04 Fevral 2025 01:49
2049
Qanunlar
A- A+
"Qaz təchizatı haqqında", "Dövlət rüsumu haqqında", "İxrac nəzarəti haqqında", "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında", "Elektroenergetika haqqında" və "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Qaz təchizatı haqqında", "Dövlət rüsumu haqqında", "İxrac nəzarəti haqqında", "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında", "Elektroenergetika haqqında" və "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 563 (Cild I) 7-ci maddəsinə aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

"2-1. Bu maddənin 1-ci hissəsində göstərilən icazələrin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.".

Maddə 2. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187) aşağıdakı dəyişikliklər edilsin:

2.1.4-cü maddə üzrə:

2.1.1.4.3-cü maddənin birinci cümləsinə "rüsumları" sözündən sonra "e-bildiriş" əsasında" sözləri əlavə edilsin;

2.1.2.aşağıdakı məzmunda 4.3-1 - 4.3-3-cü maddələr əlavə edilsin:

"4.3-1. Dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün "e-bildiriş"in təqdim edilməsi, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsi, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulu və aidiyyəti üzrə baxılması, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarət və uçot müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilir. 

4.3-2. "e-bildiriş" dövlət rüsumu tutulan hər bir xidmət və hüquqi hərəkət üzrə elektron qaydada tərtib olunan, dövlət rüsumunun dövlət büdcəsinə daxilolmalarının təyinatı üzrə hesablanması və köçürülməsi üçün istifadə olunan və bu Qanunun 4.3-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə təqdim edilən sənəddir. "e-bildiriş"in tərtibi, tətbiqi və uçotu qaydaları, "e-bildiriş"in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

4.3-3. Bu Qanunun 20-3-cü maddəsində nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulur və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin orqanın xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.";

2.2.5.3-cü maddədə "20" rəqəmləri "10" rəqəmləri ilə əvəz edilsin;

2.3.aşağıdakı məzmunda 18.74-1-ci, 18.76-1-18.76-4-cü, 18.77-1-18.77-3-cü, 18.79-18.88-ci maddələr əlavə edilsin:

"18.74-1. Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi - 100 manat.";

"18.76-1. Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi - 150 manat.

18.76-2. Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi - 150 manat.

18.76-3. Elektrik enerjisinin paylanmasına icazənin verilməsi - 150 manat.

18.76-4. Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi - 150 manat.";

"18.77-1. Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.

18.77-2. Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.

18.77-3. Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.";

"18.79. "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi - 100 manat.

18.80. İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi - 100 manat.

18.81. Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi - 200 manat.

18.82. Qazın nəqli üçün icazənin verilməsi - 150 manat.

18.83. Qazın paylanmasına icazənin verilməsi - 50 manat.

18.84. Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi - 150 manat.

18.85. Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi - 100 manat.

18.86. Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi -150 manat.

18.87. Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi  - 150 manat.

18.88. Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi  - 150 manat.".

Maddə 3. "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 975 (Cild I) 9.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

"9.1. İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti bu Qanuna və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən xüsusi icazə əsasında həyata keçirilir. Xüsusi icazənin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.".

Maddə 4. "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 209 (Cild I) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. aşağıdakı məzmunda 7.1-1-ci maddə əlavə edilsin:

"7.1-1. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan şəhadətnamənin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.";

4.2. 7.4-cü maddədə "3 (üç)" sözləri "10 (on)" sözləri ilə əvəz edilsin.

Maddə 5. "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 623 (Cild I); 2024, № 1, maddə 17) 8-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 8.1.4-cü maddədə "istismarı" sözü "istismara buraxılması" sözləri ilə əvəz edilsin;

5.2. aşağıdakı məzmunda 8.2-1-ci maddə əlavə edilsin:

"8.2-1. Bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulan icazələrin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.".

Maddə 6. "Energetika haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1593 (Cild I) aşağıdakı məzmunda 4.1-1-ci maddə əlavə edilsin:

"4.1-1. Neft və qaz yataqlarının kəşfiyyatına, işlənməsinə və hasilatına, neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.".

Maddə 7. Bu Qanunun qüvvəyə minməsi

7.1. Bu Qanunun 7.2-ci maddəsi nəzərə alınmaqla, bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

7.2. Bu Qanunun 2.1-ci maddəsi "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 20-3-cü maddəsində nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsinə münasibətdə həmin Qanunun 4.3-3-cü maddəsində qeyd olunan qaydalarla eyni gündə, digər dövlət rüsumlarının ödənilməsinə münasibətdə isə 2025-ci il iyunun 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 dekabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
11 Mart

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:00
11 Mart

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
11 Mart

 “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:58
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:57
11 Mart

“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin təsdiq edilməsi haqqında

00:55
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:54
11 Mart

“Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında

00:53
11 Mart

Dövlət Departamentinin rəsmisi: Cənubi Qafqazda sülhün açarlarından biri TRIPP layihəsinin yaradılması idi  

00:35
11 Mart

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!