29 Mart 2023 01:12
2250
Mədəniyyət
A- A+
Pedaqoq, ictimai xadim Sara xanım Vəzirova

Pedaqoq, ictimai xadim Sara xanım Vəzirova

 

Azərbaycanın təhsil tarixində böyük xidmətləri olmuş, lakin haqqında geniş məlumatlar verilməyən müsəlman qadın pedaqoqlardan biri də Sara xanım Vəzirovadır. Bu qadın-pedaqoq görkəmli yazıçı, Azərbaycan dramaturgiyasının və milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu olmuş Nəcəf bəy Fətəlibəy oğlu Vəzirovun qızıdır. 
N.Vəzirov 1878-ci ilin iyun ayında Petrovski-Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirdikdən sonra təyinatla Qafqaza göndərilmiş və Yelizavetpol quberniyasının Tərtər nahiyyəsinə üçüncü dərəcəli meşəbəyi təyin edilmişdir. Nəcəf bəy 1880-ci ilin iyul ayına qədər burada çalışmış, sonra isə vəzifəsi böyüdülərək ikinci dərəcəli meşəbəyi qismində İrəvan quberniyasının Dilican nahiyyəsinə təyin olunmuşdur. O, 1887-ci ilədək İrəvan quberniyasının Dilican nahiyyəsində yaşamış və çalışmışdır. 
Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin Bakı Şəhər İdarəsi fondunun arxiv sənədlərindən əldə etdiyimiz məlumatlara görə, Sara xanım Nəcəf bəy qızı Vəzirova 5 mart 1887-ci ildə anadan olmuşdur. İnternetdə dərc olunan bəzi məlumatlarda onun 1889-cu ildə dünyaya gəldiyi qeyd olunur. Lakin hər bir məqalə tarixi mənbələr əsasında yazıldığı üçün arxiv sənədlərindəki məlumatların daha etibarlı olduğu məqbul sayılır. Odur ki, Sara xanımın doğum tarixinin 05.03.1887-ci il kimi qəbul edilməsi daha düzgündür. 
Sabir Məmmədovun 1960-cı ildə nəşr  edilmiş " Azərbaycanın  maarifpərvər qadınları" adlı kitabına istinad edərək Sara xanım Vəzirovanın İrəvan quberniyasının Dilican kəndində dünyaya gəldiyini qeyd etmək mümkündür. Çünki həmin dövrdə Nəcəf bəy Vəzirovun ailəsi məhz İrəvan quberniyasının  Dilican kəndində yaşamışdır. Nəcəf bəyin üç övladı - bir oğlu Şamil, həmçinin Sara və Sürəyya adlı iki qız övladı olmuşdur.
Ailə 1895-ci ildə Bakıya köçmüş və  onun qızları  Sara və Sürəyya təhsillərini Bakı şəhərində Müqəddəs Nina qadınlar məktəbində almışdılar. Sara xanım həmin məktəbin əlavə VIII sinfini bitirdikdən sonra müəllim adına layıq görülərək 16 sentyabr 1907-ci ildən 1909-cu il iyunun 1-dək İmperatriça Aleksandra rus-müsəlman qız məktəbində işləmişdir. O, xeyli müddət bu məktəbdə müəllim olaraq fəaliyyət göstərdikdən sonra Bakı 2-ci rus-tatar qızlar məktəbinin müdiri vəzifəsinə təyin edilmişdir.
 Bakı Şəhər Duması nəzdindəki Məktəb komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.S.Tixorjevskiyə unvanladığı 21 sentyabr  1910-cu il tarixli 1038 saylı məktubunda qeyd edilirdi: "Zati-ali, hörmətlə sizə bildirmək istəyirəm ki, 2-ci rus-tatar qız məktəbinin müdiri vəzifəsinə 1907-ci ildə Bakı Müqəddəs Nina qadınlar məktəbinin 8-ci sinif  kursunu bitirmiş Sara xanım Nəcəf bəy qızı Vəzirova seçilmişdir. Əgər buna etirazınız vardırsa, bildirməyinizi xahiş edirəm.
Bununla yanaşı, Sara xanım Nəcəf bəy qızı Vəzirovanın Bakı Müqəddəs Nina qadınlar məktəbinin 8-ci sinfini bitirdiyi haqqında attestatını da sizə göndərirəm".
Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəbləri Direktorluğunun 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyev Bakı Şəhər Duması  nəzdindəki Məktəb komissiyasının sədrinə  ünvanladığı 22 sentyabr 1910-cu il tarixli məktubunda qeyd edirdi: "Sizin 21 sentyabr  1910-cü il tarixli, 1038  saylı  məktubunuza cavab olaraq bildirirəm ki, Sara xanım Nəcəf bəy qızı  Vəzirova Bakı  şəhəri, 2-ci qadın rus-tatar məktəbinə mənim tərəfimdən müdir təyin edilmişdir".
Xalq Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyevin Bakı  Müqəddəs Nina qadınlar məktəbinin 8-ci sinfinin məzunu Sara xanım Nəcəf bəy qızı Vəzirovaya  ünvanladığı 25 sentyabr 1910-cu il tarixli 3267 saylı məktubda bildirilirdi ki, o, Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəbləri Direksiyasının rəhbərinin razılığı ilə 20 sentyabr 1910-cu il tarixdən etibarən Bakı 2-ci rus-tatar qız məktəbinə müdir təyin edilmişdir. 
Sara xanım Vəzirova ziyalı qadın olaraq ictimai həyatda da aktiv fəaliyyət  göstərmişdir. O, Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin qadın təhsili uğrunda apardığı mübarizədə yaxından iştirak etmişdir. Sara xanım müdir olduğu məktəbə 100 nəfərə yaxın müsəlman qız toplayaraq onları məktəb və təhsilə cəlb edə bilmişdir. Görkəmli təhsil fədaisi 1920-ci ildən sonra da bir müddət pedaqoji fəaliyyətini davam etdirmiş, sonrakı vaxtlarda isə kitabxanaçı kimi  işləmişdir. 
Sara xanım Vəzirova 1894-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin rəisi olmuş Şeyxülislam Əbdüssalam Axundzadənin oğlu  Rəşid bəy Axundzadə ilə ailə həyatı qurmuşdur və Axundzadə soyadını qəbul etmişdir. Ona görə də onun soyadı arxiv sənədlərində artıq Vəzirova  deyil, Axundzadə kimi qeyd edilmişdir. 
Rəşid bəy 1880-ci il martın 28-də Salyanda nüfuzlu ruhani Şeyxülislam Əbdüssalam Axundzadənin ailəsində anadan olmuşdur. 1912-ci ildə Kiyev Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rəşid bəy Axundzadə Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından idi və parlamentin tərkibinə daxil olmuşdu. 1918-ci il noyabrın 30-da Cavad Qəzası Müsəlman Milli Komitəsi  Salyan şəhərində Azərbaycan  Xalq Cümhuriyyəti Parlamentinə üzvlük üçün seçkilər keçirmişdi. Həmin seçkilərin nəticəsinə uyğun olaraq səsvermə hüquqlu 11 nəfərdən 8-nin səsi ilə texnoloq-mühəndis Baxış bəy Rüstəmbəyov Salyan şəhərindən, 11-nin səsi ilə vəkil Rəşid bəy Axundzadə Cavad qəzasından parlamentə  üzv seçilmişdilər. Rəşid bəy Axundzadə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 5 fevral 1919-cu il tarixli qərarı ilə Bakı qubernatoru təyin edilmişdir. Sara xanım və Rəşid bəyin üç qız övladı vardı. Azərbaycanın 1920-ci il aprelin 28-də baş vermiş işğalından sonra Rəşid bəy keçmişinə görə təqiblərə məruz qalmışdır. O, 1937-ci ildə həbs edilərək sürgünə göndərilmiş və 1940-cı ildə sürgün yerində həlak olmuşdur.
Sara xanım Vəzirova isə 1961-ci ildə vəfat etmişdir.
Azərbaycanda təhsil və məktəb işinin inkişafında böyük rolu olmuş hər bir müəllim və pedaqoq bü gün də sonsuz hörmət və ehtiramla yad edilir. Onların pedaqoji fəaliyyəti unudulmur və öyrənilərək  təbliğ olunur.

Rafiq SƏFƏROV,
Milli Arxiv İdarəsinin baş məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçirilir

21:26
03 Avqust

Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub

21:19
03 Avqust

Nazirlik: Çimərlik mövsümü başlayandan indiyədək 40 nəfərin meyiti suda tapılıb, 55 nəfər xilas edilib

21:12
03 Avqust

Kubanda PUA hücumu nəticəsində həlak olanların sayı altıya çatıb

21:05
03 Avqust

Azərbaycanda avtonom yerüstü nəqliyyat vasitələrinin tətbiqi üçün hüquqi baza yaradılır

20:58
03 Avqust

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə strateji qərarların qəbulu prosesində prioritetlərə dair fikir mübadiləsi aparılıb

20:51
03 Avqust

Lənkəranda açıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir

20:44
03 Avqust

Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı açıqlanıb

20:37
03 Avqust

Elçin Əfəndiyevin qəbirüstü abidəsinin müəllifi: Onun siması daim gözümün önündə olub

20:30
03 Avqust

Estoniya səfiri: Ölkəmiz Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verir

20:23
03 Avqust

Bakı Qızlar Universiteti tələbələrinin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı tədbirlərə başlanılıb

20:16
03 Avqust

Azərbaycan velosipedçisi beynəlxalq turnirdə medal qazanıb

20:09
03 Avqust

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

20:02
03 Avqust

Kəlbəcərdə vandalizmə məruz qalmış qəbiristanlıqların vəziyyəti nəzərdən keçirilib

19:55
03 Avqust

“Heydər Əliyev məktəbi” layihəsinin iştirakçıları Qarabağda olublar

19:48
03 Avqust

İyulda Bakıda orta aylıq temperatur iqlim normasından yuxarı olub

19:41
03 Avqust

“Qarabağ”ın akademiyasına Afrikadan 3 futbolçu cəlb olunur

19:34
03 Avqust

Qazaxıstanlı analitik: Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid məkanın formalaşmasına mühüm töhfə verir  

19:27
03 Avqust

Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasının həmrəyliyini gücləndirən yeni strateji mərhələdir 

19:20
03 Avqust

Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum olub  

19:13
03 Avqust

Pediatr: Ana südü körpənin inkişafına təsir göstərən mürəkkəb bioloji və genetik informasiya daşıyıcısıdır  

19:06
03 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!