16 Yanvar 2024 10:17
3678
Səhiyyə
A- A+

Sağlam qidalanmanın əsas şərtləri

 

Süfrələrimizin yaraşığı olan xörəklərin çoxunu yağsız-duzsuz təsəvvür etmək mümkün deyil. Lakin son vaxtlar ayrı-ayrı qidaları öz rasionundan çıxaranlarla tez-tez rastlaşırıq. Bu, orqanizmdə hansı problemlər yarada bilər?

AZƏRTAC xəbər verir ki, sağlam qidalanma barədə danışan funksional tibb diyetoloqu Tükəz Əhməd deyib: “Təəssüf ki, səhv qidalanma vərdişi vardır ki, artıq çəkini azaltmaq üçün ilk növbədə yağları rasiondan çıxarırlar. Əslində isə yağ hüceyrə divarının əsasını təşkil edir. Çalışmaq lazımdır ki, zeytun, kokos və avakado yağları salatların, ərinmiş kərə yağı isə xörəklərin hazırlanmasında istifadə olunsun. Lakin orqanizmin əsas xəstəliklərindən biri xroniki iltihabdır. Onu yaradan əsə səbəblərdən biri tərkibində Omeqa-6 yağı olan qarğıdalı və günəbaxan yağlarıdır”.

Mütəxəssislər deyirlər ki, gün ərzində kifayət qədər karbohidrat qəbul edilməlidir ki, özümüzü daha rahat hiss edək. Sağlam qidalanma zamanı üç əsas amilə fikir vermək lazımdır və bura yağlar, karbohidratlar və zülallar aiddir. Müsahibimiz bildirib: “Qidalanma zamanı hər bir sağlam məhsulun porsiyasına fikir vermək lazımdır. Gün ərzində 3-4 ədəd qoz, 10-12 ədəd badam, 20-yə qədər fındıq yemək olar. Çərəzin də normadan çox qəbul edilməsi orqanizmdə müəyyən fəsadlar törədə, histamini artıra bilər. Eyni zamanda tez-tez su içilməsi də düzgün deyil. Orqanizmdə serotonin adlanan hormon susuz olanda artır, yəni müəyyən qədər susuzluğu da yaşamaq lazımdır. Daim su qəbul edib orqanizmdən vacib mineral balansını pozmamalıdır”.

Son dövrlər dəbdə olan çox su içib çörəkdən imtina edənlərlə üzləşirik. Bu, nə dərəcədə düzgündür?

Həkim-diyetoloq Leyla Zülfüqarlı deyib: “Orqanizm elə formalaşıb ki, çörəkdən imtina edə bilmirik. Əslində çörəkdən tam imtina etmək də doğru deyil, çünki doğru çörək anlayışı var. Tərkibi tam paxlalı bitkilərdən, duz və sudan ibarət olan çörək qəbul edilməlidir”.

Onun dediyinə görə, su qəbul edərkən “qızıl orta”nı gözləmək lazımdır: “Su qəbulunun miqdarı var. Hər kiloqram üçün 30 millilitr su içilməlidir. Məsələn, çəkisi 60 kiloqram olan şəxs gün ərzində 3-4 litr su qəbul etsə, onun təzyiqi aşağı düşə, böyrəyi daha çox fiziki yüklənməyə məruz qala bilər.

Gün ərzində ən azı bir qab tərəvəz salatı qəbul etmək, gündə üç dəfə qida qəbul edəndə iki dəfə salat yemək, salatı dörd-beş növ çiy tərəvəzdən hazırlamaq faydalıdır».

Həkim-diyetoloq onu da əlavə edib ki, payız-qış mövsümü əslində un xörəkləri deyil, balıq və tərəvəz mövsümüdür.

Sağlam qidalanmanın əsas şərti keyfiyyətli və ekoloji təmiz məhsul qəbul etməkdir. Doğrudur, indi hər növ qida tapmaq mümkündür. Lakin onun hansının faydalı, hansının ziyanlı olması barədə düşünmək lazımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video