20 Fevral 2023 18:17
595
CƏMİYYƏT
A- A+
Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstəkyönümlü 269 min xidmət göstərilib

Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstəkyönümlü 269 min xidmət göstərilib

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək tədbirləri davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan tədbirlər çərçivəsində həmin kateqoriyalara aid 122 min şəxsə sosial dəstəkyönümlü 269 min xidmət göstərilib. Postmüharibə dövründə 102 min şəxsə 114 min aylıq sosial ödəniş, 16,9 min şəxs üzrə birdəfəlik ödəmə təyin olunub, 3253 şəxsə sığorta ödənişi verilib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara, digər həssas qruplara yönələn sosial ödənişlər hər ilin əvvəlindən artırılıb. Həmin vətəndaşların mənzillə təminat proqramı 5 dəfə genişlənib və onlara 4 500 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 324 avtomobil təqdim edilib.

Bundan başqa şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min nəfərə 38,2 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 1813 şəxs 31 913 reabilitasiya vasitəsi, 400 nəfər 417 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib. Şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 16,9 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 9,6 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 75,3 min şəxsə xidmətlər göstərilib və s.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür 

11:58
12 Aprel

İran XİN: ABŞ ilə danışıqlarda iki və ya üç vacib məsələdə fikir ayrılığı olub  

10:28
12 Aprel

Pakistan XİN: ABŞ və İran arasında dialoq qurulmasında vasitəçiliyə davam edəcəyik  

09:04
12 Aprel

Vens: İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq

09:03
12 Aprel

İran XİN: ABŞ ilə danışıqlar Hörmüz boğazı və ölkənin nüvə proqramı ilə bağlı olub  

09:03
12 Aprel

İran ABŞ gəmilərinin Hörmüz boğazından keçməsi ilə bağlı xəbərləri təkzib edib  

09:01
12 Aprel

ABŞ–İran danışıqları nəticəsiz sona çatıb

09:00
12 Aprel

Xəzər dənizində zəlzələ olub

08:59
12 Aprel

Azərbaycanın pravoslavları Pasxa bayramını qeyd edirlər

08:57
12 Aprel

İraq parlamenti ölkənin yeni prezidentini seçib

08:54
12 Aprel

Türkiyə Prezidenti fransalı həmkarı ilə bölgədə sülh üçün diplomatik vasitələrin əhəmiyyətindən bəhs edib  

08:53
12 Aprel

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib

08:48
12 Aprel

Eleonora Sarkisyan: Dialoqun davam etdirilməsi Ermənistanın ilkin və əsas gözləntisidir

22:49
11 Aprel

Premyer Liqa: “Neftçi” vacib qələbə qazanıb

22:39
11 Aprel

Boris Navasardyan: Ümid edirik ki, Bakı və İrəvan arasında mövcud olan ziddiyyətlər aradan qaldırılacaq 

21:55
11 Aprel

Ermənistan Şurasının eksperti: Bu cür görüşlər davam etdirilməlidir 

21:14
11 Aprel

Türkiyənin vitse-prezidenti Zəngəzur dəhlizini strateji əhəmiyyətli marşrut hesab edir

21:01
11 Aprel

Zelenski: Rusiya əsirliyindən 175 hərbçi və 7 mülki şəxs qayıdıb

20:39
11 Aprel

“Sabah” - “Zirə” oyunu qollu heç-heçə ilə bitib

20:19
11 Aprel

“KamAZ” hədiyyə edilən balaca Ayazın atası: Doğma yurda qayıdış bizim üçün çox əlamətdar oldu VİDEO  

19:39
11 Aprel

Kəmalə Məmmədova: “Sülh Körpüsü” dialoqunun qurulmasında media mühüm rol oynayır 

19:33
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!