Qarabağın şöhrət rəmzləri
Dövlət onları yaşatmağa böyük önəm verir
Ağdam deyəndə göz önünə cənnət misallı Qarabağ gəlir, qartalların qıy vurduğu başı qarlı uca dağlar, durnagözlü bulaqlar, qayalara çırpıla-çırpıla arana can atan dəli çaylar, nəğməkar şəlalələr, gül-çiçəkli yamaclar, yaşıl ormanlar... yada düşür.
Qarabağın sirli-sehrli, ecazkar təbiəti, ürəkaçan, könül oxşayan mənzərələri bu yerin övladlarının xarakterində də özünü açıq-aydın göstərir desək, yanılmarıq. Yaz buludu kimi bir anın içərisində dolub-boşalırlar. Təbiətdən gələn səxavətləri ilə seçilər, kasıba, imkansıza əl tutmaqdan zövq alar, çətinə-dara düşənin dadına çatmağı insanlıq borcu bilərlər. Cavanları dəli-dolu, ağsaqqalları müdrik və tədbirli olarlar. Hamısını birləşdirən bir ümumi cəhət var. Bu, qürur və özünə güvəndir. Heç zaman ehtiyacını, üzləşdiyi problemi başı üzərinə qaldırıb haray-həşir salmaz, evdə ailəsi, uşağı ac qalsa da, bir tikə çörək üçün qürurunu sındırıb kimsəyə əl açmaz. Bəlkə də eldə-obada işlədilən "ac ol, amma kişi ol” məsəli elə buradan qaynaqlanır.
Ümummilli lider Heydər Əliyevin Qarabağ, Ağdam haqqında illər öncə söylədiyi bir fikir bu gün də son dərəcə aktualdır: "Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz”. Ulu öndərin verdiyi bu yüksək dəyəri təkcə coğrafi yer anlamında qəbul etmək heç şübəhsiz yanlış olardı. Heydər Əliyev Qarabağı, Ağdamı təkcə füsunkar təbiətinə görə deyil, həm də vətən üçün, xalq üçün layiqli övladlarına görə yüksək qiymətləndirirdi.
Nankor qonşularımız öz ağalarının köməyi ilə illər öncə Qarabağı işğal etmiş, Ağdamı odlara qalayıb viran qoymuşdur. Ərazisinin dörddəüç hissəsi işğal olunmuş Ağdam rayonunun əhalisi respublikanın əksər bölgələrinə səpələnmiş, uzun illər ağır şəraitdə, çadırlarda, yük vaqonlarında yaşamalı olmuşlar. Prezidentlik fəaliyyətinə başlayarkən ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaqdır deyib, qarşıdakı hədəfləri açıqlayan İlham Əliyev sözünü tutub, qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün çox möhtəşəm tədbirlər gördü. Təkcə Ağdam rayonu ərazisində hər cür infrastruktura malik 18 yeni qəsəbə salındı.
Ölkənin ayrı-ayrı bölgələrində məskunlaşan ağdamlı məcburi köçkün ailələri həvəslə, dövlətə, Prezidentə minnətdarlıq hissi ilə doğma rayona, rahat, geniş və işqlı mənzillərə köçdülər. İndi Ağdam rayonu ərazisində yaşayan əhalinin sayı 90 min nəfərdən çoxdur.
Azərbaycanın özü qədər qədim olan Qarabağın əsrlər öncə formalaşmış özünəməxsus simvolları var. Bu tarixi-mədəni simvollar sırasında musiqi, xalçaçılıq və atçılıq Ağdam üçün xüsusilə xarakterikdir. Minnətdarlıq doğuran bir reallıqdır ki, Ağdama ünvanlanan dövlət qayğısında yuxarıda qeyd etdiyimiz bu üç məqama böyük önəm verilir. Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov söhbət zamanı deyir:
- Keçən il noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdama növbəti və tarixi bir səfəri gerçəkləşdirdilər. Minnətdarlıqla deyə bilərəm ki, Ağdam hər zaman dövlət qayğısının mərkəzində yer alıb. Amma bu tarixi səfəri fərqləndirən xüsusi özəlliklər var. Təbii ki, dövlət başçısının hər səfəri yaddaşlarda iz qoyur, bölgənin sosial-iqtisadi inkişafına güclü stimul verir. Hər bir rayon sakinində hədsiz razılıq doğurur ki, dövlət başçısı Ağdamın şöhrət simvollarını yaşatmaq, gələcək nəsillərə inkişaf etmiş dolğun bir forma və məzmunda çatdırmaq üçün necə misilsiz işlər görür. Ağdamın şöhrət simvollarından biri, bəlkə də birincisi musiqidir. Ağdam Azərbaycanın musiqi mədəniyyəti tarixinə zaman-zaman görkəmli sənətkarlar vermişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Quzanlıda milli memarlıq ənənələrini özündə əks etdirən möhtəşəm Muğam Mərkəzinin inşa edilib sənətsevərlərin istifadəsinə verilməsi Ağdamın mədəni həyatında son dərəcə əlamətdar bir hadisədir. Ağdamın, Qarabağın şöhrət simvolu olan atçılığın inkişafına artan dövlət qayğısı da xüsusi əhəmiyyət kəsb edir. Qarabağ atlarının şöhrəti hələ əsrlər öncə Avropanı fəth etmişdir. Təəssüf ki, Ermənistanın işğalçılıq siyasəti Ağdam atçılıq zavoduna da məcburi köçkünlük həyatı yaşatmışdır. Buna baxmayaraq, dövlətin böyük qayğısı sayəsində Qarabağ atçılığı indi yeni intibah dövrünü yaşayır. Dövlət başçısının imzaladığı sərəncamlar əsasında "Qarabağ Atçılıq Təsərrüfatı” MMC üçün 35,5 hektarlıq ərazidə müasir tələblərə cavab verən Qarabağ Atçılıq Kompleksi inşa edilmişdir.
Qarabağın şöhrət simvollarından danışarkən xalçaçılığı da unutmaq olmaz. Xalçaçılıq Azərbaycan milli mədəniyyətinin bariz nümunəsidir. Onun qorunub saxlanılması, inkişaf etdirilməsi üçün dövlət öz zəruri qayğısını əsirgəmir. Azərbaycan xalçaçılığında Qarabağ məktəbinin xüsusi yeri vardır. Dövlət başçısının təşəbbüsü ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialı tikilib istifadəyə verilmişdir. Burada 150 nəfərdən çox rayon sakini üçün yeni iş yeri açılmışdır.
Hər zaman dövlətinə, prezidentinə sədaqətli olan ağdamlılar Qarabağın tezliklə işğaldan azad ediləcəyinə birmənalı şəkildə inanırlar. Bu inam Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik siyasətdən, qətiyyətli və prinsipial mövqedən qaynaqlanır. Biz inanırıq ki, bu gün Ağdamın şöhrət simvollarını yaşatmaq üçün böyük işlər görən Prezident İlham Əliyev Ağdamı, bütöv Qarabağı işğaldan azad etməyə də nail olacaqdır. Azərbaycan əsgərinin yenilməz gücü, ordumuzun artan qüdrəti və xalqımızın dəstəyi ilə.
Vaqif Həsənov söhbətində yeni ildə qarşıda duran vəzifələrdən də ətraflı danışdı. Bu cəbhə bölgəsinin sakinləri dövlətin qayğısından güc alaraq istifadə etdikləri torpağın hər qarışından maksimum səmərə əldə etməyə çalışır, halal zəhmətləri ilə məhsul bolluğu yaratmağa nail olurlar. Keçən il taxıl, pambıq, barama, şəkər çuğunduru, bostan məhsulları, meyvə-tərəvəz, həmçinin heyvandarlıq məhsulları istehsalında yüksək göstəricilərə nail olunmuşdur. Kənd təsərrüfatında ənənəvi sahələrin inkişaf etdirilməsinə xüsusilə böyük önəm verilir.
2018-ci il ağdamlılar üçün son dərəcə əlamətdardır. Musiqi beşiyi olan Ağdamda Muğam Mərkəzi məhz keçən il istifadəyə verildi. Bu, bölgənin müğam sevərlərinə dövlətin misilsiz töhfəsi idi. Bu möhtəşəm sənət məbədindən pərvazlanan "Qarabağ şikəstəsi” yaralı könüllərə əvəzsiz təsəlli olmaqla yanaşı, işğal altındakı torpaqlarımızı azad etməyə, bu şərəfli məqsəd uğrunda mübarizədə hər kəsi bir bayraq altında birləşməyə alovlu çağırışdır.
İndi güclü və müasir maddi-texniki bazaya malik Qarabağ Atçılıq Kompleksinin imkanları müqayisəedilməz dərəcədə genişlənmişdir. Göstərilən qayğıdan, yaradılmış gözəl şəraitdən güc alan ağdamlılar Qarabağ at cinsinin şöhrətini daha da artırmaq üçün səy və bacarıqalrını əsirgəmir, əsl fədakarlıq nümunəsi göstərirlər.
Böyük sevinclə "Azərxalça” ASC-nin Ağdam filialında bir araya gələn qız-gəlinlərin toxuduğu xalçalar Qarabağın füsunkar təbiətini özündə əks etdirir. Heç şübhəsiz, bu xalçaların zəngin naxışlarında yurd həsrəti, vətən nisgili də öz bədii təcəssümünü tapacaqdır. Xalçaçı qızların əllərinin hərarəti, ürəklərinin istəyi ilə ərsəyə gələn, danışan naxışları, al-əlvan ilmələri ilə göz oxşayan Qarabağ xalçaları tezliklə dünya muzeylərinin nadir incilərinə çevriləcəkdir.
Keçən il ünvan tapan Qarabağ Muğam Mərkəzinə, xalça fabrikinə, Qarabağ Atçılıq Kompleksinə təkcə abadlıq, quruculuq istiqamətində qazanılan uğurların göstəricisi kimi baxmaq doğru olmazdı. Dövlət başçısının təşəbbüsü ilə gerçəkləşən bu möhtəşəm layihələr əslində, Qarabağın şöhrət simvollarını yaradıcılıqla yaşatmağa hesablanan müdrik siyasətin ifadəsidir.
Lazım QULİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!