11 May 2025 08:55
1045
Mədəniyyət
A- A+
Rəssamlıq təhsili almasa da, məktəbini yaratdı

Rəssamlıq təhsili almasa da, məktəbini yaratdı


Şəkil çəkməyə başlayanda rəssamlıq sənətinin nə olduğunu bilmirdi. O vaxtlar hələ çox uşaq idi. Əlinə keçən kağız parçalarında qələmlə müxtəlif şəkillər cızırdı. Kiçik Əzimin bu marağından təkcə ailə üzvləri deyil, qohum-qonşu, tanış-biliş də xəbərdar idi. Çünki nə özlərinin, nə də qonşularının divarlarında, küçədə boş yer qalırdı, hara gəldi şəkillər çəkirdi.

Yeddi yaşı olanda atası Aslan onu doğma Novxanıdakı mollaxanaya apardı. Mollaxanaya uşaqların bəziləri candərdi gəlirdilər. Çünki gözünün yaşını tökə-tökə ərəbcə höccələdiklərini yadlarında saxlaya bilmirdilər. Əzimi öyrətmək isə çətin deyildi. Hafizəli uşaq idi. Molladan eşitdiklərini, onun öyrətdiklərini o dəqiqə yaddaşına həkk edərdi. Ancaq Əzim dərslərdə şəkil çəkir, yoldaşlarının fikrini yayındırırdı. Molla şəkil çəkməyin günah olduğunu deyir, misallar gətirirdi. Tənbeh edir, haray-qışqırıq salırdı. Faydası yox idi. Əzim öz işindəydi. Axırıncı "Səni bir də şəkil çəkən görməyim" xəbərdarlığının da əhəmiyyəti olmadı. Molla bir neçə gün sonra onu yenə şəkil çəkdiyi yerdə yaxaladı. Artıq səbri tükənmişdi. Elə həmin gün Əzimi mollaxanadan qovdular. 

Valideynləri dindar idilər. Əzimin mollaxanadan qovulması onlara çox ağır təsir göstərdi. Onda hələ Novxanıda yaşayırdılar. Əzimin atası Aslan novxanılı idi. Əzim Əzimzadə də bu kənddə 7 may 1880-ci ildə dünyaya gəlmişdi. 1887-ci ildə şəhərə - Bakıya köçüb gəldilər. 

1 May küçəsində üçotaqlı, səliqə-sahmanlı həyət-bacası olan ev aldılar. Çox keçmədi ki, atası həmin üç otağı artırıb, altı otaq etdi. Aslan kişi evinin qazancını, ailəsinin ruzisini daşdan çıxarırdı. Daşyonan idi. Anası Zəhra xanım isə bütün günü ev-eşiyinin iş-gücü, biş-düşü, yır-yığışıyla məşğul olurdı.

Əzim ailəsinin tək övladı, ata-anasının gözünün nuru, bu həyatdakı yeganə ümidi idi. Valideynləri ona korluq verməməyə çalışırdılar. Ata-anasından olsaydı, onu ən yaxşı məktəblərdə oxudar, təhsilli olmasına, ad-san qazanmasına şərait yaradardılar. Amma gün-güzəran dərdi Əzimi 10 yaşından işləməyə məcbur etdi. Muzdlu işlər görməyə başladı. Təhsil almağa da imkan tapdı. 1895-ci ildən 1899-cu ilədək Bakıdakı rus-tatar məktəbində oxudu. Bundan sonra təhsilini davam etdirə bilmədi.

Həyatın qayğıları uşaqlıq illərindən qəlbində yurd salmış arzularını ona unutdura bilmirdi. Fitri istedadı Əzim Əzimzadəni rəssamlığa çəkirdi. Amma bacarığını lazımınca göstərməyə imkanı yox idi.

Beləcə, illər keçdi. Artıq ucaboylu, qamətli, yaraşıqlı gənc olan Əzim söhbətləri, hazırcavablığı, zarafatcılığı ilə ətrafındakıları özünə cəlb edə bilirdi. Yaxşı dostları, ürək sirdaşları vardı. Onlardan biri də aktyor Hacıağa Abbasov idi. Eyni məhəllədə yaşayır, bir-birinin evinə gedib-gəlirdilər. Onları doğmalaşdıran həm də hər ikisinın incəsənətə böyük maraq göstərməsi idi.

Bir gün Əzim yenə Hacıağagildə idi. İki dost söhbət edirdi. Əzim Hacıağanın bacısı qızını da onda gördü. İlk baxışdan aşiq olduğu o gözəl qızın adı Səriyyə idi. Əzimgilin evindən bir-iki tin yuxarıda yaşayırdı.

Valideynləri Əzimin evlənmək qərarını eşidəndə çox sevindilər. Onlar 23 yaşına çatmış oğlanlarının ailə qurmasını, oğul-uşaq sahibi olmasını həsrətlə gözləyirdilər. Elçi getdilər. Gəncləri nişanladılar. Əzimlə Səriyyə 1903-cü ildə ailə qurdular.

Ata-anası ömür karvanını çəkib bu dünyadan gedəndə gözləri arxada qalmadı. Çünki bilirdilər ki, ocaqlarındakı sevgi, mehribanlıq onlardan sonra da əskik olmayacaq. Nəvə sevincini də gördülər. Əzimin ailəsi illər keçdikcə böyüdü. Beş uşaq - üç oğul, iki qız atası oldu. Oğlanları Abdulla, Həbib, Lətif, qızları Pəricahan və Zəhra onun ən şirin arzuları idi.

Həyat ona fitri istedadını göstərməyə meydan da verdi. 1906-cı ildə Ələkbərov qardaşlarının dəyirmanında işlədiyi vaxtlar idi. Tiflisdə yeni nəşr olunmağa başlayan "Molla Nəsrəddin" jurnalı Bakıda da yayılırdı. Hər sayı maraqla qarşılanan bu jurnal Əzimin də çox xoşuna gəlirdi. "Molla Nəsrəddin"də yer verilən karikaturalar isə onun diqqətini xüsusilə cəlb edirdi. Rəssamlardan Rotterin, Şimerlinqin çəkdiyi şəkillərə baxdıqca gözlərinin önündən fərqli-fərqli surətlər ötüb-keçirdi. Onlarla hər gün küçədə, bazarda, toyda, yasda qarşılaşırdı. Əzim Əzimzadə "Molla Nəsrəddin" jurnalının səhifələrində onlara özlərini göstərmək istəyirdi. 

1906-cı ildə "Molla Nəsrəddin"in 5-ci sayında dövlətli Bakı tacirlərindən birini lağa qoyan felyeton dərc olundu. Felyetonun sonunda yazılırdı: "Həmin xəbəri nəqqaşımız ittifaqən eşidib möhtərəm Hacıya yeddi manat təklif edir ki, onu bir daha ziyarət etsin. Nə qədər fikirləşirik, heç cür başa düşə bilmirik ki, nəqqaşımızın xəyalı nədir?" Ustalıqla edilən işarəni Əzim Əzimzadə dərhal anladı. Və "Molla Nəsrəddin"in arzusunu həyata keçirdi…

Çəkdiyi ilk karikaturanı Tiflisə - "Molla Nəsrəddin" jurnalının redaksiyasına göndərdi. Həmin şəkil jurnalın 7-ci sayında dərc ediləndə Əzimin sevincinin həddi-hüdudu olmadı. Karikaturanın altında imzasının olmaması da gənc rəssamın sevincinin üzərinə kölgə sala bilmədi. Çünki əsərini "Molla Nəsrəddin" kimi sərraf bəyənmişdi. Jurnala olan marağı bundan sonra daha da artdı. "Molla Nəsrəddin"in Bakıdakı ən fəal oxucularından biri oldu. Jurnalda dərc olunan felyetonlar, karikaturalar Əzimin aşıb-daşan arzularına, ideyalarına istiqamət verir, ona yol göstərirdi. Arabir karikaturalarını "Molla Nəsrəddin"ə göndərirdi. Dərc olunan karikaturalarında hələ də onun imzası verilməsə də, Əzim Əzimzadə dəst-xəti, üslubu görünürdü. Rəssam sonralar həmin karikaturaların altından "mənimdir" yazmaqla müəllifliyini təsdiqlədi. 

İlk karikaturasından başlayaraq, "qəhrəmanlar"ını heç vaxt təsadüfən seçmədi. Bakı mühitini, buranın dövlətlisini, kasıbını yaxşı tanıyırdı. Karikaturalara baxanlar da həmin "qəhrəmanlar"ı dərhal tanıyırdılar. Rəssamın düşmənlərinin, ondan narazı olanların sayı bu səbəbdən gündən-günə artırdı. Şəkildəki surətini görüb hiddətlənənlər Əzim Əzimzadənin əlindən yanıqlı idilər. Ehtiyatlı olmalı idi.  Odur ki, karikaturalarının bəziləri imzasız, ya da "Ə.Ə", "Ə" və başqa imzalarla dərc edilirdi.

Əzim Əzimzadənin rəssam kimi iştirak etdiyi mətbuat orqanı təkcə "Molla Nəsrəddin" jurnalı deyildi. "Kəlniyyət", "Baraban", "Məzəli", "Babayi-Əmir", "Zənbur" və digər jurnallarda da bir-birindən maraqlı əsərlərlə çıxış edirdi. Amma onun rəssamlıq yaradıcılığında "Molla Nəsrəddin"in xüsusi yeri vardı. Jurnalın satirik ruhu, ideyaları, məramı Əzim Əzimzadəyə tamamilə uyğun idi. 

O, müxtəlif işlərlə də məşğul oldu. "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarının, "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyalarının bədii tərtibatını və geyim eskizlərini verdi. Bu sahədə fəaliyyətini sonralar da davam etdirdi.  1917-ci ildə kitab qrafikasıyla məşğul olmağa başladı. Həmin il çox sevdiyi, "Molla Nəsrəddin" jurnalında çiyin-çiynə çalışdığı şair Mirzə Ələkbər Sabirin "Hop-hopnamə"sinə illüstrasiyalar çəkdi. Bu sahədə bir-birindən maraqlı işləri yenə oldu. Öz qələmini rəssamlığın müxtəlif sahələrində sınadı. Peyzaj, portret və başqa janrlı əsərlər yaratdı. Ancaq Əzim Əzimzadə karikatura janrına həmişə sadiq qaldı.

1920-ci ildə Azərbaycan Maarif Komissarlığının incəsənət şöbəsinə rəhbərlik etmək ona həvalə edildi. 1922-ci ildə Əzim Əzimzadə "Kommunist" (Azərbaycan dilində) qəzetinə baş rəssam təyin olundu. Uzun illər birgə yol gəldiyi "Molla Nəsrəddin" jurnalında da baş rəssam kimi fəaliyyətini davam etdirdi. 

Əzim Əzimzadə özü rəssamlıq təhsili almasa da, bir çox məşhur Azərbaycan rəssamının yetişməsində misilsiz xidmətlər göstərmişdir. 1932-ci ildə Bakıda rəssamlıq məktəbinin açılmasında onun böyük rolu oldu. Məktəbin ilk rəhbəri də özü oldu.

Bəxti təkcə sənətində üzünə gülmürdü. Onu yaxşı anlayan, duyan həyat yoldaşı vardı. Əsərlərinin ilk tamaşaçısı da Səriyyə olurdu. Övladları da ağıllı, tərbiyəli, çalışqan idilər.

Bir gün müharibənin başlaması xəbəri qara bulud kimi onların da ailəsinin üzərinə çökdü. Əzim Əzimzadə ocağından cəbhəyə üç oğul getdi. Bundan sonra döyüş xəbərlərini həyəcanla dinləyə-dinləyə keçdi günləri. Əzim Əzimzadə "Fəxr eləyirəm, oğlanlarım torpaq uğrunda, Vətənimiz uğrunda döyüşə gedirlər. Arzum budur, sağ-salamat geri dönsünlər. Qayıtmasalar, yenə fəxr edərəm, Vətən yolunda həlak olublar" deyirdi. Ancaq onun ata qəlbindən qara qanlar axırdı. Üç oğlu çoxları kimi cəbhədə döyüşlərdə, ölümlə üz-üzə idi. O da burada - Bakıda qələmiylə qələbəyə xidmət etdiyini düşünürdü. Düşmənə nifrətini, onun aqibətinin dəhşətli olacağına inamını çəkdiyi karikaturalarda, plakatlarda əks etdirirdi.

Çoxunun ocağına od salan "qara kağız" bir gün onlara da gəldi: "Oğlunuz Lətif Əzimzadə Kerç uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub". Məktubu kiçik qızı Zəhra ilə birgə oxumuşdu. Ona bərk-bərk tapşırdı: "Anan bilməsin, qızım, ona deməməliyik. Səriyyə bu dərdə dözə bilməz". O gündən Lətifin həlak olması ata ilə qızların sirrinə çevrildi. Dərdindən xəbərsiz Səriyyə isə üç oğlundan həyəcanla məktublar gözləyir, onların sağ-salamat olması üçün gecə-gündüz dua edirdi. Amma Əzimi Lətifin dərdi için-için yandırır, əldən salırdı. Ürəyi bu dərdə tablaşmaq istəmirdi. Azərbaycanın böyük rəssamı Əzim Əzimzadə 1943-cü il iyunun 16-da oğlundan aldığı "qara kağız" hələ solub-saralmamış gözlərini əbədi yumdu.


 Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

02:16
16 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında

02:16
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

02:15
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında  

02:14
16 Dekabr

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!