11 Fevral 2025 08:00
2188
SİYASƏT
A- A+
Sabitliyin Azərbaycan nümunəsi

Sabitliyin Azərbaycan nümunəsi


Sabitlik hər bir dövlət üçün ən böyük nailiyyətlərdən biri hesab olunur. Çünki sabitlik olan yerdə inkişaf da var, rifah da. Sabitlik olmadan heç bir dövlət öz məqsədlərinə doğru addımlaya bilməz. Sabitliyə nail olmadan milli və siyasi həmrəylik də mümkün deyil. Ölkəyə qlobal miqyasda nüfuz gətirən meyarlardan biri də məhz sabitlikdir.


Çağdaş dünya təbəddülatlarla doludur


Təəssüflə qeyd edilməlidir ki, planetimizin reallıqları mürəkkəb olaraq qalmaqdadır. Dünyanın hər yerində hərbi və siyasi böhranlar, münaqişələr, gərginliklər, kataklizmlər davam edir. Görünən həm də odur ki, çağdaş dövrdə  sabitliyə nail olmaq hər dövlətə və xalqa nəsib olan məsələ deyil. 

Ən ağrılısı da odur ki, xüsusən müharibələr, daxili münaqişələr dövlətlərin və insanların faciələri ilə müşahidə olunur. Bunun nəticəsində bütöv xalqların, günahsız insanların ağır məhrumiyyətlərlə üz-üzə qalaraq, humanitar fəlakətlərə düçar olmaları acı reallıqlardır. Hər bir müharibə, münaqişə həm də iqtisadi, milli və mənəvi tənəzzül deməkdir. Məhv olunan iqtisadiyyatların bərpası üçün onilliklər belə kifayət eləmir. 

Azərbaycana yaxın coğrafiyalarda da mürəkkəb və təzadlı siyasi-hərbi hadisələr baş verməkdədir. Terrorçuluğun baş alıb getməsi, bitməyən siyasi çəkişmələr, dini məzhəb arasındakı dözümsüzlüyün yaratdığı münaqişələr bir sıra ölkələrin illərdir ki, davam edən mənzərəsidir. Onların siyasi və dini qarşıdurmaları dərin təbəddülatlara gətirib çıxarıb. Bütün bu deyilənlər bir daha təsdiq edir ki, sabitlik hər bir dövlət və xalq üçün vacib nemətdir.

Dünyada davam edən hərbi-siyasi təbəddülatlar şəraitində Azərbaycanda möhkəm sabitliyin hökm sürməsi dövlətimizin böyük neməti, xalqımızın mühüm uğurudur. Respublikamızın inkişafının, qazandığı bütün nailiyyətlərin təməlində duran əsas səbəblərdən biri məhz siyasi-ictimai sabitlikdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünyada sabitlik məkanı, sabitlik adası kimi tanınır.

Azərbaycan da bir vaxtlar qeyri-sabitliyin, hərbi-siyasi böhranların doğurduğu çətinliklərdən, dolanbaclardan keçib. Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda cərəyan edən xaotik proseslər orta və yaşlı nəslin xatirindədir. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin yarıtmaz fəaliyyətləri nəticəsində dövlət idarəçiliyi tamamilə iflic vəziyyətinə düşmüş, ölkədə separatizm meyilləri baş qaldırmış, vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Bütün bunlar isə öz növbəsində yenicə qazandığımız dövlət müstəqilliyimiz və bütövlükdə dövlətçiliyimiz üçün böyük təhdidlər yaradırdı. Anarxiyanın, xaosun, siyasi çəkişmələrin güclənməsi, Gəncədə hərbi qarşıdurmanın baş verməsi, qeyri-sabitliyin yaranması dövlət və xalq üçün nə qədər təhlükəli olduğunu göstərirdi. 

Yalnız xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1993-cü ilin iyun ayında siyasi hakimiyyətə gəlişi və ölkə Prezidenti seçilməsindən sonra Azərbaycan bütün problemlərdən xilas oldu. Ulu Öndərin o zaman böyük uzaqgörənliklə həyata keçirdiyi əsas tədbirlərdən biri ölkədə siyasi-ictimai sabitliyin təmin edilməsi oldu. Sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu və təxirəsalınmaz tədbirlər həyata keçirildi. Məhz bundan sonra qarşıya qoyulan bütün milli vəzifələrin reallaşdırılması üçün münbit tarixi şərait formalaşdı.


İlham ƏLİYEV: "Sabitlik və əmin-amanlıq əbədi olacaqdır". 


Prezident İlham Əliyevin fəaliyyətində diqqətçəkən məsələlərdən biri respublikamızda bərqərar olmuş sabitliyin qorunması və daha da möhkəmləndirilməsidir.  Məhz bu sabitliyin nəticəsidir ki, respublikamız sürətli inkişafa nail olub, qarşısına qoyduğu bütün məqsədlərə uğurla çatıb. Təsadüfi deyil ki, Azərbaycan bütün dünyada güclü sabitliyin olduğu ölkə kimi tanınır. Azərbaycan  nəinki MDB məkanında, hətta Avropanın inkişaf etmiş ölkələri ilə müqayisədə təhlükəsiz dövlətlərdən biri sayılır. Bakının beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinin, ölkəmizin xarici turistlər üçün cəlbedici olmasının da səbəbi məhz sabitlikdir. Sabitlik həm də xarici iş adamlarının Azərbaycana investisiya yatırmalarında da əsas amil kimi özünü göstərir. 

Xüsusilə qeyd edilməlidir ki, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması, o cümlədən Qarabağda erməni separatçılığının darmadağın edilməsi nəticəsində Ermənistanın yalnız Azərbaycana deyil, bütün regiona yaratdığı təhdidlərə birdəfəlik son qoyulub. 

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza müraciətində respublikamızda hökm sürən sabitliklə bağlı deyib: "Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır". 

Azərbaycan hazırda öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Respublikamızda möhkəm milli və siyasi həmrəylik, o cümlədən sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Ölkəmizdəki bütün xalqların və dinlərin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayırlar. Həm də xalqımız yüksək milli və mədəni təfəkkürə malikdir. Bu baxımdan heç bir riyakar məqsəd Azərbaycandakı daxili sabitliyə təhdid yarada bilməz. Bütün bunların fonunda Azərbaycan dünyaya sabitliyin ən mükəmməl nümunəsini təqdim edir. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq

15:04
22 Mart

Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb

14:57
22 Mart

Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib

13:59
22 Mart

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

13:47
22 Mart

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

11:51
22 Mart

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib 

10:53
22 Mart

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

09:31
22 Mart

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

00:51
22 Mart

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

22:51
21 Mart

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

22:38
21 Mart

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

22:23
21 Mart

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

22:11
21 Mart

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

22:01
21 Mart

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:54
21 Mart

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

21:49
21 Mart

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:46
21 Mart

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

21:27
21 Mart

Lionel Messi "Barselona"ya qayıda bilər

20:49
21 Mart

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir  

19:59
21 Mart

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

19:53
21 Mart

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  

18:45
21 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!