13 May 2025 08:30
640
SİYASƏT
A- A+
Paşinyanın Koçaryan-Sarkisyan müttəfiqliyi ilə devrilməsi ehtimalı yoxdur

Paşinyanın Koçaryan-Sarkisyan müttəfiqliyi ilə devrilməsi ehtimalı yoxdur


"Nikol Paşinyanın küçə hərəkatları ilə devrilməsi ehtimalı hazırkı dövr üçün real görünmür. Əgər belə bir ehtimal olarsa, bu məsələ daha çox Qərblə Nikol Paşinyan münasibətlərinin dinamikası ilə izah edilməlidir".

Bu sözləri qəzetimizə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov deyib. O bildirib ki, Nikol Paşinyan Qərbin ona qoyduğu tələb və şərtlər əsasında siyasət yürüdə bilmir. Ermənistan artıq Azərbaycanın sülh gündəmindəki tələblərin əsirinə çevrilib ki, bu da regionda Azərbaycan-Türkiyə strateji birliyinin dinamikasını gücləndirir. "Nikol Paşinyanın sülh gündəliyindəki mövqeyi Rusiyanın maraqları ilə dərin ziddiyyət təşkil etmir. Bununla belə, Rusiya üçün də Paşinyana yanaşmada ehtiyatlılıq dərəcələri qalmaqdadır. Deməli, nəticə olaraq, Paşinyanın devrilməsi son nəticədə Rusiya-Qərb sövdələşməsi ilə müəyyənləşə bilər. Hələlik isə Ermənistanda Rusiyameyilli qüvvələrlə Qərbə inteqrasiya tərəfdarları arasında rəqabət qızışır. Lakin Rusiyanın Ermənistandakı siyasi təsir rıçaqları zəifləyib, Moskva Paşinyana müxalif qüvvələrin mərkəzləşdirilməsini və onun böyük elektorat qazanmasını təşkil edə bilmir", - deyə ekspert əlavə edib.

Ekspert qeyd edib ki, üstəlik, Rusiya ilə yanaşı, Robert Koçaryanı və Serj Sarkisyanı Qərb də gizli dəstəkləyir. Nikol Paşinyanın necə devrilməsi ilə bağlı Koçaryanla Sarkisyan arasında böyüyən fikir ayrılıqları daha çox Rusiya-Qərb mübarizəsinin əlamətləri ilə əlaqədardır. Eyni zamanda Nikol Paşinyanın Koçaryan-Sarkisyan mümkün müttəfiqliyi ilə devrilməsi ehtimalları yoxdur, çünki erməni ictimaiyyətində onlara qarşı dərin bir nifrət var. Digər keçmiş prezident Levon Ter-Petrosyanın da elektorat cəhətdən ciddi problemləri var. Buna görə də, Paşinyanın hakimiyyətdən getməsi sabiqlərə ediləcək yatırımlar hesabına baş tutmayacaq. 

A.Kərimov vurğulayıb ki, belə bir variant varsa, yeni kadrın elə Ermənistan hakimiyyətinin öz daxilində hazırlanacağı ehtimal olunur: Ancaq Paşinyanın iqtidardan uzaqlaşdırılması ehtimalları zəif olaraq qalmaqdadır. Səbəbindən asılı olmayaraq, siyasi qüvvələr nisbətində Rusiyanın Qərbə uduzduğu görünməkdədir. Lakin Moskvanın Ermənistanda hərbi və iqtisadi portfeli doludur ki, bu da İrəvana təzyiq aləti kimi tətbiq olunur".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavəndin Xanoba kəndinə ilk köç yola salınıb

11:52
14 Mart

Bakı Qlobal Forumu: “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” - YENİLƏNİB  

11:51
14 Mart

Komitə sədri: Şəhərləşmə və mənzil problemləri qlobal dinamika ilə sıx bağlıdır  

11:49
14 Mart

Misli Premyer Liqasında XXIV tura iki oyunla start verilib

11:18
14 Mart

BMT-nin Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti: Əminəm ki, WUF13 böyük uğurla keçiriləcək  

11:11
14 Mart

“Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” kitabının təqdimatı olub  

11:07
14 Mart

Baş prokuror tələbələrə rəqəmsallaşma şəraitində sübut anlayışının transformasiyasından danışıb  

10:48
14 Mart

Bakıda keçirilən NATO-nun kursunda müxtəlif nəzəri və praktiki çalışmalar icra olunub  

10:36
14 Mart

Anar Quliyev: WUF13 mənzil və şəhərsalma məsələlərinin qlobal müzakirəsinə yeni imkanlar yaradacaq

10:28
14 Mart

Bakı Olimpiya Stadionu WUF13 çərçivəsində 40 əsas sessiyaya ev sahibliyi edəcək

10:19
14 Mart

Anaklaudia Rosbax: Dünyada 3 milyard insan qeyri-uyğun yaşayış şəraitində yaşayır  

10:12
14 Mart

UN-Habitat-ın rəhbəri: Şəhərlərin üzləşdiyi çağırışların ictimaiyyətə çatdırılması vacibdir 

10:01
14 Mart

ABŞ İranda əməliyyat başlayandan bəri 13 hərbçisini itirib

09:48
14 Mart

Əbdüləziz Kamilov: Özbəkistan və Azərbaycan yeni geoiqtisadi məkan formalaşdırır

09:46
14 Mart

Azərbaycan neftinin qiyməti 109 dolları ötüb

09:43
14 Mart

Azərbaycanın qadın güləşçisi Avropa ikincisi olub  

09:31
14 Mart

Bilmək istəyirəm

09:15
14 Mart

"Qayıt, sahmana sal bu kainatı!"

09:10
14 Mart

"Vətən pənahında yaxşı ki, varam!"

09:05
14 Mart

Azərbaycan memarlıq ənənələri - müasir çağırışlar

09:00
14 Mart

Bu günlər iməciliklərdə hamılıqla iştirak edirik

08:55
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!