25 Aprel 2025 13:23
2621
Qəbullar
A- A+
Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib YENİLƏNİB  

Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib YENİLƏNİB  


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.

AZƏRTAC xəbər verir ki, Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd etdi.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan qonaq ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini dedi.

O, nəqliyyat bağlantıları mövzusuna toxunaraq, bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu dedi, Cənub Qaz Dəhlizinin 4 ildir fəaliyyət göstərərək Avropanın qaz təchizatında oynadığı əhəmiyyətli rola toxundu.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında uğurlu və səmərəli dialoqun mövcud olduğunu deyən dövlətimizin başçısı bərpaolunan enerji sahəsində də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirdi. Prezident İlham Əliyev bu xüsusda qeyd etdi ki, ölkəmiz Xəzərin Azərbaycan sektorunda zəngin külək enerji resurslarına malikdir. Dövlətimizin başçısı vurğuladı ki, eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan Transxəzər enerji dəhlizinin inkişaf etdirilməsində və Qara dəniz istiqamətində Gürcüstan, Rumıniya, Macarıstan, son dövrlərdə isə Bolqarıstanın da qoşulduğu layihələrin reallaşdırılmasında mühüm rol oynayır.

Azərbaycan Prezidenti bildirdi ki, ölkəmizlə Avropa İttifaqı arasında qazla yanaşı nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var.

Söhbət zamanı, həmçinin Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasına dair fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ikitərəfli əsasda addımların atıldığını və müzakirələrin aparıldığını qeyd etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibə Qafarova: Parlamentlərarası İttifaq qlobal idarəetmədə səslərimizin daha güclü eşidilməsində böyük rol oynayır  

22:29
16 Aprel

Nazir: Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və motivasiyasının artırılması prioritet məsələlərdəndir  

21:47
16 Aprel

Rusiyada axtarışda olan cinayətkar polisləri güllələyib

21:31
16 Aprel

İrandakı məktəblər distant təhsilə keçir

21:14
16 Aprel

Yeni tərcümə texnologiyası təqdim edilib  

21:04
16 Aprel

Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb

20:53
16 Aprel

Azərbaycana yeyinti məhsulları idxalı artıb

20:43
16 Aprel

ACE platformasından 2,1 milyon ton neft hasil edilib

20:36
16 Aprel

İnsanın qan təzyiqi riski içdiyi su ilə də bağlı ola bilər

20:24
16 Aprel

ABŞ-nin təyyarədaşıyan gəmisi son 50 ilin rekordunu qırıb

20:15
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

20:03
16 Aprel

Yaponiya Asiya ölkələrinə neft böhranı üçün 10 milyard dollar yardım ayırır

19:51
16 Aprel

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub  

19:48
16 Aprel

Çin iqtisadiyyatı sürətlə artır

19:42
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

19:34
16 Aprel

Daha bir təqsirləndirilən şəxs Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

19:31
16 Aprel

Hindistanda qadınlarla bağlı yeni qanun layihəsi 

19:24
16 Aprel

Azərbaycan ilə Qırğızıstan arasında mədəni əməkdaşlıq genişlənir

19:06
16 Aprel

Aleksey Overçuk regionda nəqliyyat-logistika infrastrukturunun inkişafını yüksək qiymətləndirib

19:01
16 Aprel

Şahin Mustafayev: Azərbaycan–Rusiya əməkdaşlığında əsas istiqamət nəqliyyat-logistikadır

19:01
16 Aprel

Bərdədə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baxış olub  

18:57
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!