18 Aprel 2024 09:30
151
SİYASƏT
A- A+

Paşinyanın komandası parçalanır

 

Hayastan yenə regional təcrid vəziyyətindədir

 

Sonuncu Brüssel görüşü bir daha nümayiş etdirdi ki, Hayastan iqtidarı bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atmaqda davam edəcək. 
Buna paralel olaraq daha çox narahatlıq doğuranı anti-Rusiya əhvali-ruhiyyəli kadrlara yüksək vəzifələrin verilməsi və ölkədə Rusiyanın dayaqlarının laxladılmasıdır. Hər iki məqamla bağlı Rusiya tərəfi bir neçə dəfə mövqeyini bildirib və N.Paşinyan hakimiyyətinə xəbərdarlıq edib. Buna baxmayaraq, N.Paşinyan Kremlə tərs gələn siyasətini davam etdirməkdədir.
Hayastanın "Alternativ layihələr" qrupunun üzvü, erməni ekspert Vahe Hovhannisyan bildirib ki, bu gün ölkə tribuna qarşısında aciz vəziyyətdə dayanıb və nə edəcəyini bilmir. Onun sözlərinə görə, Qərblə Rusiya arasında münaqişənin mərkəzinə Hayastanı qoyublar və İrəvanı inandırırlar ki, çıxış yolu yoxdur. Çox çətin vəziyyətdir, lakin həlli yolları var: "Hələ yanvar ayında Ermənistanın əslində BRICS (beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrup) ilə sərhədə çevrilməsi (İran yanvarın 1-dən BRICS-in üzvüdür), bunun ciddi iqtisadi imkanlar açması haqqında məqalə dərc etmişəm. Bu bizə son dərəcə təhlükəli "Rusiya, yoxsa Qərb?" seçimindən çıxmağa imkan verə bilər. Bu tələdən çıxmaq, həm Rusiya, həm də Qərblə real gündəmlə münasibətlər qurmaq lazımdır. Brüssel ziyarətinin ən təhlükəli nəticəsi Hayastanın özünü yenə regional təcrid vəziyyətinə salması oldu". 
Bu arada "Freedom House" beynəlxalq insan haqları təşkilatının illik hesabatında Hayastanla bağlı məqamlar xüsusi diqqət çəkib. Hayastanın keçmiş ədliyyə naziri, hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü Karen Andreayanın Ali Məhkəmə Şurasının rəhbəri olduğu dövr bəzi hakimlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı qalmaqallı qərarlarla yadda qalıb. Bildirilib ki, Ermənistanda hakimlərə qarşı intizam tədbirləri və ya digər tədbirlər xüsusi narahatlıq doğurur. Hesabatda həbslərə toxunulur və vurğulanır ki, müxalif siyasi xadimlər, fəallar və hüquqşünaslar cəza tədbiri kimi həbs qətimkan tədbiri seçilməsinin davam etdirilməsindən şikayətlənirlər. Hayastan 2021-ci ildən ev dustaqlığı və işdən çıxarılma kimi alternativ qabaqlayıcı tədbirlər tətbiq etsə də, ilkin həbs ən çox yayılmış təcrübə olaraq qalır və bir sıra müxalifətçilərə şamil edilir.
"Joqovurd" qəzeti yazıb ki, Hayastanın hakim "Vətəndaş Müqaviləsi" partiyasında baş nazir Nikol Paşinyanın anti-Rusiya siyasəti ilə bağlı dərin, lakin səssiz fikir ayrılığı var, bu da siyasi təşkilatda parçalanmaya yol aça bilər. Bildirilib ki, partiya üzvləri bir-biri ilə söhbətlərində Paşinyanı və onun anti-Rusiya siyasətini tənqid edirlər, amma bu fikirləri qətiyyən ucadan səsləndirmirlər. Məlumata görə, Nikol Paşinyan "Vətəndaş Müqaviləsi" partiyasının son iclasında üzvlərə fəal şəkildə anti-Rusiya arqumentini irəli sürməyi və keçmiş idarəçilərin Rusiyanın köməyi ilə hakimiyyətə qayıtmaq istəyini ictimaiyyətə bildirməyi tapşırıb.
Qəzetdə qeyd olunub ki, anti-Rusiya əhvali-ruhiyyəsinin ardıcıl olaraq dərinləşməsi partiya içərisində parçalanmaya səbəb ola bilər, çünki siyasi təşkilatın üzvlərinin özləri bu istiqamətdə həyəcan təbili çalırlar.
İndi Hayastanda belə hesab olunur ki, mövcud problemlərin meydana gəlməsi və dərinləşməsində Paşinyan iqtidarının yarıtmaz siyasəti əsas rol oynayır. Bu isə o deməkdir ki, İrəvanı qarşıdakı dövr ərzində ağır günlər gözləyir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video