Prezident İlham Əliyev Bakının Xətai Rayon İcra Hakimiyyətinin binasında aparılan yenidənqurma işləri ilə tanış olub
Son illərdə Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən ölkədə dövlət idarəçiliyi sistemində yeni metodların tətbiqi daha da genişlənib. Bununla əlaqədar olaraq dövlət orqanlarında çalışan əməkdaşların iş şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Paytaxtın müxtəlif rayonlarının icra hakimiyyətləri üçün yeni binaların tikilməsi, mövcud olanlarda isə yenidənqurma işlərinin aparılması bu sırada mühüm yer tutur. Xətai Rayon İcra Hakimiyyətinin binasında aparılan təmir və yenidənqurma işləri də həm əməkdaşların əmək fəaliyyətinin yaxşılaşdırılmasına, digər tərəfdən də əhaliyə daha keyfiyyətli xidmətin göstərilməsinə təminat verir. Xətai Rayon İcra Hakimiyyətinin binasında yaradılan şərait bir faktı da təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. Müasir memarlıq üslubunda yenidən qurulan bina rayonun görkəminə də xüsusi gözəllik verir.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, bu inzibati bina 1979-cu ildə tikilib və o vaxtdan əsaslı təmir edilməmişdi. Beşmərtəbəli binada aparılan yenidənqurma işləri zamanı fasad tamamilə yenilənib. Əvvəllər ümumi sahəsi 2500 kvadratmetr olan binanın ərazisi genişləndirilərək 2875 kvadratmetrə çatdırılıb. Yenidənqurma işləri zamanı bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Girişdə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulub. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Xətai rayonunda keçirilən tədbirlərdə iştiraklarından hazırlanan fotostend qurulub.
Prezident İlham Əliyev vətəndaşların qəbulu otağında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, dövlət başçısının “elektron hökumət”in yaradılması barədə tapşırıqlarına uyğun olaraq, icra hakimiyyətinin elektron idarəetmə və məlumat bazasında vətəndaşların ərizə və şikayətlərinin elektron formada qəbulu da reallaşıb. Rayonun hər bir sakini icra hakimiyyətinin binasına gələrək bu sistem vasitəsilə elektron ərizə yaza və müvafiq şöbəyə göndərə bilər. Bununla yanaşı, vətəndaşlar bu sistemdən internetlə rayon icra hakimiyyətinin rəsmi saytına və ya bu bazaya daxil olaraq evlərindən birbaşa müraciət edə bilərlər. 220 yerlik konfrans zalında icra hakimiyyətinin və rayonla bağlı tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Burada işıq, səs və digər müasir sistemlər quraşdırılıb. Bundan əlavə, bütün lazımi avadanlıqla təchiz olunan yeməkxana da istifadəyə verilib. Yeni inzibati binada işçilərin normal fəaliyyəti üçün geniş və hərtərəfli imkanlar yaradılıb. Otaqların hamısı müasir avadanlıq və inventarla təchiz olunub.
Müasir memarlıq üslubunda yüksək zövqlə yenidən qurulan binanın interyerində paytaxtın qədim görüntülərini əks etdirən fotolar vurulub. Kiçik konfrans zalında müxtəlif toplantıların keçirilməsi üçün hər cür şərait var. Əlli yerlik müşavirə zalındakı şərait də ən müasir tələblərə cavab verir. Operativ idarəetmə mərkəzindən rayon ərazisində yerləşən bütün tikililər barədə məlumat almaq mümkündür. Xüsusi proqram rayondakı bütün mənzil-istismar sahələrinin ərazilərinin bölgüsünü aydın göstərir. İstehsalat qəzalarının, dağıntıların yaranması təhlükəsi baş verəcəyi təqdirdə mərkəzdə idarəetmənin, xəbərdarlığın və rabitənin təşkili sxemi də yaradılıb.
Binadakı şəraitlə tanış olan dövlətimizin başçısı daha sonra icra hakimiyyəti binasının qarşısında yaradılan parka baxdı.
Ötən ilin sonlarından başlayan təmir və yenidənqurma işləri zamanı ərazidə geniş yaşıllıq zolaqlarının salınmasına xüsusi fikir verilib. Bununla bağlı çoxlu dekorativ ağaclar əkilib. Burada yaxınlıqda yaşayan əhalinin istirahəti üçün bütün imkanlar yaradılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!