12 Fevral 2024 11:10
4771
Səhiyyə
A- A+
Qızılca hələ təhlükə olaraq qalır

Qızılca hələ təhlükə olaraq qalır

 

Avropada qızılcaya yoluxma halları kəskin artıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2023-cü ildə Avropa regionunda 30 mindən çox qızılcaya yoluxma hadisəsi qeydə alınıb.
ÜST-nin məlumatında, ABŞ və Böyük Britaniya kimi ölkələrdə qızılcanın daha sürətlə yayılması qeyd olunub. Uşaqların sağlamlığına sarsıdıcı təsir göstərən qızılca bəzi hallarda ölümcül nəticələrə gətirib çıxarır. Xəstəlik uşaqların immun sistemlərinin zəifləməsinə səbəb olur, onları bir çox yoluxucu xəstəliklərə, o cümlədən pnevmoniyaya qarşı daha həssas edir.
Qızılca ilə bağlı mütəxəssislər arasında fikir ayrılığı da müşahidə edilir. Bəziləri virusun formasını dəyişdiyinə görə ağırlaşmalara səbəb olduğunu bildirsələr də, bir qismi bu fikirlə razılaşmır, bunların şişirdilmiş məlumat olduğunu qeyd edirlər. 
2023-cü ilin sonlarından respublikamızda da qızılcanın yayılmasında artım müşahidə olunur.

 

Qızılca idarə olunan infeksiyalar qrupuna daxildir

 

İnfeksionist Aytən Ziyadovanın sözlərinə görə, qızılca ilə bağlı müraciətlərin sayında artım olsa da, bu, narahatedici səviyyədə deyil: "İdarə olunan infeksiyalar qrupuna daxil olan qızılca çox asanlıqla yayılan və ciddi fəsadlar yarada bilən infeksiyadır. Xəstəliyin ötürülməsi hava-damcı yolu ilə baş verir. Öskürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə yayılır. Virus ətraf mühitdə 2 saat aktiv qala bilir".
A.Ziyadova yoluxmanın səpgilərin əmələ gəlməsindən 4-5 gün əvvəl və 5 gün sonra baş verə biləcəyini bildirib: "Qızılcanın klinik mənzərəsində 3 dövr ayırd edilir: başlanğıc, səpkilər və piqmentasiya. Xəstəliyin başlanğıc dövrü bədən temperaturunun 38,5-39°C-yə qədər artması və dirəncli olması, yuxarı tənəffüs yollarının və konyunktivanın zədələnməsi ilə səciyyələnir. Zökəm, boğazda ağrı və quru öskürək müşahidə olunur. İşıqdan qorxma, konyunktivanın hiperemiyası, göz qapaqlarının şişkinliyi müşahidə olunur. Səpgi dövrü xəstəliyin 4-5-ci günündən başlanır. İlk səpki elementləri qulaqarxası, burun darağında xırda ləkələr şəklində meydana çıxır ki, onların da ölçüləri sürətlə böyüyür. Bir sutka ərzində səpgi üzdə, boyunda yayılır, sonrakı günlərdə bədənə keçərək yuxarı və aşağı ətraflarda qeyd olunur".

 

Adətən 6 aya qədər körpələr qızılcaya yoluxmurlar

 

İnfeksionist qeyd edib ki, adətən 6 aya qədər körpələr qızılcaya yoluxmurlar,  çünki onlara anadan antitellər ötürülür: "Lakin əgər anada antikor yoxdursa, heç bir qoruyuculuqdan söz gedə bilməz. Ana xəstəliyi özü keçirdikdə və ya peyvənd olunduqda yetərli sayda antikor qazanır. Sonra da onu bətnindəki körpəyə ötürür".
A.Ziyadova bildirib ki, qızılca zamanı ağırlaşmalar xəstəliyin istənilən dövründə baş verə bilər: "Ona görə də antitellərə sahib olmayan şəxslər, hamilələr, uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar risk qrupuna daxildirlər. Qızılcadan qorunmaq üçün peyvənd tövsiyə edilir. O, xəstəliyin ağırlaşmasının 97-98 faiz qarşısını alır".
Mütəxəssisin sözlərinə görə, xəstəliyin əlamətlərini, xüsusən düşməyən hərarəti özündə müşahidə edən şəxslər həkimə müraciət etməlidirlər. Belə ki, orqanizmin həssas olduğu bir vaxtda qəbul edilən dərmanların dozasının xüsusi önəmi var. Ona görə müalicə məhz infeksionist tərəfindən aparılmalıdır.
A.Ziyadova qızılca zamanı qidalanmanın hər kəs, xüsusilə də uşaqlar üçün önəmli olduğunu vurğulayıb: "Xəstəliklərə yoluxma və onları ağır keçirmə əksər hallarda immun sisteminin zəifləməsi ilə əlaqədar olur. Tərkibində A vitamini olan qidalar infeksiyalara qarşı müqaviməti artırır, diareya, pnevmoniya, zülal-enerji çatışmazlığı kimi ikincili ağırlaşmalarla bağlı ölümləri azaldır. A vitamini bir çox heyvan və bitki mənşəli qidalarda müxtəlif miqdarda olur. Dənli bitkilər, qırmızı və ağ ət, dəniz məhsulları, narıncı və sarı rəngli meyvə-tərəvəzlər, süd və ondan hazırlanan məmulatlar xüsusilə A vitamini və A vitamini prekursorlarının mühüm mənbələridir. Xəstəlik zamanı orqanizmin susuzlaşmasının  qarşısını almaq üçün bol maye qəbul etmək vacibdir".
Qızılca və onun kimi yoluxucu xəstəliklər hava-damcı yolu ilə yayıldığı üçün tənəffüs yollarını qoruyan tibbi maskalardan, gigiyenik vasitələrdən  istifadə etmək lazımdır. Profilaktik tədbirlərə əməl edərək, qida rasionunu təbii məhsullarla zənginləşdirərək xəstəliklərdən qorunmaq və ya onların gedişatını yüngülləşdirmək mümkündür.

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi

11:53
29 May

Azərbaycan neftinin qiyməti 100 dollar olub

11:34
29 May

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

11:17
29 May

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

11:09
29 May

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

10:47
29 May

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

10:24
29 May

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

10:09
29 May

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

09:58
29 May

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

09:41
29 May

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

21:57
28 May

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

21:40
28 May

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

20:33
28 May

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

20:28
28 May

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

19:56
28 May

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

19:24
28 May

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

19:23
28 May

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

19:21
28 May

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

19:19
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!