20 Aprel 2026 19:58
527
DÜNYA
A- A+
Rumen Radevin koalisiyası Bolqarıstan seçkilərində qalib olub

Rumen Radevin koalisiyası Bolqarıstan seçkilərində qalib olub


Keçmiş prezident  Rumen Radevin rəhbərlik etdiyi “Mütərəqqi Bolqarıstan” koalisiyası ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində qələbə qazanıb. Lakin sorğulara görə, o, mütləq səs çoxluğu qazana bilməyəcək.

Bülletenlərin 97 faizdən çoxu sayılan ilkin nəticələrə əsasən, “Mütərəqqi Bolqarıstan” səslərin 44,72 faizini toplayıb. Qeyd edək ki, bundan əvvəl exit-pollar Radevin rəhbərlik etdiyi koalisiyanın qələbəsini proqnozlaşdırmışdı.

Rəsmi məlumatlara görə, keçmiş Baş nazir Boyko Borisovun mərkəzçi-populist GERB-SDS koalisiyası 13,39 faiz səslə ikinci yerdədir. Sorğular onu 15-16 faiz səslə ikinci yerdə göstərmişdi.

GERB-nin rəhbərlik etdiyi koalisiya Bolqarıstanın son hökumətini formalaşdırıb və dekabr ayında korrupsiyaya qarşı kütləvi etirazlardan sonra istefa verib.

“Dəyişikliyə davam et” partiyası və “Demokratik Bolqarıstan” koalisiyası bloku 12,8 faiz səslə üçüncü yerdədir.

Bu üç qüvvədən başqa, daha iki siyasi ittifaq 4 faiz həddini keçərək parlamentə daxil olur. Türk azlığının da maraqlarını təmsil edən Hüquqlar və Azadlıqlar Hərəkatı (HAH) hazırda 6,76 faiz, ifrat-millətçi “Dirçəliş” partiyası isə 4,3 faiz səsə malikdir. Qeyd olunur ki, “Dirçəliş”in lideri Kostadin Kostadinov dəfələrlə Rusiya ilə münasibətləri qorumağın vacibliyini bildirib.

Rumen Radev jurnalistlərə demokratik islahatçı “Dəyişikliyə davam et” - “Demokratik Bolqarıstan”  bloku ilə hökumət qurmağa hazır olduğunu bildirib. "Bolqarıstanın normal, sabit bir hökumət əldə etməsi üçün müxtəlif variantları nəzərdən keçirməyə hazırıq", - deyə o əlavə edib.

Radevin uzun müddətdir siyasi rəqibi olan GERB lideri Boyko Borisov bazar günü səhər tezdən siyasi qüvvəsinin hökumətə qoşulmayacağını bildirib, lakin sonradan bir az fərqli  açıqlama verib. "Seçkilər kimin qalib gələcəyini müəyyən edəcək, amma danışıqlar kimin idarə edəcəyini müəyyənləşdirəcək. GERB hökumətə və ya müxalifətə qoşula bilər. Həyatda olduğu kimi, siyasətdə də səbr lazımdır", - Borisov deyib.

Rəqiblərinin yalnız avroskeptik deyil, həm də Rusiyapərəst siyasətçi adlandırdığı Rumen Radev, səsvermə məntəqələri bağlandıqdan sonra Bolqarıstanın Avropa İttifaqındakı yeri və Avropanın dəyişməsinə ehtiyac olduğunu xüsusi olaraq vurğulayıb: "Sizi əmin etmək istəyirəm ki, Bolqarıstan Avropa yolunda qalmaq üçün hər cür səy göstərəcək, amma inanın mənə, güclü Avropada güclü Bolqarıstan tənqidi düşüncə və praqmatizm tələb edir. Çünki Avropa qaydaları olmayan bir dünyada mənəvi lider olmaq ambisiyalarının qurbanına çevrilib. Beləliklə, Avropanın indi ehtiyac duyduğu şey bir daha tənqidi düşüncə, praqmatik hərəkət və yaxşı nəticələrdir. Xüsusilə yeni təhlükəsizlik arxitekturası qurmaqda və sənaye gücünün və rəqabət qabiliyyətinin bərpasına böyük sərmayə qoymaqda. Bu, Bolqarıstanın Avropa missiyasına əsas töhfəsi olacaq".

Bolqarıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə iştirak edənlərin sayı olduqca aşağı olub: təxminən 47 faiz və ya 3,1 milyon nəfər.

Hazırkı seçkilər, ölkədə son 10 ildə ən böyük etirazların yaşandığı 2025-ci ilin sonlarında baş verən siyasi böhranın birbaşa nəticəsidir. Onlar 2026-cı il büdcəsinə qarşı etirazlar kimi başladılar, lakin tezliklə bütün siyasi sistemə və korrupsiyaya qarşı etirazlara çevrildilər. Dekabr ayında hökumət istefa verdi və prezident müvəqqəti kabinet təyin etmək məcburiyyətində qaldı.

2009-cu ildən 2021-ci ilə qədər fasilələrlə baş nazir vəzifəsini icra edən Boyko Borisovun 2021-ci ildə istefasından bəri Bolqarıstanda ardıcıl on hökumət dəyişib.

Son məlumata görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rumen Radevi Bolqarıstan parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib və onunla "təhlükəsizlik və rifah" naminə işləməyə hazır olduğunu bildirib. O,  bununla bağlı X sosial səhifəsində  yazıb: "Rumen Radevi parlament seçkilərində qələbəsi münasibətilə təbrik edirəm. Bolqarıstan Avropa ailəsinin qürurlu üzvüdür və ümumi problemlərin həllində mühüm rol oynayır. Bolqarıstanın və Avropanın rifahı və təhlükəsizliyi naminə birlikdə işləməyi səbirsizliklə gözləyirəm".

Rizvan HİLALOĞLU, 

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnsan təbiətə qarşı müharibə apararsa, dayanıqlı şəhərlərdən danışmaq mümkün olmaz - panel iclas  

21:39
17 May

Serbiya Prezidenti: WUF13 Prezident İlham Əliyevin ideya və həll yollarını dinləmək üçün yaxşı imkandır 

21:12
17 May

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib

20:49
17 May

Aleksandar Vuçiç: Azərbaycan şirkətlərinin Serbiya bazarında fəaliyyəti gələcək iqtisadi tərəfdaşlıq üçün mühüm imkanlar yaradır  

20:48
17 May

İnsan olmadan şəhər olmaz: WUF13-də icma və QHT-lərin səsi

20:47
17 May

Slovakiyalı nazir: Şəhərlərin keyfiyyətli su ilə təmin olunmasına dair təcrübəmizi bölüşməyi prioritet müəyyən etmişik 

20:46
17 May

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini Azərbaycana səfərə gəlib

20:45
17 May

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

20:44
17 May

Birləşmiş Ərəb Əmirlikləri PUA hücumlarına məruz qalıb

20:43
17 May

WUF13 çərçivəsində İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclası olub - YENİLƏNİB

20:43
17 May

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün yekun seqmenti keçirilib  

20:40
17 May

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb

19:07
17 May

Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyası təşkil olunacaq

19:06
17 May

WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib - YENİLƏNİB  

19:04
17 May

Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb YENİLƏNİB

19:02
17 May

Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik 

18:48
17 May

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib

18:29
17 May

Serbiya Prezidenti: Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır

18:13
17 May

"Ekoloji cəhətdən dayanıqlı və davamlı şəhər inkişafı üçün mənzil" mövzusunda panel iclas keçirilir  

18:09
17 May

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib YENİLƏNİB 

18:01
17 May

Aleksandar Vuçiç: Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir

17:58
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!