Qan donorları dövlətin qiymətli xəzinəsi, qızıl fondudur
Doqquz ildir ki, Ümumdünya Səhiyyə Assambleyasının yekdil qərarı ilə hər il 14 iyun - Ümumdünya Qan Donoru Günü (ÜQDG) kimi qeyd olunur. Bu gün həm də insanlarda qan qruplarının kəşfinə görə Nobel mükafatı laureatı olmuş avstriyalı həkim-immunoloq Karl Landşteynerin doğum günüdür.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti, Beynəlxalq Qanköçürmə Cəmiyyəti və Beynəlxalq Qan Donorları Təşkilatı tərəfindən keçirilən ÜQDG könüllü, təmənnasız qan donorlarının şərəfinə qeyd olunur. Tədbirlərin əsas məqsədi dünya ictimaiyyətini təhlükəsiz qan və onun komponentlərinin zəruriliyi haqqında məlumatlandırmaq, həmçinin öz qanlarından başqalarının həyatının xilası naminə pay verən, ən ali bəşəri dəyərləri özündə əks etdirən comərd insanlara minnətdarlıq izhar etməkdir.
Hər il keçirilən bu tədbirlərdə BMT-nin üzvü olan 193 ölkə, 181 Milli Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri, 50 könüllü donor təşkilatları, bütün dünya ölkələrinin qanköçürmə üzrə çoxsaylı mütəxəssisləri iştirak edir.
Qan və onun komponentlərinin ehtiyat fondu nə qədər zəngin olarsa, bu, ehtiyac duyulduğu bütün ekstremal hallarda milyonlarla insanın ölümün pəncəsindən qurtularaq yenidən həyata qovuşması deməkdir.
Hər il dünyada qan donoru kimi qeydiyyatdan keçən təxminən 107 milyon nəfərin yarısı yüksək gəlirli inkişaf etmiş ölkələrin payına düşür. Dünya əhalisinin 15 faizinin yaşadığı cəmi 60 ölkə öz vətəndaşlarını qan ehtiyatı ilə 100 faiz təmin edir. Təəssüf ki, dünya əhalisinin əksəriyyətinin yaşadığı inkişaf etməkdə olan ölkələrdə isə kəskin donor çatışmazlığı müşahidə edilir.
"Dünya üçün yeni qan", "Hər bir qan donoru qəhrəmandır", "Həyat bağışlayın" kimi müxtəlif şüarlarla keçirilən Ümumdünya Qan Donoru Gününün builki şüarı isə belədir: "Anaların xilası üçün təhlükəsiz qan".
BMT-nin yeni məlumatlarına əsasən, ana ölümünün səviyyəsi 1990-cı illə müqayisədə 45 faiz azalmışdır. Belə ki, 1990-cı ildə ana ölümünün sayı 523 min nəfər olmuşdusa, 2013-cü ildə bu göstərici 289 min nəfərə enib. Hər gün dünyada 800-ə yaxın qadın hamiləlik və ya doğum zamanı baş verən ağırlaşmalardan həlak olur. ÜST-ün son tədqiqatlarının nəticələrinə görə, ana ölümlərinin 25 faizindən çoxunun səbəbi ağır dərəcəli kəskin qanaxmalardır.
Bugünkü tədbir çərçivəsində hər bir ölkə əhalisinin diqqətini bu problemə cəlb etmək niyyəti ilə simvolik olaraq "Dünyanı qırmızı rəngə boya" çağırışı altında informasiya vasitələrində, elmi müşavirələrdə, mərasimlərdə, aktual mövzu ilə bağlı olan nəşrlərdə, futbol oyunlarında, konsertlərdə qırmızı örtüklərdən və ya işıqlandırmadan istifadə ediləcək.
Dünya üzrə etibarlı qan ehtiyatı fondunu yalnız müntəzəm, könüllü və təmənnasız qan donorluğunun sayəsində yaratmaq olar. Nəcib və xeyirxah amala imza atan bu cür QAN donorları hər bir dövlətin qiymətli xəzinəsi, qızıl fondudur.
Ülviyyə QƏNBƏRLİ
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!