Qızılağac meşələrini qorumalıyıq
Hörmətli redaksiya!
Abunəçisi olduğum "Azərbaycan" qəzetini digər qəzetlərlə bərabər hər gün oxuyuram. Qəzetinizdə dərc olunan "Qızılağac qoruğu" və ona bənzər məqalələr məni ziyalı kimi ruhlandırır. Belə yazılar hamımızı maarifləndirir, ekoloji təmiz mühitdə yaşamağa sövq edir. Ona görə də redaksiyanızın yaradıcı kollektivinə səmimi təşəkkurlərimi bildirirəm.
"Qızılağac qoruğu" yazısı mənə uşaqlıq illərim keçən Rustov kəndini xatırlatdı. Çaqaçıq və Kamal çaylarının sahillərində o zamanlar Qızılağac meşəlikləri, sərin bulaqlar var idi. Çaylar boyunca dəniz tərəfdən Şah dağın ətəklərinə doğru uçub gələn və yazda vətənlərinə qayıdan çay ördəkləri, qaşqaldaqlar, qazlar, qu quşları və digər köçəri quşlarla dolu olardı. Qızılağac meşəliyindən həyətimizə "qonaq" gələn tısbağalar, çaykənarı nohurlardakı şəffaf sularda üzən balıqlar, gecələr eşitdiyimiz çaqqal, tülkü, canavar səsləri, qaranlıqda fənər işığında donub qalan çöl dovşanları reallıqdan çox bizə şirin yuxuları xatırladır. İndinin özündə belə o zamankı Qızılağac meşəliklərinin həsrəti ilə yaşayırıq. Sanki o gözəlliklərlə bu gün də ruhumuz, beynimiz, zehnimiz qidalanır.
İndi Çaqaçıq çayının Kardas-Rustov-Xanagah sahəsindəki təqribən 8-10 kilometrlik sahələrində yaşlı qızılağaclara təsadüfi hallarda rast gəlmək olar. Qəzetinizdəki yazıda da çox haqlı olaraq qeyd edildiyi kimi, ötən əsrin sonlarında ölkədə baş verən anarxiya və xaos 16-dan artıq kənd və digər yaşayış məntəqələrini birləşdirən Rustov İƏV-in çaykənarı Qızılağac meşəliklərindən də yan keçmədi. Qızılağac kimi özü bitən, heç bir qulluq tələb etməyən nadir ağaclar, həmin şəxsi təsərrüfatlardakı meyvə ağacları kənd sakinləri tərəfindən doğranılıb yandırıldı.
Ümid edirik ki, indi meşələrin qorunmasında, ekologiyanın bərpa edilməsində Şahdağ Milli Qoruğunun yaradılması, təbii qaz çəkilişinin sürətlə başa çatdırılması müsbət nəticələrini verəcək.
Qızılağac meşəliklərinin vaxtsız və kütləvi qırılması çay sellərinin kənd evlərinə yaxınlaşmasına, həyətlərə daxil olub tikililəri yuyub aparmasına, kənd yollarını doğıtmasına səbəb olur.
Respublikamızın əksər çaylarının sahillərində təbii halda bitmiş Qızılağac və digər nadir ağacların qırılmasının qarşısının alınması və çaylarımızın, Qızılağac meşələrinin, bütünlükdə ekologiyanın qorunması ilə bağlı yazıların mütəmadi dərci zəruridir. Əslində, hamımız bu istiqamətdə səylərimizi birləşdirməliyik.
Qırımızı Kitaba düşmüş Qızılağac və onun kimi digər nadir ağaclardan ibarət çaykənarı meşəlikləri qoruyub genişləndirə bilərik. Eyni zamanda, ekoturizmi də inkişaf etdirməklə yeni iş yerləri, turizm strukturları yaratmaq olar. Son nəticədə çaykənarı Qızılağac meşəliklərinin əhəmiyyətini dərk edən və adı Qırmızı Kitaba düşmüş Qızılağacı odun kimi kəsib yandıranlar da bir daha belə zərərli hərəkətlərə yol verməzlər.
İnanırıq ki. "Azərbaycan" qəzeti ümumxalq əhəmiyyətli ekoloji maarifləndirmə missiyasını həmişə olduğu kimi, bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəkdir.
Həzrətqulu ƏHMƏDOV,
Quba rayonu, Rustov kənd sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!