11 İyun 2024 16:10
574
DÜNYA
A- A+
Pompeydə mavi otaq tapılıb  

Pompeydə mavi otaq tapılıb  

 

Arxeoloqlar Vezuvi vulkanının püskürməsindən sonra vulkanik qaya və kül altında 2000 il qorunmuş qədim Pompey şəhərində yeni kəşf ediblər.

AZƏRTAC Pompey qazıntılarının rəsmi elektron jurnalına istinadla xəbər verir ki, tədqiqatçılar şəhərin mərkəzi hissəsində qazılmış yeni otaq haqqında ətraflı məlumat dərc ediblər. Otaq mavi rəngə boyanıb, “sacrarium” (məbəd ayinləri) fəaliyyətlərinə və müqəddəs əşyaların saxlanmasına həsr olunmuş ziyarətgah kimi təqdim edilib. Mütəxəssislər qeyd edirlər ki, mavi rəng Pompey freskalarında nadir hallarda rast gəlinir və adətən nəfis şəkildə bəzədilmiş otaqlar üçün istifadə olunurdu.

Qazıntılar zamanı kompleksin bütün ərazisində tikinti işləri aparılarkən burada saxlanılan ev ləvazimatları, on beş amfora, həmçinin iki dayaq və iki çıraqdan ibarət tunc əşyalar dəsti aşkar edilib. Burada çoxlu miqdarda tikinti materialları da tapılıb, habelə astanada suvaq və məhlula əlavə edilmək üçün incə üyüdülmüş balıqqulağı qabıqları qalaqlanıb.

İtaliyanın mədəniyyət naziri Gennaro Sangiuliano Pompeyi ziyarət edib və arxeoloji sahəni hələ də qismən tədqiq edilməmiş bir xəzinə sandığı adlandırıb. Bu barədə CNN telekanalı xəbər verir.

Eramızın I əsrinə qədər Pompey İtaliyanın cənub-qərb sahilində 10.000 ilə 20.000 arasında əhalisi olan səs-küylü dənizkənarı Qədim Roma şəhəri idi. Yaxınlıqdakı Vezuvi dağında vulkan eramızın 79-cu ilinin sonlarında püskürməyə başladı və şəhərin üzərinə alovlu süxurlar və isti zəhərli qazlar töküldü. Tarixçilər daha əvvəl bu fəlakətin avqustun 24-də baş verdiyini desələr də, son araşdırmalar onun bir neçə ay sonra baş verdiyini ehtimal edir. Bəzi sakinlər qaçaraq sağ qalıb, lakin 2000-ə yaxın Pompey sakini ölüb.

Vulkan püskürməsi, həmçinin Herkulanum da daxil olmaqla, yaxınlıqdakı digər kənd və şəhərlərə də təsir edib. Ümumilikdə, 16.000-ə qədər insanın öldüyü güman edilir.

Pompey yüz illər boyu vulkan örtüyü altında basdırılmış vəziyyətdə qalıb və XVI əsrin sonlarında yenidən kəşf edilib. O vaxtdan bəri tədqiqatçılar bu əraziyə valeh olublar. Şəhər 1997-ci ildən UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxildir, dünyanın hər yerindən arxeoloqları və səyahətçiləri qəbul etməyə davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət satınalmalarında rəqəmsal müqavilə prosesi

18:43
18 May

Azərbaycanın xarici ticarət dövriyyəsi 17,4 milyard dolları ötüb

18:32
18 May

Azərbaycana 4 ayda 21 mindən çox avtomobil idxal olunub

18:21
18 May

Zimbabvenin Vitse-prezidenti: Gözəl və tarixi Bakı şəhərində səmimiyyətlə qarşılanmışıq

18:18
18 May

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib Prezident İlham Əliyev çıxış edib YENİLƏNİB

18:17
18 May

Sürprizlər, etirazlar və boykotlarla yadda qalan “Eurovison – 2026”  

18:14
18 May

Azərbaycandan Ermənistana ixrac 9,6 milyon dolları ötüb

18:06
18 May

Səudiyyə Ərəbistanının bələdiyyələr və mənzil naziri: Azərbaycanın şəhərsalma sahəsindəki inkişafını yüksək qiymətləndiririk

18:02
18 May

“EFES-2026” təlimində gəminin ələ keçirilməsi tapşırığı uğurla icra edilib

18:02
18 May

WUF13-ün iştirakçıları “ASAN xidmət”də

18:01
18 May

Liviya Prezident Şurasının Sədri: Bakı ənənə ilə müasirliyin gözəl qarışığının nümunəsidir

18:00
18 May

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

17:59
18 May

Esvatini Kralı: WUF13-ün mövzusu dövrümüzün ən mühüm məsuliyyətlərini özündə əks etdirir

17:58
18 May

Türkiyə rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar

17:45
18 May

Mavriki Respublikasının Prezidenti: WUF13 təcrübələrin paylaşılması üçün gözəl fürsətdir

17:43
18 May

WUF13 çərçivəsində Latın Amerikası və Karib hövzəsinin MINURVI sessiyası keçirilir

17:42
18 May

XTQ-nin bölmələrində inspeksiya yoxlaması təşkil olunub

17:41
18 May

XRİTDX rəsmisi: WUF13-də “ağıllı şəhər”lərin kibertəhdidlərdən qorunması formaları nümayiş etdirilir

17:40
18 May

Bəhreynli nazir: Ölkəmiz Azərbaycanla işgüzar əlaqələr qurmaq niyyətindədir

17:38
18 May

Keniya Prezidenti: BMT-nin öz mövcudluğunu davam etdirməsi üçün islahatların aparılması mütləqdir

17:38
18 May

Nigeriyalı mütəxəssis: WUF13-də iştirak bizə yalnız nəzəri biliklər deyil, həm də praktik təcrübələr əldə etmək imkanı verir

17:37
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!