Rusiya Federasiyasının Sverdlovsk vilayətində Azərbaycan Prezidenti İlham Əliyevə həsr edilmiş veriliş yayımlanmışdır
Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun təşəbbüsü ilə Rusiyanın ən nüfuzlu telekanalı "Rossiya 24" və Sverdlovsk vilayətinin Dövlət Telekanalı ilə yayımlanan "Doroqa v Azerbaydjan" həftəlik verilişinin növbəti buraxılışı efirə getmişdir.
"Doroqa v Azerbaydjan" verilişinin aparıcısı, Rusiya Federasiyasının əməkdar artisti, Sverdlovsk Akademik Teatrının solisti, həmvətənimiz Anatoli Brodski bildirmişdir ki, verilişin bu dəfəki sayca 164-cü buraxılışı Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuşdur.
Sverdlovsk vilayətinin Qanunverici Məclisinin nümayəndələr palatasının sədri Lyudmila Babuşkina Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qısa müddət ərzində bütün sahələrdə irəliləyişə nail olunduğunu demişdir.
"Bu gün biz böyük məmnunluqla qeyd edirik ki, Azərbaycan müasir və güclü Avropa dövlətinə çevrilmişdir. Azərbaycan dinamik inkişaf edir. Bu gün Sverdlovsk vilayətində 40 minə yaxın azərbaycanlı yaşayır və çalışır. Onlar vilayətin inkişafına layiqli töhfələrini verirlər", - deyə L.Babuşkina vurğulamışdır.
Keçən il Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi 95 milyon ABŞ dolları olmuşdur. Vilayətin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Aleksandr Xarlov bildirmişdir ki, cari ildə bu rəqəmin 60 faizdən çox artacağı gözlənilir. Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əlaqələrin inkişafında Prezident İlham Əliyevin xüsusi töhfəsi vardır.
Ural Federal Universitetinin rektoru Viktor Kokşarov isə demişdir ki, son səkkiz ildə Azərbaycan iqtisadiyyat, səhiyyə, mədəniyyət və idman sahələrində böyük uğurlara imza atmışdır. Mən çox şadam ki, bizim universitetdə azərbaycanlı tələbələr də təhsil alır.
Filmdə qeyd olunmuşdur ki, 2003-cü il oktyabrın 15-də müstəqil Azərbaycan tarixində yeni səhifə açılmışdır. Prezidentliyə bir çox namizədlərin olmasına baxmayaraq, Azərbaycan xalqı bu yüksək vəzifədə yalnız İlham Əliyevi görmək istəyirdi. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi səkkiz il ərzində həyata keçirdiyi uğurlu siyasətin nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf etmişdir. Keçən ilin sonunda ölkənin strateji valyuta ehtiyatları 14 dəfə artaraq 29 milyard ABŞ dollarına çatmışdır. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edir. Bu müddət ərzində 900 mindən çox yeni iş yeri açılmış, son 10 ildə əhalinin yoxsulluq səviyyəsi 49 faizdən 9 faizə düşmüşdür. Müstəqilliyinin 20-ci ildönümündə isə regionun sülhün və sabitliyin təminatçısına çevrilən Azərbaycanın əldə etdiyi ən böyük nailiyyət BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsinin qalibi olan Azərbaycan növbəti ildə bu yarışmanı paytaxt Bakıda keçirməklə dünya ictimaiyyətinin diqqətini bir daha Odlar yurduna cəlb edəcəkdir.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!