Qazaxda xalq şairi Məmməd Arazın poeziya günü keçirilib
Özünün fəlsəfi düşüncələri ilə bu dünyanın heç kimə məxsus olmadığını poeziyanın dili ilə deyən və buna görə insanları düzgün əməl sahibi olmağa çağıran xalq şairi Məmməd Araz poeziyası bütün dönəmlərdə aktual olub. Onun qələmindən çıxan hər kəlmə söz qədirbilən xalqın ürəyindən xəbər verib. O xalqın ki, şairin xatirəsinə həmişə ehtiram göstərib, onun adını uca tutur.
Üç ildir ki, şairin doğum günü ərəfəsində poeziya günləri keçirilir. Bu il poeziya günləri şairlər vətəni Qazaxdan start götürdü. Aprelin 20-də rayonda əsl təntənə yaşandı. Tanınmış şairlər, alimlər, eləcə də poeziya həvəskarlarının iştirakı ilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsinin ziyarəti ilə başladı. Abidə önünə gül dəstələri qoyuldu, dahi rəhbərə ehtiram nümayiş etdirildi. Sonra tədbir Gənclər Mərkəzində xalq şairinin öz ifasında səslənən şeirlə davam etdirildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə keçirilən poeziya gününü Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq Məmməd Arazın Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadı olmasından danışdı. Qeyd etdi ki, dərin məzmunlu, oxunaqlı şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. O, həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. “Məni şeirimdə gəz bir insan kimi, Qəlbimdə nə varsa onu demişəm. Anadan-bacıdan gizlətdiyimi Kağızdan, qələmdən gizlətməmişəm” deyən şair səmimi və zəngin yaradıcılığa malik olub. Onun sənət dünyasında vətən müqəddəsliyi, xalq və el məhəbbəti bədii yaradıcılığının mərkəzində dayanıb.
Rəcəb Babaşov onu da diqqətə çatdırdı ki, xalq şairi Məmməd Araz hələ sağlığında ulu öndər Heydər Əliyevin qayğısı ilə Azərbaycanın əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına layiq görülmüş, Dövlət mükafatı almış, “İstiqlal” ordeni ilə təltif olunmuşdur.
Sonra Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal Məmməd Araz yaradıcılığının və şeirlərinin Azərbaycan ədəbiyyatındakı rolundan, eləcə də şairin yaradıcılığında vətən sevgisindən, vətənpərvərlik mövzularında yazdığı əsərlərdən söz açmışdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Qardaşxan Əzizxanlı çıxış edərək Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə görə özünəməxsus yeri və mövqeyi olan Məmməd Arazın həyat və yaradıcılığından danışmış və qeyd edilmişdir ki, onun şeirlərinin hər sətrində, hər misrasında vətənə məhəbbət ifadə edilir. Onun fəlsəfi düşüncələrini əks etdirən bütün şeirləri vətənlə başlayıb, vətənlə bitir.
Sonra xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi ilə əlaqədar Qazax rayonunun Daş Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Sarıvəlli, Birinci Şıxlı, İkinci Şıxlı, Kommuna, Çaylı, Qazaxbəyli kənd, həmçinin şəhər orta məktəblərinin şagirdləri arasında keçirilən müsabiqənin qalibləri elan edilmişdir. Şagirdlər şairin yaradıcılığından nümunələr səsləndirdikdən sonra qaliblərə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis etdiyi diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Əməkdar artitslər Nuriyyə Hüseynova və İlkin Əhmədovun, eləcə də qazaxlı aşıqların ifasinda səslənən musiqi nömrələri tədbirə xoş ovqat qatmışdır.
Sabir ƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!