Qurbanı qurban verməyə tələsməyək!
Unutqanlıq yaddaşsızlıq yox, qədirbilməzlik də sayıla bilər
...O, idmanın ən populyar növlərindən biri vasitəsilə Azərbaycan adının bütün dünyada çəkilməsində əvəzsiz rol oynayan mütəxəssis kimi qəlblərə həkk olunub. O, Azərbaycanın təkcə siyasi-demokratik, sosial-iqtisadi inkişafı ilə yox, idmanda da möcüzə yarada biləcək ölkə olduğunu əməldə sübuta yetirib.
O, hər bir azərbaycanlının qəlbini sızlatmaqda olan Qarabağ adını təkcə ölkəmizdə yox, onun sərhədlərindən çox-çox uzaqlarda da uca tuta bilib. O, ən nəhayət, azərbaycanlıları əcnəbi futbolçulara yox, öz doğma komandalarına azarkeşlik etməyə, qələbələrindən ruhlandırmağa sövq edə bilib.
Təkcə bu xidmətlər futbol deyərkən ilk növbədə yada düşən "Qarabağ” və onun əzmkar baş məşqçisi Qurban Qurbanovun adının idman tariximizə böyük hərflərlə yazılmasına bəs edir...
Azərbaycan futbolunda ilklərin müəllifi kimi də qəbul olunan Qurban Qurbanov işində, əməyini əsirgəmədiyi komandasında müsbət nəticələr əldə etmək üçün heç də az fədakarlıq göstərməyib. Xatırlatmaq yerinə düşərdi ki, Qurban Qurbanov "Qarabağ”a baş məşqçi təyin edildikdən sonra ardıcıl bir neçə mövsüm komanda çempionluq üzü görmədi. Lakin klub rəhbərliyi Qurbana inandı, onunla işbirliyini davam etdirdi.
Nəticə isə göz qabağındadır: çempionluqlar və avrokuboklardakı uğurlar bir-birini əvəzləməyə başladı. Altı dəfə ölkə çempionluğu, dörd dəfə UEFA Avropa Liqasının, bir dəfə isə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə...
Əlbəttə, bunun əsas səbəbi uzunmüddətli fəaliyyət proqramı, iş icraçılarının peşəkarlığı, işinə sevgi və hörmətdən qaynaqlanırdı. Məhz bundan irəli gəlirdi ki, ötən mövsüm "Qarabağ” dünyanın ən nüfuzlu klub turniri - UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbol tarixinə adını qızıl hərflərlə yazdırdı. Təbii ki, bütün bu uğurlarda baş məşqçi kimi Qurban Qurbanovun uzun illər ərzində apardığı məqsədyönlü fəaliyyət strategiyası ön planda yer alır.
Ən önəmli məqamlardan biri isə budur ki, məhz onun sayəsində "Qarabağ” təkcə futbol oynamadı, eyni zamanda getdiyi hər ölkədə Qarabağ həqiqətlərini dünyaya çatdırdı. İşğal altında olan şəhəri - Ağdamı təmsil etdiyini hamı bildi. Yüz milyonların qarşısında nümayiş etdirdiyi oyunlarla döyüşkən komanda olduğunu, döyüşkənliyin hər bir azərbaycanlının ruhunda yer aldığını göstərdi. Bütün bu nailiyyətlərin əldə olunmasında isə Qurban Qurbanovun yaradıcı əzmkarlığı həlledici əhəmiyyətə malik olub.
Məhz bu əzmkarlıq ölkə futbolunu inkişaf etdirib "Azərbaycanda heç vaxt futbol olmayacaq” deyənlərin mövqeyini alt-üst etdi. Həmin əzmkarlıq qitənin ən güclü komandalarını Bakıya gətirdi.
Bütün bunların fonunda tamamilə təbii idi ki, "Qarabağ”la Azərbaycan futbolunda böyük işlər görən Q.Qurbanovun uğur estafetini milli komanda ilə davam etdirməsi azarkeşlərin əsas istəyinə çevrilmişdi. Bu istəyi gözardı etməyə haqqı olmadığını düşünən Q.Qurbanov son nəticədə ən məsuliyyətli posta, yığma komandanın sükanı arxasına keçdi.
Həm millini, həm də "Qarabağ”ı çalışdırmaq böyük cəsarət tələb edirdi ki, bu şərəfli missiyanı onun layiqincə daşıyacağına heç kimin şübhəsi yox idi. Digər tərəfdən, artıq futbol ictimaiyyəti milli komandaya əsl vətənpərvər, ölkə futboluna daha yaxından bələd olan Q.Qurbanovu ən real namizəd olaraq görürdü. Bu səbəbdən də ötən ilin sonlarında yığmamızın sabiq xorvatiyalı çalışdırıcısı Prosineçki ilə müqavilənin müddəti artırılmadı və onun yerinə yetirə bilmədiyi missiya Qurbanova həvalə edildi. Məqsəd illər öncə "Qarabağ”dakı uğur reseptini burada tətbiq etməklə gələcəyin millisini qurmaqdır.
Bu yolda enişlər də olur, yoxuşlar da, uğurlar da. Elə buna görə hansısa oyuna, nəticəyə baxıb dərhal milli komanda, o cümlədən onun baş məşqçisi barədə hökm çıxarmaq həm tələskənlik, həm də qeyri-obyektivlikdir. Bu yanlış münasibət özünü milli komandamızın Millətlər Liqasında Kosovo ilə oyunu və məlum nəticədən sonra daha qabarıq şəkildə göstərir.
Milli komandamızın məğlubiyyətinin səbəbini Qurban Qurbanovda axtaranlar da var, məsələnin kökünün başqa səbəblərdə olduğunu görənlər də. Biz tərəf tutmuruq, ancaq kimsənin haqqının da tapdalanmasını istəmirik. Öncə ona diqqət yetirək ki, bu "futbol dahiləri” millinin baş məşqçilik postuna təyinatının bir ili tamam olmamış bir məğlubiyyətdən sonra Qurban Qurbanovdan ən yüksək nəticəni tələb etməyə başlayıblar. UEFA Millətlər Liqasında sonuncu Kosovo məğlubiyyətindən sonra "sapı özümüzdən olan baltalar” elə qarayaxma kampaniyasına başladılar ki, sanki Azərbaycan böyük futbol ölkəsidir, indiyədək mütəmadi dünya və Avropa çempionatlarının final mərhələsinə vəsiqə qazanıb, xəbərimiz yoxdur. Daha 3-4 ay bundan öncə qazanılan qələbələri unuduruqsa, bir məğlubiyyəti əsas gətirərək belə aciz qaralama kampaniyası aparırılırsa, əlavə şərhə ehtiyac yoxdur. Yeganə hədəf, özü də haqsız və qərəzli hədəf məhz Qurban Qurbanovdur.
Necə deyərlər, düzəlməyən işə göndərdilər, adını yarıtmaz qoydular. Daha demirlər ki, ölkə futbolunun funksionerlərinin səriştəsizliyi, bir çoxlarının legioner futbolçu və baş məşqçi hərisliyi ucbatından illərdir Azərbaycan futbolu can çəkişir. 8 komandalı Azərbaycan Premyer Liqası ölkə yox, paytaxt birinciliyini xatırladır. Regionlarda futbolun üzərindən qalın çalın-çarpaz xətt çəkilib. Futbol başbilənlərinin "eksperimentləri” sayəsində azarkeşlər futboldan küsüb. Lakin Qurban Qurbanovun "Qarabağ”ı bu küskünlüyü az da olsa aradan qaldırmağa çalışsa da, onun fəaliyyətinə kölgə salmağa çalışanlar, təəssüflər olsun ki, kifayət qədərdir.
Ümumiyyətlə, Azərbaycana gələn əcnəbi məşqçiləri həmişə maddi maraq düşündürüb. Futbolumuzun inkişaf etməsi onların marağında olmayıb. Sorğu keçirsək ki, bundan əvvəlki dövrlərdə millimizdə baş məşqçilik etmiş hansı biri Azərbaycanda futbolun inkişafına çox can yandırıb? - Cavab verməkdə çətinlik çəkərik.
Bundan əlavə, illər öncə 8 il komandamıza rəhbərlik etmiş almaniyalı Berti Foqtsa səbir göstərənlər, rüsvayçı məğlubiyyətlərə şahid olanlar nəyə görə bu postda bir ili tamam olmamış Qurban Qurbanovu haqsız şəkildə hədəf seçirlər?
Nə qədər gec deyil, ədalətli olmağı bacarmalıyıq. Uğursuzluq zolağındakı Azərbaycan futboluna töhfə verməyə çalışan, qazandırdığı qələbələrlə azarkeşlərimizi sevincə qərq edən, yerli gənc futbolçulara şans verməklə onlarda qalibiyyət ruhunu formalaşdıran, ən əsası, Azərbaycan və Qarabağ adını daim prioritet, əziz tutan bir məşqçiyə qarşı qarayaxma kampaniyası aparmaqda məqsəd nədir?
İdmandan başı çıxan hər kəs yaxşı bilir ki, müasir futbolda uğur əldə etmək istəyirsənsə, uzunmüddətli fəaliyyət planın olmalıdır. Etiraf edək ki, bu gün ölkəmizdə futbolun inkişafı çox geri qalır. Açıq deyək: Azərbaycan futbolunun inkişaf dinamikası Prezident İlham Əliyevin qayğısına, şəxsi himayədarlığına, böyük təəssübkeşliyinə adekvat deyil!
8 komandalı çempionatın 5 klubu Bakını təmsil edirsə, regionlar futboldan kənarda qalırsa, yığmaya oyunçu cəlb etməkdə çətinlik çəkilirsə, gənc futbolçularımız lazımsız legioner transferlər ucbatından öz klublarında mütəmadi forma geyinə bilmirlərsə, burada Qurban Qurbanov nə etməlidir?
O, sehrbaz deyil ki, bir toxunuşa istədiyimiz komandanı formalaşdırsın. Bu səbəbdən müsbət nəticə əldə etmək üçün Azərbaycanın, elə millinin baş məşqçisinin zamana ehtiyacı olduğunu da unutmayaq. Məhz zamanla gələcək uğurlar futbolumuz, eləcə də Qurban Qurbanov barədə bədxah mövqedə olanlar üçün tərs şilləyə çevriləcək. Onda duyulacaq peşmançılıq isə çox gec olacaq...
Elçin CƏFƏROV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!