29 İyun 2026 14:47
139
SİYASƏT
A- A+
Qazaxıstan Prezidentinin müşaviri: Bakıdakı beynəlxalq tədbir Türk dünyasının birliyinə mühüm töhfə verəcək  

Qazaxıstan Prezidentinin müşaviri: Bakıdakı beynəlxalq tədbir Türk dünyasının birliyinə mühüm töhfə verəcək  

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Bakıda keçirilən beynəlxalq tədbir Türk dünyasının elmi-mədəni əməkdaşlığının möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır və gələcək inteqrasiyaya mühüm töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstan Prezidentinin müşaviri, tanınmış qazax yazıçısı Malik Otarbayev deyib. O bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu tarixi yubileyə xüsusi önəm verir və onun təbrik müraciəti də qurultay iştirakçılarına çatdırılıb.

“Çox yüksək səviyyədə təşkil olunmuş bugünkü tədbir 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilib. Biz Qazaxıstan Prezidenti adından bu tədbirdə dövlət başçımızın təbrik müraciətini təqdim etdik. Prezident Kasım-Jomart Tokayev bu əlamətdar tarixə böyük önəm verir”, – deyə Malik Otarbayev vurğulayıb.

Onun sözlərinə görə, yubiley münasibətilə may ayında Almatıda Türk Akademiyası və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə də xüsusi simpozium keçirilib və həmin tədbirdə də Prezidentin təbrik məktubu səsləndirilib. Malik Otarbayev qeyd edib ki, Bakıda keçirilən tədbir il ərzində Türkoloji Qurultayın 100 illiyi münasibətilə təşkil olunan silsilə tədbirlərin yekun mərhələsini təşkil edir.

“Bu gün burada Qazaxıstanla yanaşı, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər türk dövlətlərinin nümayəndələri, eləcə də Türk Dövlətləri Təşkilatının üzvləri iştirak edərək dövlət başçılarının təbrik müraciətlərini çatdırdılar. İnanıram ki, bu yüksək səviyyədə təşkil olunmuş tədbir Türk dünyasının gələcək inkişafına, birliyinin möhkəmlənməsinə və əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək”, – deyə Qazaxıstan Prezidentinin müşaviri əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda tikinti sahəsinə dair yeni dövlət standartları qəbul edilib  

16:18
29 İyun

Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib  

16:06
29 İyun

“Türk Dünyası Həftəsi” türk xalqlarının mənəvi birliyinin önəmini bir daha təsdiqləyir 

16:01
29 İyun

Beynəlxalq konqresin iştirakçıları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər  

15:56
29 İyun

Beynəlxalq Türk Akademiyasının prezidenti: Türk əməkdaşlıq təşkilatlarının mexanizmləri yenilənməlidir  

15:53
29 İyun

Gürcüstan və Qazaxıstan XİN başçılarının görüşündə Orta Dəhlizin perspektivləri nəzərdən keçirilib  

15:43
29 İyun

AMEA-nın prezidenti: Ortaq əlifbanın tətbiqi türk xalqları arasında inteqrasiyanın daha da dərinləşməsi üçün mühüm zəmin yaradacaq  

15:39
29 İyun

Şahin Mustafayev: Birinci Türkoloji Qurultay Türk dünyasının elmi fikir tarixində dönüş nöqtəsidir  

15:36
29 İyun

Kremlin sözçüsü: Lukaşenko Putinə Zelenskinin mesajını çatdırmayıb

15:29
29 İyun

Baş Prokurorluq ilə İCMP arasında qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsinə dair razılıq əldə olunub  

15:23
29 İyun

Venesuelada humanitar böhran: 1,8 milyon insan kömək gözləyir

15:17
29 İyun

DMX-nin rəisi vətəndaşların müraciətlərini dinləyib

15:12
29 İyun

İsa Həbibbəyli: Birinci Türkoloji Qurultayın ideyaları XXI əsrdə yeni mərhələyə qədəm qoyur

15:07
29 İyun

Millət vəkili: Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması mühüm əhəmiyyət daşıyır

15:01
29 İyun

Sultan Raev: Türk dünyası geniş coğrafiyaya yayılmış böyük bir ailədir

14:57
29 İyun

Birinci Türkoloji Qurultayın yubileyi Türk dünyasının ortaq gələcəyinə xidmət edir

14:53
29 İyun

Ekspert: Türk dünyası gələcəyin qlobal güc mərkəzinə çevrilir

14:51
29 İyun

Qazaxıstan Prezidentinin müşaviri: Bakıdakı beynəlxalq tədbir Türk dünyasının birliyinə mühüm töhfə verəcək  

14:47
29 İyun

“Le Monde”: Fransadan Burkina-Fasodakı səfirliyini bağlamaq tələb olunur

14:41
29 İyun

Rusiya ordusunun Dneprə hücumu nəticəsində həlak olanlar və yaralılar var

14:39
29 İyun

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

14:32
29 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!