07 Fevral 2026 09:55
1048
SİYASƏT
A- A+
Revanşistlərin sülh qorxusu

Revanşistlərin sülh qorxusu


Müxalifət N.Paşinyanın "münaqişə bitib" bəyanatını həzm edə bilmir  


Ermənistanın Baş naziri Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimat mərasimindəki çıxışı daxildəki müxalif və revanşist qüvvələr tərəfindən kəskin etirazla qarşılanıb. Buna səbəb N.Paşinyanın onillərdir davam edən münaqişənin bitdiyini beynəlxalq tribunadan elan etməsi olub. Baş nazir bildirib ki, Ermənistanla Azərbaycan arasında indiki vəziyyəti təsəvvür etmək mümkünsüz idi. Paşinyan hazırda baş verənlərin də inanılmaz olduğunu söyləyib: "Sülh və bu mükafatın verilməsi nəinki onun qeyd edilməsidir, həmçinin onun təsdiqidir ki, Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar". 

Baş nazirin optimist bəyanatlarını qəbul etməyən politoloq Suren Surenyants sosial şəbəkə hesabında yazıb ki, münaqişənin başa çatdığı təəssüratını formalaşdırmaq nə qədər cazibədar səslənsə də, siyasi reallıq simvolların deyil, faktların dili ilə danışmağı tələb edir. Ekspertin iddiasına görə, ortada imzalanmış rəsmi sülh müqaviləsi olmadığı halda səslənən belə fikirlər, sadəcə, "sülh illüziyası" yaratmağa və seçkiqabağı dövrdə hökumətə inam formalaşdırmağa xidmət edir. Onun qənaətincə, münaqişənin bitdiyini vaxtından əvvəl elan etmək Ermənistanın beynəlxalq vasitəçilik və dəstək imkanlarını məhdudlaşdıraraq, ölkəni siyasi cəhətdən çətin vəziyyətə salır.

Revanşist kəsimi təmsil edən erməni şərhçinin təhlili Ermənistandakı müxalif düşüncənin tipik nümunəsidir. Müxalifətin narahatlığına səbəb odur ki, "münaqişə bitdi" ifadəsindən sonra Bakının hər hansı haqlı tələbi qarşısında Qərbdən və ya digər himayədar güclərdən dəstək istəyə bilməyəcəklər. Üstəlik, Paşinyanın bəyanatlarının Ermənistanı beynəlxalq arenada "qurban" statusundan çıxaracağını düşünürlər. 

Revanşist düşərgənin arqumentləri erməni ictimaiyyətinə "soyuqqanlı analiz" kimi təqdim olunsa da, əslində bu yanaşma Ermənistanı münaqişə döngəsində saxlamağa xidmət edir. Müxalifətin Paşinyanın sülh ritorikasına qarşı çıxması regionun gələcəyi üçün ciddi risklər daşıyır. Surenyantskimilər iddia edirlər ki, sülh müqaviləsi imzalanmadan sülhdən danışmaq illüziyadır. Lakin tarixdə bir çox münaqişənin birdəfəlik həlli və qalıcı sülh məhz tərəflər arasında etimad mühitinin yaradılması, müharibə ritorikasının dəyişməsi sayəsində reallaşıb. Əgər Ermənistan rəhbərliyi "müharibə hələ bitməyib" ritorikasını saxlasaydı, sülh sənədinin paraflanması və Vaşinqton razılaşmaları qeyri-mümkün olardı.

Müxalifət Paşinyanı beynəlxalq dəstəyi itirməkdə suçlayır. Əslində, vəziyyət tərsinədir. Ermənistanın onilliklər boyu apardığı işğalçı siyasət onu dünyadan təcrid etmişdi. İrəvan heç bir regional layihələrin iştirakçısına çevrilməmişdi. Lakin reallığı qəbul edərək sülhə köklənmək və beynəlxalq barış platformalarında yer almaq Ermənistanı problemli ölkə obrazından çıxara bilər. Əgər İrəvan sülh və sabitliyi dəstəkləməzsə, bu yöndə əməli addımlar atmazsa, Qərb və digər region ölkələri Ermənistanın iqtisadi layihələrinə investisiya qoymağa risk etməyəcəklər. Sülh sözündən hürkən revanşistlərin erməni toplumuna vəd etdiyi sonsuz münaqişə, ölüm və fəlakətdir. Bu, onsuz da demoqrafik və iqtisadi böhran keçirən Ermənistan üçün intihar deməkdir. 

Revanşistlərin və onların analitik tərəfdarlarının yanaşması Ermənistanı əbədi blokada vəziyyətində saxlamağa yönəlib. Onlar sülhün gətirəcəyi iqtisadi dividendləri və regional inteqrasiyanı "təhlükə" kimi qələmə verərək, ölkəni keçmişin qaranlıq burulğanına itələyirlər. Lakin regionun yeni reallığı sülh və sabitliyin, qonşularla iqtisadi əməkdaşlığın qaçılmazlığını diktə edir. Ermənistanın gələcəyi və dövlət olaraq mövcudluğunu davam etdirməsi məhz regionda düşmənçilik səhifəsinin bağlanmasından və beynəlxalq hüquq normalarına hörmətdən asılıdır.


İ.QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İrandakı məktəblər distant təhsilə keçir

21:14
16 Aprel

Yeni tərcümə texnologiyası təqdim edilib  

21:04
16 Aprel

Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb

20:53
16 Aprel

Azərbaycana yeyinti məhsulları idxalı artıb

20:43
16 Aprel

ACE platformasından 2,1 milyon ton neft hasil edilib

20:36
16 Aprel

İnsanın qan təzyiqi riski içdiyi su ilə də bağlı ola bilər

20:24
16 Aprel

ABŞ-nin təyyarədaşıyan gəmisi son 50 ilin rekordunu qırıb

20:15
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

20:03
16 Aprel

Yaponiya Asiya ölkələrinə neft böhranı üçün 10 milyard dollar yardım ayırır

19:51
16 Aprel

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub  

19:48
16 Aprel

Çin iqtisadiyyatı sürətlə artır

19:42
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

19:34
16 Aprel

Daha bir təqsirləndirilən şəxs Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

19:31
16 Aprel

Hindistanda qadınlarla bağlı yeni qanun layihəsi 

19:24
16 Aprel

Azərbaycan ilə Qırğızıstan arasında mədəni əməkdaşlıq genişlənir

19:06
16 Aprel

Aleksey Overçuk regionda nəqliyyat-logistika infrastrukturunun inkişafını yüksək qiymətləndirib

19:01
16 Aprel

Şahin Mustafayev: Azərbaycan–Rusiya əməkdaşlığında əsas istiqamət nəqliyyat-logistikadır

19:01
16 Aprel

Bərdədə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baxış olub  

18:57
16 Aprel

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

18:39
16 Aprel

Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti ilə görüşüb

18:24
16 Aprel

Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

18:18
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!