18 Aprel 2024 15:25
225
DÜNYA
A- A+

Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir


ABŞ və Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir və Ermənistan bu məsələdə alət rolunu oynayır. “Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
Onun sözlərinə görə, ABŞ və kollektiv Qərb yalnız münaqişələri alovlandırmağı bacarır: “Onlar ölkələri barışdırmağı, münaqişələri nizamlamağı, qan tökülməsini dayandırmağı bilmirlər”.
“Aprelin 5-də Brüsseldə keçirilən görüş zamanı Ermənistana “Building Armenia's Defense and Security Resilience” adlı planın (Rusiya hərbi bazasının və rusiyalı sərhədçilərin ABŞ-Aİ-NATO qüvvələri ilə əvəz edilməsini, onların Ermənistan sərhədində Azərbaycan və İrana qarşı təxribat işlərini genişləndirmələrinin, həmçinin “Metsamor” atom elektrik stansiyasının sökülməsi yolu ilə Ermənistanın mühüm infrastrukturunun və enerji sisteminin yenidən istiqamətləndirilməsini özündə ehtiva edir) zorla qəbul etdirilməsi üzə çıxarsa, təəccüblənməyəcəyik”, - o vurğulayıb.
M.Zaxarova qeyd edib ki, Vaşinqton və Brüssel Ermənistanla Rusiya arasında həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsində bütün əlaqələri məhv etməyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqına əsaslanan regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini zəiflətməyi qarşılarına məqsəd qoyublar: “Qərb ölkələri Cənubi Qafqazda sülh haqqında nə qədər xoş sözlər desələr də, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə kimi ən yaxın qonşuları bir-birinə qarşı qoymağa can atır”.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video