Paşinyanın öz komandası da ona etimad göstərmir
Ermənistanın müharibədə məğlubiyyəti, eləcə də ölkənin sosial-iqtisadi vəziyyətinin daha da ağırlaşması baş nazir N.Paşinyanın reytinqini aşağı salıb. Hətta öz komandasının üzvləri belə artıq ona etimad göstərmirlər. Elə buna görə də Paşinyan qeyri-sabit daxili siyasi vəziyyətin uzun sürə bilməyəcəyini başa düşərək "Mənim addımım” fraksiyasından olan bir qrup deputatla görüşü zamanı etimad referendumunun keçirilməsi məsələsini müzakirə edib.
"4rd.am” saytının yazdığı xəbərə görə, referendumda ictimai qarşıdurmanı aradan qaldırmaq üçün bir vasitə olaraq baş nazirə etimad məsələsi gündəmə gətiriləcək. Lakin Paşinyanın tərəfdarları referendumun uğursuz ola biləcəyindən ehtiyat etdikləri üçün əvəzində erkən parlament seçkilərinin qısa müddətdə keçirilməsini təklif edirlər. Sayt yazır ki, ölkədə daxili siyasi gərginlik səngiməsə, seçkilərin bir neçə aya keçirilməsi mümkündür. Vəziyyət sabitləşərsə, seçkilər başqa tarixdə keçirilə bilər.
Məhz belə vəziyyətdə iqtisadi problemlər içində boğulan Ermənistan əhalisi Paşinyan hökumətinə etibar etmir. Xüsusilə müharibədə məğlubiyyət Ermənistanda kütləvi narazılığı daha da artırıb. Paşinyana qarşı çıxanların sayının sürətlə artdığı müşahidə edilib.
Elə bu günlərdə keçirilən rəy sorğusu da baş nazirin nüfuzunun daha sürətlə aşağı düşdüyünü növbəti dəfə göstərib.
Gallup Beynəlxalq Assosiasiyasının Ermənistandakı ofisinin nümayəndəsi Aram Navasardiyan bildirib ki, Ermənistan vətəndaşlarının təxminən 50 faizi baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Vurğulayıb ki, respondentlərin 45,3 faizi Paşinyanın istefasını dəstəkləyib, 37,8 faizi onun vəzifəsini davam etdirməli olduğunu bildirib, 16,9 faizi cavab verməkdə çətinlik çəkib.
Navasardiyanın sözlərinə görə, respondentlərin 28,8 faizi birmənalı olaraq ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir. 16,9 faizi isə buna kifayət qədər ehtiyac olduğunu bildirib. Bundan əlavə, anket iştirakçılarının 14,3 faizi erkən seçkilərin lazımsız olduğuna inanır və 27,2 faizi birmənalı olaraq erkən seçkilərin keçirilməsinə qarşı çıxıb. Qeyd olunub ki, sorğuya əsasən, respondentlərin 41,5 faizi baş nazir tərəfindən təklif olunan "yol xəritəsi” ilə tanışdır, 56,3 faizi isə bu barədə məlumatlı deyil.
Mövcud vəziyyətdən keçmiş hərbi xunta da öz məqsədlərini güdür. Onlar yenidən Ermənistanda hakimiyyət başına qayıtmağı düşünür. Müharibədki məğlubiyyətdən sonra Ermənistanın sabiq rəhbərləri baş nazirə qarşı daha şiddətli hücuma keçiblər. Keçmiş prezident, hərbi cinayətkar Robert Koçaryan "5-ci kanal”a müsahibəsində deyib ki, baş nazir Paşinyanın siması Qarabağ müharibəsində ölkənin biabırçı məğlubiyyətinin rəmzidir. Qeyd edib ki, təslim sənədinə imza atan, məğlub olan hakimiyyət xalq naminə dəyişdirilməlidir. "Paşinyan hər dəfə peyda olanda, hər ekranda görünəndə və ya "Facebook”da nəsə yazanda itirən bir millət olduğumuzu göstərir.Erməni xalqını və dövlətini bu yükdən azad etmək üçün Paşinyan, sadəcə, getməlidir ki, insanlar özlərini məğlub hiss etməsinlər”, - deyə o bildirib.
Sabiq prezident İkinci Qarabağ müharibəsi haqda danışarkən deyib ki, ordu rəhbərliyi oktyabrın əvvəlində birbaşa Nikol Paşinyanın göstərişi ilə cənub cəbhəsində hərbi əməliyyatla bağlı qərar qəbul etdi, hansı ki, bu, o zaman effektivliyi çox ciddi şübhə doğuran bir qərar idi. O vurğulayıb ki, bu, Paşinyanın 7 oktyabrda RBK-ya coşqu ilə danışdığı əməliyyat idi. Bu, ən uğursuz əməliyyat oldu və nəticədə ordu korpuslarından biri darmadağın edildi: "Biz elə bir yol seçdik ki, o, faciəyə aparırdı. Azərbaycan Ordusu cəbhəni yararaq 14 km irəliləmişdi. Ancaq bu əməliyyatın sayəsində Hadrut, Qubadlı, Zəngilan, Xudafərin və s. ərazilərə gəlib çıxdı. Azərbaycan niyə barışığa razılıq vermirdi? Çünki ordusu hər gün irəliləyirdi. Uğur qazanan heç bir tərəf isə atəşkəsə razı olmaz”.
Koçaryan onu da əlavə edib ki, bundan sonra səmərəli müdafiəni təmin edə biləcək döyüş qabiliyyətli bölmələr yox idi.
Ermənistanda vəziyyəti ağırlaşdıran digər bir cəhət isə işsizlik səviyyəsinin durmadan yüksəlməsidir. Araşdırmalara görə, əmək qabiliyyəti olan əhalinin yarıya qədəri hazırda işsizdir. Dövlət və özəl sektorda kütləvi ixtisarlar aparılacağı bildirilir. Böhran nəticəsində kütləvi şəkildə işdən çıxarılma halları vəziyyəti daha da ağırlaşdıracaq. O da vurğulanır ki, tədbir görülməsə, anarxiya artacaq, Ermənistanda cinayətkarlığın baş alıb getməsi dövrü başlanacaq.
Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı kifayət qədər çətin günlər gözlədiyini deməyə əsas verir. İstər siyasi, istər iqtisadi sferada gərginlik durmadan artacaq.
Elçin CƏFƏROV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!