17 Fevral 2024 14:10
503
CƏMİYYƏT
A- A+
Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb

Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb

 

Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndində dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 32 il keçir.

Erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayıblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadınlar olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Kəndin 800 nəfərə yaxın sakini doğma yurdundan didərgin düşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndlilər “Yeni Qaradağlı” qəsəbəsində Qaradağlı faciəsinin ildönümü münasibətilə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qaradağlı kəndinin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran “Cənubi Pars” yatağında qaz hasilatını bərpa edib

16:57
31 May

Ağdamda “Qarabağ I Uşaq Kitab Festivalı”

16:39
31 May

Azərbaycan Hava Yollarının heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib

15:26
31 May

Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

14:57
31 May

İyunun ilk günündə gözlənilən hava proqnozu açıqlanıb YENİLƏNİB

14:47
31 May

İran son 24 saat ərzində Hörmüz boğazından 28 gəminin keçdiyini açıqlayıb

14:29
31 May

Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

14:19
31 May

Byörn Veqqe: Son otuz ildə Azərbaycanda keçirdiyim vaxtı nağıllar diyarına möhtəşəm səyahət hesab edirəm MÜSAHİBƏ 

14:04
31 May

İsrail ordusu Livanın cənubundakı Bofor qalası üzərində bayraq qaldırıb

12:56
31 May

Şahdağa qar yağıb - Faktiki hava

12:17
31 May

NATO rəsmisi: Alyans üzvləri zəruri şərait yaranarsa, Hörmüz boğazının açılmasına dəstək verə bilər  

11:16
31 May

Türkiyədə sərnişin avtobusunun yanması nəticəsində 8 nəfər ölüb, 33-ü yaralanıb

10:37
31 May

Media: ABŞ-nin pilotsuz uçuş aparatı İranın ərazi suları üzərində vurulub

10:23
31 May

Nigeriyada vəbadan ölənlərin sayı 37-yə çatıb

10:09
31 May

Donald Tramp: İran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb

09:42
31 May

Ebola virusunun yayılması ilə bağlı xəbərdarlıq edilib

09:26
31 May

Media: ABŞ dondurulmuş İran aktivlərinin 12 milyard dollarına çıxış vədi verib

09:08
31 May

Fransada baş verən iğtişaşlar zamanı saxlanılanların sayı 416-ya çatıb, yaralılar var

08:10
31 May

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub  

23:30
30 May

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

22:41
30 May

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!