22 İyun 2026 19:40
146
CƏMİYYƏT
A- A+
QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

Prezident İlham Əliyevin 2025-ci il 29 dekabr tarixli müvafiq Fərmanı (https://president.az/az/articles/view/71137) ilə 15 dövlət qurumu - 9 nazirlik (Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) və digər 6 qurum (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Gənclər Fondu, KOBİA və ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyi) tərəfindən QHT-lərin müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirilməsinə dair qərar verilib. Bundan irəli gələrək Nazirlər Kabinetinə qeyri-hökumət təşkilatlarının “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qaydanı müəyyənləşdirmək tapşırılmışdı.

QHT Agentliyindən AZƏRTAC-a bildirilib ki, ötən dövr ərzində qaydanın hazırlanması üzərində ciddi iş aparılıb, dövlət qurumları ilə silsilə kollegial müzakirələr keçirilib, müvafiq rəy və təkliflər nəzərə alınıb.

2026-cı il iyunun 22-də Nazirlər Kabineti bu qaydanı 188 nömrəli qərarla (https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasinin-dovlet-budcesinden-mali-9566) təsdiq edib.

QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda əsasında işə düşən yeni mexanizm Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 15 dövlət qurumu ilə sıx koordinasiyada QHT-lərin maliyyələşdirilməsinə dair vahid databaza formalaşdırmasına, QHT fəaliyyətlərinin daha səmərəli, nəticəyönümlü, ölçüləbilən olmasına, bu istiqamətdə milli prioritetlərə uyğun mövzuların dövlət qurumları arasında vaxtında və düzgün bölüşdürülməsinə, işlərin sistemli və ardıcıl şəkildə planlaşdırılmasına xidmət edəcək.

Prezident İlham Əliyevin tapşırığı ilə prosesin “bir pəncərə” prinsipi əsasında aparılması dövlət qurumlarının QHT-lərlə iş sahəsində fəaliyyətinin sistemləşdirilməsi mahiyyətli olmaqla, bu sahədə fundamental dəyişikliklərə səbəb olacaq köklü islahatdır.

Yeni qaydalar üzrə qrant məbləğləri artırılıb və müvafiq hədlər aşağıdakı kimi müəyyənləşdirilib:

- “Kiçik qrant” üzrə - qrant məbləğinin yuxarı həddi 30 000 (otuz min) manat;

- “Böyük qrant” üzrə - qrant məbləğinin aşağı həddi 30 000 (otuz min) manat:

“Böyük qrant” üzrə - qrant məbləğinin yuxarı həddi hər bir müsabiqə üzrə QHT Agentliyi tərəfindən, donor qurumlara münasibətdə isə müvafiq donor qurum və ya qurumlarla birlikdə müəyyən edilir və müsabiqə elanında açıqlanır.

“Səfər qrantı” üzrə - qrant məbləğinin yuxarı həddi 15 000 (on beş min) manat.

Layihələrin ekspertiza meyarları da gücləndirilib. Bundan sonra ekspert qrupu layihənin icrası zamanı müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və media ilə əməkdaşlıq məsələlərinə, layihənin müvafiq sahədə dövlət siyasətinə və qüvvədə olan müvafiq sahəni tənzimləyən normativ-hüquqi aktlarla müəyyən edilən vəzifələrə, strateji sənədlərin (proqramlar, yol xəritələri, konsepsiyalar və s.) hədəflərinə töhfəsini də ayrıca dəyərləndirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Messi Argentinaya qələbə qazandırıb

23:09
22 İyun

Messi dünya çempionatları tarixinin bombardiri olub

22:05
22 İyun

Türkiyə XİN: Qara dənizdə mülki gəmilərin təhlükəsizliyi ölkəmizin prioritetləri sırasındadır  

21:54
22 İyun

Azərbaycan və Türkmənistan idmanda təcrübə mübadiləsini genişləndirir

21:32
22 İyun

Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə olunub  

21:19
22 İyun

Türkiyə və İran prezidentləri bölgədəki son vəziyyət barədə danışıblar

21:16
22 İyun

Milli Məclisdə BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüş olub  

21:03
22 İyun

Milli Məclis ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əlaqələr genişlənir  

20:46
22 İyun

Rəcəb Tayyib Ərdoğan: Ankara qlobal diplomatiyanın mərkəzinə çevrilir

19:58
22 İyun

Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib 

19:51
22 İyun

Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb  

19:47
22 İyun

QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

19:40
22 İyun

Belçikada anomal istilər səbəbindən bəzi qatar səfərləri ləğv edilir

19:31
22 İyun

Almaniya yenidən kömür enerjisinə qayıdır?

19:16
22 İyun

Qətərdə baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

19:02
22 İyun

Türkiyədə hidroelektrik enerjisi istehsalında tarixi rekord

18:47
22 İyun

Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri DOST Mərkəzi ilə tanış olub

18:39
22 İyun

Cənubi Afrikada miqrant böhranı

18:33
22 İyun

Gənclər və idman naziri qadın millimizin dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib

18:27
22 İyun

Yaponiya viza rüsumlarını 5 dəfə artırır

18:15
22 İyun

Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir YENİLƏNİB

18:12
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!