Qohumluq böyük nemətdir, qədrini bilənə
Yüz illər boyu dəyişməyən ailə dəyərlərimiz qloballaşan dünyada tədricən dəyişir, cilalanır, bəzən də çox təəssüf ki, cılızlaşır. Nəyi itiririk, nəyi qazanırıq deyə, çox vaxt fərqinə də varmırıq.
Vaxt var idi rayonlarda, kəndlərimizdə hər ailədə azı 5-6, bəzən də 10-dan çox uşaq böyüyürdü. O zaman ailələrin yaşayış səviyyəsi, maddi imkanı indikindən qat-qat aşağı idi. Kənd yerlərində paltaryuyan, tozsoran nədi, bilməzdilər. Halbuki 5-10 uşağın qulluğunda durmaq o qədər də asan məsələ deyildi. İndi bütün ölkədə hamının güzəranı yaxşılaşıb. Dövlətin qayğısı da, insanların qazancı da artıb. Lakin ailələr getdikcə kiçilir, qohum-qardaşın sayı azalır. Ötən əsrin ikinci yarısı və elə axırlarında da yeni evlənən bir neçə qardaş bir evdə, bir ailədə yaşayaraq bir-birinə qaynayıb qovuşardılar. Bayramlarda, xoş günlərdə, toyda, nişanda əlbir olan qohumlar kimsənin çətinlik çəkməsinə imkan verməzdilər.
Son illərdə formalaşıb adətə çevrilən bayağı ənənələr yaranıb. Ad günləri, nişan, toy mərasimləri dəbdəbəli surətdə qeyd edilsə də, dəvət alanların sayı-hesabı olmasa da, ağbirçək və ağsaqqallar gözə dəymir, istənilən məclisin yaraşığı olan xırda uşaqlar da "yer tutduğundan" ixtisara salınır. Bu da milli-mənəvi dəyərlərin və ailə qanunlarının tədricən unudulmasına, qohum-qardaşın yadlaşmasına səbəb olur.
Elimizdə lap qədimlərdən belə bir ənənə mövcud olub ki, hər tayfa, hər el, hər oba öz kasıbına, xəstəsinə, imkansızına sahib çıxıb, ona əl tutub, kömək edib. Əlbəttə, tanıdığın, bildiyin qohuma əl tutmaq savabdır. Bu mənada hər birimiz özümüzünkünə sahib çıxsaq, dövlət və cəmiyyətimizə vacib problemlərin həllində kömək olarıq. Belə nə ahıl, nə əlil, nə də atılmışların dövlət tərəfindən himayəsinə, qocalar, kimsəsizlər evlərinə verilməsinə ehtiyac qalmaz. Axı indi hətta ata-anasını qocalar evinə atan oğullar var.
El arasında deyirlər: "Qohum məni yad eləsin, bircə dənə alma ilə". Biz isə qohumdan, qardaşdan uzaq düşməyin səbəbini bəzən imkansızlıqda axtarırıq. Əslində, hədiyyə, pul, pay əsas deyil. "Qapımı aç, halımı sor, bəsimdi" - deyən ağbirçəklərimizin, ağsaqqallarımızın, qohumlarımızın gözü bizim əlimizdə yox, gözümüzdə olur ki, mehr-məhəbbət görsünlər. Belə səmimi münasibətdə təmənna ola bilməz. El arasında nahaq yerə demirlər ki, qohumun lap pisinin belə səsi eşidilsin, işığı gəlsin.
Böyük şəhərlərdə cib telefonları, internet, bayağı telekanallar hamını doğmadan, qohumdan ayrı salıb. Qohum-qardaşa biganə və laqeydlərin sayı durmadan artır. Heç düşünmürük ki, bu mənəvi ayrılıqlar bizim gələcək tənhalığımızın, bəzən də faciələrimizin əsasını qoyur.
Unutmayaq ki, ailə deyərkən, doğmaların bir yerə toplaşdığı kiçik cəmiyyət nəzərdə tutulur. Bu cəmiyyətin ana sütunu sevgi, fədakarlıq, təmənnasız münasibət, ən əsası isə qarşılıqlı bağlılıqdır. "Uman yerdən küsərlər" deyib atalarımız. Ailə, qohum-qonşu həmişə bir-birindən sevgi, hörmət, qayğı umurlar. Əgər hər kəs bu keyfiyyətlərə sahib olmağa çalışsa, onda sizə baxa-baxa, sizdən öyrənə-öyrənə böyüyən övladlarınız zamanın bir vədəsində bu təmənnasız duyğularınızı elə sizə bir mükafat olaraq qaytaracaq.
Şəhla NƏBİYEVA,
Şahbuz rayonu
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!