27 Yanvar 2025 16:45
976
PARLAMENT
A- A+
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  


Yanvarın 27-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Fazil Mustafa 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı təqdim edib.

Hesabatda ən əhəmiyyətli məsələlərdən biri kimi din sahəsində beynəlxalq əlaqələrin inkişafı vurğulanıb. Azərbaycan ərazisindəki müxtəlif dini qurumlarla, o cümlədən İslam və qeyri-İslam dini nümayəndələri ilə əməkdaşlıq həyata keçirilib.

Onun sözlərinə görə, komitənin 2025-ci il yaz sessiyası üçün iş planı layihəsi müəyyən prioritetlər üzərində qurulub. İş planına əsasən, dini məsələlər çərçivəsində ictimai dinləmələr və müzakirələr keçiriləcək, həmçinin bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının aktiv iştirakı da təmin ediləcək. Komitənin əsas məqsədlərindən biri Qərbi Azərbaycanla bağlı məsələlərin diqqət mərkəzində saxlanılmasıdır. Eyni zamanda, dini abidələrin vəziyyəti ilə bağlı məsələyə xüsusi diqqət ayrılacaq. Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin vəziyyəti və onların bərpası ilə bağlı dinləmələr keçiriləcək”.

F.Mustafa bildirib ki, komitə Gəncə və Naxçıvan şəhərlərində səyyar ictimai dinləmələri təşkil etməyi də nəzərdə tutur.

Bildirilib ki, iş planı çərçivəsində bir sıra qanun layihələrinin hazırlanması və qəbul edilməsi prosesi də həyata keçiriləcək. Bu layihələr dini hüquqların qorunması, dini dözümlülük və müxtəlif dini icmaların hüquqlarının təmin edilməsi istiqamətlərində mühüm addımlar olacaq. Həmçinin komitənin fəaliyyətində yeni qanunvericilik təşəbbüslərinin və qərarların qəbul edilməsi məqsədilə müvafiq müzakirələr və işlər həyata keçiriləcək. Ümumilikdə 2025-ci ilin yaz sessiyası üçün müəyyən edilən iş planı ölkədəki dini vəziyyətin daha da yaxşılaşdırılması və vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcək tədbirlərlə zənginləşməsinə yönləndirilib.

Tədbirdə İctimai birliklər və dini qurumlar komitəsinin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Malayziya arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib  

21:53
26 Mart

Tramp: Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq

20:28
26 Mart

Ölkə ərazisində qeyri-sabit hava ilə əlaqədar xəbərdarlıq edilib

19:41
26 Mart

Samuxda zəlzələ baş verib

18:17
26 Mart

Almaniyanın altı əyalətində antiterror əməliyyatları keçirilib

17:39
26 Mart

Yaşar Gülər: Türkiyə öz sərhədlərindən kənarda da sülhə və sabitliyə töhfə verir

17:06
26 Mart

Qərbi azərbaycanlı: Ən böyük istəyim kəndimizə gedib anamın qəbrini ziyarət etməkdir  

16:43
26 Mart

Türkmənistanın Prezidenti Ramazan bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib

15:59
26 Mart

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan  

15:49
26 Mart

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

15:47
26 Mart

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfidən

15:29
26 Mart

İcma: ABŞ-ın Dini Azadlıq Komissiyası adlı dövlət qurumunun hesabatı Azərbaycana qarşı qeyri-obyektiv və əsassız iddialarla doludur

14:57
26 Mart

Somali Federativ Respublikasının lideri Azərbaycan Prezidentini təbrik edib

14:39
26 Mart

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

14:35
26 Mart

UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən Azərbaycan nümayəndə heyəti Parisdə görüşlər keçirib

14:33
26 Mart

Fransa şirkəti hərbi təyyarə istehsalını sürətlə artırmağı planlaşdırır, ancaq hələ sifarişçi yoxdur  

14:23
26 Mart

Sabah Azərbaycanda havanın temperaturu 20 dərəcəyədək artacaq  

13:34
26 Mart

İstanbulda bələdiyyə seçkiləri keçirilir

12:31
26 Mart

“HaberTürk” telekanalı: Azərbaycana investisiyalar biznes icması üçün böyük faydalar vəd edir

12:29
26 Mart

Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Şahabuddinə

11:36
26 Mart

DİN: Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

11:21
26 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!