28 Dekabr 2022 03:01
677
SİYASƏT
A- A+
Qərbi Azərbaycana qayıdışın yol xəritəsi

Qərbi Azərbaycana qayıdışın yol xəritəsi

 

Vətən müharibəsini zəfərlə sonlandırdıqdan sonra Qarabağa və Şərqi Zəngəzura uğurlu Böyük qayıdış konsepsiyası həyata keçirən Azərbaycan dövlətinin növbəti tarixi hədəfi Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına dönüşünü gerçəkləşdirməkdir. 
Azərbaycan xalqı, dövləti qarşısında duran bu tarixi missiya barədə dekabrın 24-də Qərbi azərbaycanlı ziyalılarla görüşü zamanı Prezident İlham Əliyev də vurğuladı ki, "Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur".

 

300-ə yaxın yaşayış məntəqəsi üzrə qaçqınların dəqiq statistikası aparılıb

 

Artıq dövlət səviyyəsində bu istiqamətdə mühüm addımlar da atılıb. Bu il avqustun 3-də 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin adının dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilməsi, icmanın yeni Nizamnaməsinin təsdiq olunması da görülən işlərin tərkib hissəsidir. Eyni zamanda icmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Bu təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan erməni faşistləri tərəfindən qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan azərbaycanlıların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.  

 

Faciəli tarix

 

XIX-XX əsrlər ərzində erməni millətçiləri Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər və mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulublar.
1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə tarixi şəhərimiz - İrəvan Ermənistana bağışlanıb. 1920-ci ildə Zəngəzur və Azərbaycanın bir sıra digər torpaqları sovet hökumətinin xain siyasəti nəticəsində Ermənistana birləşdirilib, 1948-1953-cü illərdə Qərbi azərbaycanlılar növbəti deportasiyaya məruz qalıblar. 1987-ci ildən erməni millətçiləri sovet hökumətinin dəstəyi ilə azərbaycanlıları tarixi diyarları Qərbi Azərbaycandan deportasiya ediblər. 
Növbəti cinayət ünvanı kimi Qarabağı və Şərqi Zəngəzuru hədəf seçən Ermənistan o vaxt Azərbaycanda hakimiyyətdə olan antimilli qüvvələrin xəyanətkar siyasətindən yararlanaraq bu tarixi torpaqlarımızı da işğal etmiş, daha yüz minlərlə azərbaycanlını məcburi köçkünə çevirmişdilər. 
Ermənilər tarixin müxtəlif dönəmlərində qəsb etdikləri Azərbaycan torpaqlarında, o cümlədən Qərbi Azərbaycanda maddi-mədəni irsimizə qarşı soyqırımı siyasəti həyata keçiriblər, toponimlərimizi dəyişdirib uydurma erməni adları qoyublar, türk dilində mövcud olan yer adlarını ermənicəyə çeviriblər. 

 

"Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik"

 

İki əsrə yaxın müddətdə erməni təcavüzü ilə üz-üzə qalan, tarixi yurdlarından deportasiya edilən, kütləvi qırğınlara, soyqırımlarına, işgəncələrə məruz qalan Qərbi azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı məsələləri daim gündəmində saxlayan Azərbaycan dövlətinin növbəti dəfə bu istiqamətdə atdığı addım əvvəllər Bakıda "Qarabağa dönüş" ictimai Birliyinin yerləşdiyi binanın icmanın istifadəsinə verilməsi oldu. 
Dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşən Prezident İlham Əliyev vurğuladı ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və öz doğma torpaqlarına qayıtmalıdırlar: "Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır".
Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıdışının təmin olunması  istiqamətində gerçəkləşdirilən bütün məsələlər birbaşa Prezident İlham Əliyevin nəzarəti altındadır. 
Bu baxımdan dövlətimizin başçısının Qərbi azərbaycanlı ziyalılarla görüşü zamanı tarixi ərazilərindən deportasiya edilən soydaşlarımızın yurdlarına qayıdışı ilə, gələcəkdə görülməsi vacib olan işlərlə bağlı səsləndirdiyi fikirləri Qərbi Azərbaycana qayıdışla bağlı müəyyənləşdirdiyi mükəmməl yol xəritəsi hesab etmək olar. 
"Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün", - deyə qeyd edən Prezident vurğuladı ki, "...Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik".

 

Bu məsələ beynəlxalq gündəliyə daxil edilməlidir

 

Qərbi azərbaycanlıların hüquqlarının sülh yolu ilə təminatı üçün əsas şərtlərdən biri beynəlxalq müstəvidə fəallığı artırmaqdır. Buna görə də icmanın həm tarixi həqiqətləri, həm Azərbaycan tarixi irsinin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı olan faktları özündə əks etdirən rəqəmsal platforması, portalı yaradılmalıdır. 
Eyni zamanda Qərbi azərbaycanlıların əzəli torpaqlarına qayıdışı prosesinin hüquqi müstəvidə öz  həllini tapması üçün beynəlxalq hüquqşünaslar da cəlb edilməklə bu sahə ilə əlaqədar müəyyən işlər görülməlidir. Tariximizə dair kitablar yenilənməli,  toponimlərimizlə bağlı elektron variantları olan kitablar dərc edilməli, xarici dillərə tərcümə edilməli və dünyaya yayılmalıdır. 
Bir sözlə, Qərbi azərbaycanlıların ermənilər tərəfindən tarixi yurdlarından deportasiya olunmaları və hüquqlarının pozulmaları, eləcə də bu soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışının təmin edilməsi istiqamətindəki məsələlərin beynəlxalq gündəliyə daxil edilməsi istiqamətində mühüm işlər görülməlidir. 
Əminik ki, qarabağlılar və Şərqi zəngəzurlular kimi, dövlətimizin Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qovuşdurulması üçün məqsədyönlü və təşkilatlanmış qaydada apardığı siyasət tezliklə öz bəhrəsini verəcək və bu soydaşlarımız da torpaq həsrətindən qurtulacaqlar. 
Qərbi Azərbaycan icması üçün yeni binanı hədiyyə etdiyi zaman Prezident İlham Əliyevin dediyi kimi: "Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah".

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək  

20:34
01 İyun

ABŞ-də zavodda partlayış nəticəsində 11 nəfər həlak olub

20:23
01 İyun

“Apple”ın növbəti hədəfi  

20:06
01 İyun

Humanoid robotların inkişafı üçün yeni platforma təqdim edilib  

19:59
01 İyun

Starlink Mini artıq əlavə batareyaya ehtiyac duymaya bilər  

19:47
01 İyun

Yaşıl enerjinin “Çin” asılılığı və dünyada metal böhranı  

19:33
01 İyun

Myanmarda dəhşətli partlayış baş verib  

19:29
01 İyun

Ruhi sağlamlıq problemləri əlilliyin əsas səbəbidir

19:18
01 İyun

Alimlər beynin səhvlərdən necə öyrəndiyini aşkar ediblər

19:01
01 İyun

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb

18:41
01 İyun

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

18:29
01 İyun

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır  

18:18
01 İyun

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

18:13
01 İyun

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır  

17:51
01 İyun

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

17:50
01 İyun

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

17:48
01 İyun

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil  

17:48
01 İyun

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir  

17:47
01 İyun

Məhkum valideynlər övladları ilə görüşdülər

17:46
01 İyun

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

17:37
01 İyun

Kambocanın Kralı Norodom Sihamonidən

17:36
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!