Qriqori TROFİMÇUK: “Ötən il Rusiya-Azərbaycan münasibətləri inkişafın ən yüksək nöqtəsinə çatdı”
2018-ci ildə Rusiya-Azərbaycan münasibətləri inkişafın ən yüksək nöqtəsinə çatdı, lakin bu, son hədd deyil. Əlaqələrin gələcəkdə daha da inkişafı üçün bir sıra amillər mövcuddur. O cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Avrasiya İdeyalar Emalatxanası Elmi Araşdırmalara Dəstək Fondunun Ekspertlər Şurasının sədri, politoloq Qriqori Trofimçuk deyib.
O bildirib ki, bu gün Azərbaycan ilə Rusiya yalnız tərəfdaş deyil, həm də bir sıra əsas məsələlər üzrə müttəfiqdirlər, baxmayaraq ki, Azərbaycan nə Avrasiya İqtisadi İttifaqına, nə də ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Bu mənada ikitərəfli münasibətlərimizdə mövcud olan qeyri-formallıq da bu etibarlılığı təmin edir. Əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində görülən işlərdən danışarkən, demək olar ki, ötən il iki ölkə arasında bir çox sənədlər imzalanıb. Bu sənədlər əlaqələrin genişləndirilməsi baxımından baza rolunu oynayır.
Politoloq bildirib ki, ötən il Prezident Vladimir Putin və Prezident İlham Əliyevin şəxsi görüşləri müntəzəm şəkildə keçirilib və MDB Sammitindəki kimi işgüzar görüşlər də daxil olmaqla heç vaxt formal xarakter daşımayıb. Bu münasibətlər iki dövlət arasındakı qarşılıqlı əlaqələr üçün etibarlı təməl və zəmanətdir. Elə bir sahə yoxdur ki, Rusiya və Azərbaycan prezidentlərinin diqqətindən yayınsın.
"Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda strateji tərəfdaşı olmaqla yanaşı, Bakı geniş miqyasda daha fəal, fərqli fenomenə çevrilir. Bu, ona görə baş verir ki, Bakı ən çətin vəziyyətdə belə öz suveren mövqeyini saxlayır. Bu, hər zaman hörmət doğurur”,- deyə Qriqori Trofimçuk vurğulayıb.
O bildirib ki, hazırda iki ölkənin prezidentlərinin qarşıya qoyduqları əsas məsələ bütün planlaşdırılmış layihələrin ardıcıl həyata keçirilməsidir. Bu layihələrdən Şimal-Cənub nəqliyyat dəhlizini, həmçinin Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması ilə yaranan imkanları qeyd etmək mümkündür.
Müdafiə sahəsi ilə bağlı məsələlərin də rəsmi Moskva və Bakı üçün prioritet təşkil etdiyini deyən politoloq vurğulayıb ki, burada hərbi strukturlar arasındakı fəal əlaqələri, Bakının Rusiya və NATO nümayəndələrinin görüşləri üçün unikal potensialını qeyd etmək lazımdır. Bütün bunlar Ermənistan daxilində və Dağlıq Qarabağ ətrafında davam edən gərginlik, dünyada ümumi vəziyyətin pisləşməsi fonunda əlaqələrimizin gələcək inkişafı üçün əsas yaradır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!