işi yalnız informasiyanı çatdırmaqla bitmir. İndi o, həm də vətəndaş məsuliyyətinin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında vacib rol oynayır. Müxtəlif vasitələrlə, xüsusilə də sosial media üzərindən Azərbaycana qarşı dini zəmində ideoloji təhdidlər, rəqəmsal platformalar vasitəsilə yayılan yanlış məlumatlar, dinin mahiyyətini təhrif edən çağırışlar, məzhəbçilik üzərindən nifaq salmaq cəhdləri barədə də danışan Ramin Məmmədov bildirib ki, texnologiyanın sürətli inkişafı, xüsusilə süni intellektin informasiya istehsalına və yayımına daxil olması həm yeni imkanlar, həm də yeni risklər yaradıb. Bu gün din bəzi hallarda mənəvi-əxlaqi və fəlsəfi mahiyyətinə uyğun olmayan bir tərzdə cəmiyyətə təqdim olunur. Dinin təşviq etdiyi ideyalar insanların mənəvi kamilliyinə, ictimai münasibətlərdə sosial-əxlaqi prinsiplərin düzgün qavranılmasına xidmət etsə də, bəzən ayrı-ayrı qrupların, bəzi dövlətlərin əlində ideoloji silaha çevrilərək müəyyən cəmiyyətlərdə parçalanma yaratmaq üçün istifadə olunur.

Komitə sədri vurğulayıb ki, dinin ruhani gücü və medianın informasiya təsiri arasında gözlə görünməyən, lakin çox sıx və möhkəm bağ mövcuddur. Media və din ayrı-ayrılıqda cəmiyyətin mənəvi inkişafında və ictimai əxlaq normalarının formalaşmasında vacib rol oynayır. Amma birlikdə olduqda bu təsir daha da güclənir və ictimai fikrə, mənəvi dəyərlərə, sosial münasibətlərə, cəmiyyətin ümumi inkişafına istiqamət verən amilə çevrilir.



Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında medianın və dini qurumların qarşılıqlı etimad əsasında əməkdaşlıq etməsinin vacibliyini vurğulayaraq, belə tədbirlərin ictimai dialoqun inkişafına və cəmiyyətdə dini tolerantlığın möhkəmləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. R.Məcid, həmçinin deyib ki, Azərbaycan mətbuatının uzun illərdən bəri əsas qayəsi cəhalətə və xurafata qarşı mübarizə aparmaq olub və indi də jurnalistlərin bu missiyası davam edir.



Milli Məclisin deputatı Tamam Cəfərova bildirib ki, Azərbaycan mediası son 150 ildə cəmiyyətin maarifləndirilməsində mühüm rol oynayıb. O, 44 günlük Vətən müharibəsində medianın qəhrəmanlığını və dezinformasiyalara qarşı mübarizəsini xüsusi vurğulayıb. Deputat söyləyib ki, Azərbaycan mətbuatı beynəlxalq səviyyədə rəqabətə davamlıdır və yeni çağırışlara cavab verməyə qadirdir. Zəfərdən sonra yaranan yeni reallıqlarla yanaşı, bəzi təhdidlər dini müstəvidə özünü göstərir. Bu səbəbdən, media din sahəsində maarifləndirmədə fəal rol oynamalı, jurnalistlər isə bu istiqamətdə ixtisaslaşmalıdır.



Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev çıxışında bildirib ki, müasir informasiya məkanında ənənəvi media ilə bərabər, sosial media da sürətlə inkişaf edir. Belə bir mühitdə ənənəvi mediadan fərqli olaraq sosial mediada informasiyanın yayılması çox asanlaşıb, hətta sosial şəbəkələr qeyri-dəqiq və yanlış informasiyalarla doludur. Bu reallıq istənilən ölkədə informasiya təhlükəsizliyi məsələsini ön plana çıxarır. Xüsusilə dini etiqad azadlığı sahəsində yayılan məlumatlar bəzən yanlış, təhrif edilmiş və ya məqsədli surətdə yönləndirilmiş ola bilər. Bu isə cəmiyyətin dini dəyərlər sisteminə, gənclərin inanc dünyasına təsirsiz ötüşmür. Buna görə də müasir informasiya məkanında dini mövzuların peşəkar, dəqiq və məsuliyyətli şəkildə təqdim olunması informasiya qurumlarının əsas vəzifələrindən biridir. Medianın bu sahədə rolu təkcə məlumat yaymaqdan ibarət deyil, o, maarifləndirmə, milli-mənəvi dəyərlərin təbliği və cəmiyyətdə dini dözümlülüyün təşviqi baxımından da böyük əhəmiyyət daşıyır.

Sonra konfrans işini “Din-media münasibətləri: yeni hədəf və çağırışlar” və “Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı” panel sessiyaları ilə davam etdirib.

Konfransın yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tədbirdə iştirak edən dövlət qurumlarının rəsmilərinə və media nümayəndələrinə minnətdarlığını bildirib.

Sonda media nümayəndələrinə dövlət-din münasibətlərinin işıqlandırılmasında peşəkar yanaşmaya və səmərəli əməkdaşlığa görə təşəkkürnamələr təqdim olunub. Təltif olunanlar arasında AZƏRTAC da var.

Qeyd edək ki, konfrans çərçivəsində iyulun 16-da iştirakçılar üçün Şamaxıda dini ibadətgahlara mediatur təşkil olunacaq.


16:10


Şamaxıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunan konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, mətbuat nümayəndələri, ilahiyyatçılar, həmçinin din xadimləri və dini icma sədrləri iştirak edirlər.

Tədbir iştirakçıları əvvəlcə Şamaxı şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Konfransda müasir informasiya mühitində dini etiqad azadlığının təmin olunması və bu sahədə mövcud qanunvericiliyin icrası məsələləri müzakirə olunacaq. Rəqəmsal medianın imkanlarından istifadə etməklə dini maarifləndirmə işinin səmərəliliyinin artırılması və ictimai şüurda sağlam dini düşüncənin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq, habelə dini ibadətgahlara mediatur təşkil ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!