11 Aprel 2026 12:19
148
CƏMİYYƏT
A- A+
Qarabağ Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında əməkdaşlıq genişlənir  

Qarabağ Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında əməkdaşlıq genişlənir  


Aprelin 8-də Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) ilə mövcud əməkdaşlıq çərçivəsində Qarabağ Universitetində görüş keçirilib.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu əməkdaşlıq yalnız ayrı-ayrı tədbirlərin təşkili ilə məhdudlaşmır, eyni zamanda Qarabağ Universitetinin beynəlxalq elmi mühitə inteqrasiyası, akademik potensialının gücləndirilməsi və müasir ali təhsil standartlarına uyğun inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Tərəflər arasında əvvəlki görüşlərdə ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, müasir laboratoriyaların yaradılması, onlayn dərs və seminarların təşkili, xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin tədris prosesinə cəlb edilməsi, eləcə də birgə konfrans, forum və simpoziumların keçirilməsi kimi mühüm əməkdaşlıq istiqamətləri müəyyən edilib və bu istiqamətlər üzrə konkret fəaliyyət planı formalaşdırılıb.

Görüşdə DAAB-ın sədri, Almaniyada fəaliyyət göstərən azərbaycanlı riyaziyyatçı-alim, professor Məsud Əfəndiyev və birliyin üzvü, İsveçdə yerləşən Qoteborq Universitetinin professoru Səadət Kərimi iştirak ediblər.

Professor Məsud Əfəndiyev “Elmin populyarlaşdırılması” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə elmin cəmiyyətdə rolu, gənc tədqiqatçılar arasında elmi biliklərin təşviqi yolları, eləcə də universitetlərdə elmin təbliği mexanizmləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, müasir texnologiyaların imkanlarından istifadə etməklə elmi biliklərin daha geniş auditoriyaya çatdırılması məsələləri müzakirə olunub.

Daha sonra professor Səadət Kərimi “Ali təhsil pedaqogikası: müəllim peşəkarlığının nəzəri və praktik əsasları” mövzusunda seminar keçib. Seminarda ali təhsil müəssisələrində tədrisin səmərəliliyinin artırılması, pedaqoji innovasiyaların tətbiqi, eləcə də müəllimlərin müasir tədris metodlarından istifadə imkanları ilə bağlı praktik tövsiyələr təqdim olunub.

Bununla yanaşı, daha əvvəl Qarabağ Universitetinin Pedaqoji fakültəsi ilə birlikdə təşkil olunmuş təşkil olunmuş “Ali təhsil pedaqogikası” mövzusunda onlayn seminarı uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim edilib.

Tədbirin sonunda tərəflər əməkdaşlığın gələcək perspektivlərini müzakirə edərək birgə elmi layihələrin, seminar və təlim proqramlarının genişləndirilməsi istiqamətində razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İslamabadda ABŞ və İran arasında birbaşa danışıqların birinci mərhələsi başa çatıb

23:10
11 Aprel

Eleonora Sarkisyan: Dialoqun davam etdirilməsi Ermənistanın ilkin və əsas gözləntisidir

22:49
11 Aprel

Premyer Liqa: “Neftçi” vacib qələbə qazanıb

22:39
11 Aprel

Ermənistan Şurasının eksperti: Bu cür görüşlər davam etdirilməlidir 

21:14
11 Aprel

Türkiyənin vitse-prezidenti Zəngəzur dəhlizini strateji əhəmiyyətli marşrut hesab edir

21:01
11 Aprel

Zelenski: Rusiya əsirliyindən 175 hərbçi və 7 mülki şəxs qayıdıb

20:39
11 Aprel

“Sabah” - “Zirə” oyunu qollu heç-heçə ilə bitib

20:19
11 Aprel

“KamAZ” hədiyyə edilən balaca Ayazın atası: Doğma yurda qayıdış bizim üçün çox əlamətdar oldu VİDEO  

19:39
11 Aprel

Kəmalə Məmmədova: “Sülh Körpüsü” dialoqunun qurulmasında media mühüm rol oynayır 

19:33
11 Aprel

Erməni yazıçısı: Mediada nə qədər az aqressiya olarsa, sülh prosesi bir o qədər davamlı olacaq 

19:08
11 Aprel

Bu gün paytaxtda 550 küçə yuyulub

18:29
11 Aprel

Rumıniya Azərbaycanın dəstəyi ilə daxili yanacaq ehtiyatını qarşılaya biləcək  

18:17
11 Aprel

Areq Koçinyan: Atılan addımlar tərəflərin etimadı gücləndirmək istəyini nümayiş etdirir VİDEO

17:55
11 Aprel

Premyer Liqa: “Qarabağ” səfərdə xal itirib  

17:55
11 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:47
11 Aprel

Fərhad Məmmədov: Biz bu sınaqdan da kifayət qədər uğurla çıxdıq  

17:18
11 Aprel

Areq Koçinyan: Bu gün “Sülh Körpüsü” təşəbbüsünün dördüncü görüşünün keçirilməsi mühüm nailiyyətdir 

16:51
11 Aprel

Rusiya və Ukrayna əsir mübadiləsi aparıbla

16:23
11 Aprel

Qəbələdə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində növbəti görüş keçirilib

16:08
11 Aprel

Ukrayna Rusiyaya atəşkəsi uzatmağı təklif edib

15:51
11 Aprel

Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb  

15:43
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!